2016-cı ilin yanvar-sentyabr aylarında İsmayıllı rayonu üzrə işçilərin sayı və orta aylıq əmək haqqı barədə

2016-cı ilin oktyabr ayının 1-i vəziyyətinə ilkin məlumatlara görə rayonda muzdla işləyənlərin sayı orta hesabla 9,4 min nəfər olmuşdur ki, bunun da 29,4 faizi təhsildə, 8,4 faizi səhiyyədə, 1,02 faizi informasiya və rabitədə, 9,4 faizi kənd təsərrüfatında 2,5 faizi tikintidə, 8,0 faizi dövlət idarəetməsində, 4,9 faizi sənayedə, 1,6 faizi isə maliyyə və sığorta fəaliyyətində olmuşdur.
Bu dövrdə muzdla işləyənlərin 61,5 faizi və ya 5780 nəfəri dövlət sektorunda çalışmışdır. Dövlət sektorunda işləyənlərin orta aylıq nominal əmək haqqı 255,3 manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 95,9 faiz təşkil edir. Həmin dövrdə qeyri-dövlət bölməsində 3621 nəfər çalışmışdır ki, onların da orta aylıq əmək haqqı 244,7 manat təşkil etmişdir. Qeyri-dövlət bölməsində işləyənlərin orta aylıq əmək haqqı, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalmışdır.
2016-cı ilin oktyabr ayının 1-i tarixinə rayon üzrə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 251,2 manat təşkil etmişdir. Muzdla işləyənlərin orta aylıq əmək haqqı ilkin məlumatlara əsasən cari ilin yanvar –“ sentyabr aylarında emal sənayesində 182,0 manat, tikintidə 263,7 manat, ticarətdə 258,5 manat, nəqliyyat və anbar təsərrüfatında 210,6 manat, informasiya və rabitədə 342,5 manat, dövlət idarəetməsində 293,6 manat, təhsildə 273,9 manat, səhiyyədə 168,1 manat, elektrik enerjisi, qaz və su təchizatında 483,0 manat, maliyyə və sığorta sektorunda isə 836,9 manat təşkil etmişdir. Göründüyü kimi rayonda ən yüksək orta aylıq əmək haqqı maliyyə və sığorta sektorunda qeydə alınmışdır.
Ə.Əzizov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz