Azərbaycan Respublikası İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Hörmətli Mirdaməd müəllim!
Azərbaycan VKC növləri üzrə Karate-Do Federasiyası nəzərinizə çatdırır ki, 2016-cı ilin Təqvim planına əsasən il ərzində keçirilən ölkə çempionatı və birincilikləri İsmayıllı Olimpiya-İdman Kompleksində keçirilmişdir.
Tədbirlərin keçirilməsində Olimpiya-İdman Kompleksinin rəhbərliyi tərəfindən bütün təşkilati işlər yüksək səviyyədə təşkil olunmuşdur. Federasiya və idmançılara göstərilən diqqət və qayğıya görə Sizə federasiya rəhbərliyi, məşqçilər və idmançılar adından dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə:
N.Quliyev,
Federasiyanın prezidenti

Şərh Yaz