Bir qızıl, iki gümüş medal

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2016-cı il üçün vahid idman təqvim planına uyğun olaraq 23-27 noyabr 2016-cı il tarixlərdə İdman Məktəblərinin VIII Respublika Oyunlarının proqramına daxil olan ağır atletika idman növü üzrə 2003-2004- cü il təvəllüdlü idmançılar arasında Gəncə şəhərində keçirilən yarışda İsmayıllı idmançıları bir qızıl və iki gümüş medal qazanıblar.
Bir qızıl, iki gümüş medal
Ağır atletika üzrə məşqçi-müəllim Vüsal Ağayevin yetirmələri Kənan Rəhimov öz çəki dərəcəsində I yeri, Zülfiqar Qaçayzadə və Əadələt Məmmədli isə II yeri tutub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz