“Azərbaycanda tolerant mühit” mövzusunda tədbir

Noyabrın 8-də İsmayıllı şəhər “Cümə” məscidində Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə “Azərbaycanda tolerant mühit” mövzusunda tədbir keçirilib.
 “Azərbaycanda tolerant mühit” mövzusunda tədbir
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov, şəhər “Məhəmmədiyyə” məscidinin axundu Elnur Yusifov, şəhər “Cümə” məscidi dini icmasının üzvləri, rayon üzrə qeydiyyatdan keçən dini icma sədrləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edib.
Г‡ıxışlar zamanı ölkə başçısı İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi qeyd edilərək son dövrlər bu sahədə görülən işlərdən bəhs edilib. Bildirilib ki, bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərindən biri kimi təbliğ etdiyi tolerantlıq xalqızmızın əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Elnur Mehdiyev

Şərh Yaz