Təbiətə sevgi, gənclərə nümunə

Payız bar-bərəkət mövsümü olmaqla yanaşı həm də ağacəkmə vaxtıdır. Payızda əkilən tinglər yazın gəlişi zamanı oyanır və sözün həqiqi mənasında köklü şəkildə torpağa bağlanır. Mütəxəssislər və yaşlı nəslin nümayəndələri bildirirlər ki, payız ağac əkini yazda aparılan əkindən daha üstündür.Təbiətə sevgi, gənclərə nümunə
Payız bar-bərəkət mövsümü olmaqla yanaşı həm də ağacəkmə vaxtıdır. Payızda əkilən tinglər yazın gəlişi zamanı oyanır və sözün həqiqi mənasında köklü şəkildə torpağa bağlanır. Mütəxəssislər və yaşlı nəslin nümayəndələri bildirirlər ki, payız ağac əkini yazda aparılan əkindən daha üstündür.Təbiətə sevgi, gənclərə nümunəBu meyara dəyər verən İsmayıllı rayon Gənclər və İdman İdarəsinin, İsmayıllı Peşə Tədris Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı şəhərinin Günəşli ərazisində salınmış məhəllə parkında ətrafda yaşayan sakinlərin, ağsaqqalların iştirakı ilə bir neçə gün əvvəl ağacəkmə kampaniyası keçirilib.
Məhəllədə yaradılan park, təbiətə olan qayğı və diqqət sakinlərin ürəyincədir. Hər kəs yaxşı bilir ki, ağaclar təbiətin ağ ciyərləridir. Ağaclar qırıldıqca bizi əhatə edən oksigen tükənir. Nəzərə almalıyıq ki, maşınlardan tüstü şəkilində çıxan zərərli qazlar təbiətə qarışır və havanı çirkləndirir. Hər əkilən yeni ağac isə bir insanın təmiz hava ilə nəfəs almasına xidmət edir. Ağsaqqalların da bu kampaniyada iştirak etməsi gənclərə çox gözəl nümunədir. Onların təbiətə sevgisini daha da artırır.
Ş.Qafarova

Şərh Yaz