Bədii Gimnastika üzrə Açıq Azərbaycan Birinciliyi və Bölgələrarası Kuboku

18-19 noyabr tarixlərində Mingəçevir şəhərində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü Bölgələrarası Kubok yarışı keçirilib.Bədii Gimnastika üzrə Açıq Azərbaycan Birinciliyi və Bölgələrarası Kubokuİki gün davam edən yarışlarda “balacalar” (2006-2008), “yeniyetmələr” (2004-2005) və “gənclər” (2001-2003) yaş kateqoriyasında 103 fərdi gimnast və 9 qrup komandası iştirak edib. Onlar Ocaq Sport Klubu, Respublika Kompleks İdman Məktəbi, Bakı Gimnastika Məktəbi, Sərhədçi İdman Olimpiya Mərkəzi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Gömrükçü İdman Klubunu, o cümlədən, Təhsil Respublika İdman Məktəbinin Sumqayıt filialı, Xırdalan şəhərinin “Zirvə” klubunu, Gəncə və Qusar şəhərlərini, Kürdəmir və İsmayıllı rayonlarını təmsil ediblər.
Bölgələrarası kubokda isə yerli gimnastlardan əlavə Ukrayna və Qazaxıstan gimnastları da iştirak edib. İsmayıllı gimnastları Aytac Dəmirova, Lamiyə Əhmədova Büllur Yəhyayeva yarışlarda (hər biri 3 çıxış) alətsiz, ip, halqa ilə çıxışlar nümayiş etdiriblər.
Balaca gimnastlarımızın uğurlu çıxışlarını mütəxəssislər yüksək qiymətləndirib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz