Əhalinin sosial müdafiəsinin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdən biridir

Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə uyğun olaraq 15 noyabr 2016-cı il tarixdə İsmayıllı rayon Pilot Məşğulluq Mərkəzinin inzibati binasında “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda “Dəyirmi Masa” keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə, həmkarlar təşkilatlarının nümayəndələri və sahibkarlar, cəmi 53 nəfər iştirak etmişdir.Əhalinin sosial müdafiəsinin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdən biridir
Dəyirmi masanı giriş sözü ilə Mərkəzin direktoru Həsən Həsənov açaraq, müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsindən, bu sahədə mövcud olan problemlərdən və problemlərin həlli yollarından, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi sahəsində qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
O bildirdi ki, ölkəmizdə Məşğulluq sisteminin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və qeyri məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Bu siyasətin yerlərdə icrası bilavasitə məşğulluq xidməti orqanlarının üzərinə düşür. İşaxtaran və işsiz vətəndaşların xüsusi ilə gənclərin layiqli işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də hər il təşkil olunaraq keçirilən Əmək Yarmarkalarıdır. Yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlərlə işsiz və işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcürbəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işziz və işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir.Yarmarkalara hazırlıq dövründə həyata keçirilən geniş miqyaslı təşkilati işlər, xüsusi ilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgöturənlərin, işaxtaran və işsiz vətəndaşların fəal iştirakını təmin edir. Bu tədbirlərin keçirilməsində məqsəd işaxtaranlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, iş adamlarına (sahibkarlara) gələcək kadrların seçiminin aparılmasına köməklik göstərmək və eyni zamanda onlara ixtisasları üzrə boş (vakant) iş yerlərinə cəlb olunmalarına köməklik göstərməkdir.
Məşğulluq Mərkəzinin baş məsləhətçisi Namik Ağayev çıxış edərək, Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən Əmək yarmarkalarının aktiv əmək bazarı siyasəti olduğunu qeyd etmişdir.
Mövzu ətrafında çıxış edən Rayon Mərkəzi Xəstəxananın Kadrlar Şöbəsinin müdiri Rəhilə Həmidova, Mədəniyyət və Turizm şöbəsinin aparıcı məsləhətçisi Lətif Quliyev və 7 saylı Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin nümayəndəsi Təyyar Pənahov mövzunun aktuallığından, məşğulluq sahəsindəki problemlər barəsində və bu problemlərin həlli yolları barəsində tədbir iştirakçılarına öz fikirlərini söylədilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Q.Abduləzizov,
İsmayıllı Rayon Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi

Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə uyğun olaraq 15 noyabr 2016-cı il tarixdə İsmayıllı rayon Pilot Məşğulluq Mərkəzinin inzibati binasında “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda “Dəyirmi Masa” keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə, həmkarlar təşkilatlarının nümayəndələri və sahibkarlar, cəmi 53 nəfər iştirak etmişdir.Əhalinin sosial müdafiəsinin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdən biridir

Şərh Yaz