Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi nümayəndə heyəti İsmayıllıda

Noyabr ayının 8-də Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi nümayəndə heyətinin Azərbaycan Peşə Təhsili sistemi ilə tanışlıq səfəri Proqramı çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyətində görüşü keçirilmişdir.
Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi nümayəndə heyəti İsmayıllıda
Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi nümayəndə heyəti İsmayıllıda
Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi nümayəndə heyəti İsmayıllıda
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqları və nümayəndə heyətini qəbul etmiş, onları səmimi salamlamışdır. Başçı rayonun sosial-iqtisadi inkişafı, aparılan islahatlar, həyata keçirilən infrastruktur layihələri, peşə yönümü sahəsində görülmüş işlər və Peşə Tədris Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat vermiş, Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin davamlı və əbədi olduğunu diqqətə çatdırmışdır.
Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsili üzrə nazir müavini Elcan Dəmirçi rayonda səfərdə olan nümayəndə heyətini və qonaqları təqdim etmiş, yüksək səviyyədə qarşılanmaya, qonaqpərvərliyə görə RİH başçısına, Peşə Tədris Mərkəzinin rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişdir.
Qonaqlar Peşə Tədris Mərkəzi ilə tanışlıq, səfərin nəticələri, qarşılıqlı əlaqələrin inkişafı barədə müzakirələr aparmış, peşə təhsilinin hər iki respublika üçün əhəmiyyətindən danışmışlar.
Qarşılanma mərasimində RİH başçısının müavini Sevil Əhmədova, Rayon Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov da iştirak etmişdir.
Sonda səmimi qəbula görə minnətdarlıq edilmiş, xatirə şəkli çəkilmişdir.
Namiq Kərimov

Şərh Yaz