Ölkəmizin siyasi arenasında təkanverici qüvvə

İsmayıllıda Yeni Azərbaycan Partiyası yaradılmasının 24-cü ildönümü münasibətilə dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O, partiyanın yaranma və fəaliyyət tarixindən danışıb. Bu işdə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini diqqətə çatdırıb.
 Ölkəmizin siyasi arenasında təkanverici qüvvə
Natiq bildirib ki, bu gün ölkəmizin əsas aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının qüdrətini təmin edən çox mühüm amillərdən biri partiyanın təməl prinsipləridir. Bunlar müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalətdir. Bu gün Yeni Azərbaycan Partiyası Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq mühitdə siyasi əməkdaşlıq, sivilizasiyaların dialoqu tərəfdarı kimi çıxış edərək milli birliyin möhkəmləndirilməsi, Azərbaycançılıq ideologiyasının təbliği və inkişafı istiqamətində mühüm işlər görür. Bütün bunlar Yeni Azərbaycan Partiyasının dünyanın siyasi təşkilatları arasında nüfuzunu artırır, Azərbaycan cəmiyyətindəki mövqeyini möhkəmləndirir, xalqımızın partiyanın ideoloji xəttinə dəstəyini artırır, siyasi qüdrətini şərtləndirir.
Ə.Vahabova qeyd edib ki, partiyanın öncül dəstələrindən biri olan İsmayıllı rayon təşkilatı bu gün sıralarında 8220 nəfər YAP üzvünü birləşdirir. Partiyaya qəbul zamanı ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, partiyaya bağlı, sadiq, əqidəli, keyfiyyətcə saf saf, dövlətçiliyimizi müdafiə edən, gənclərin qəbulu əsas meyar kimi götürülmüşdür.
Ümummilli liderimiz Heydər Əliyevin irsinin öyrənilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Rayonda yaradılmış Heydər Əliyev məktəbinin məşğələlərinin müntəzəm təşkilinə lazımi köməklik edilir. Bu baxımdan mühüm ictimai-siyasi əhəmiyyət kəsb edən müxtəlif mövzularda tədbirlər həyata keçirilir.
İl ərzində YAP sədri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin fəaliyyəti və gördüyü işlər əhali arasında geniş təbliğ olunub.
Tədbirdə çıxış edən RİH başçısının müavini, rayon təşkilatının idarə heyətinin üzvü Sevil Əhmədova qeyd edib ki, YAP-nın sosial bazasının gündən-günə artması bir daha sübut edir ki, bu partiya ideoloji baxımdan möhkəm əqidəli insanların əsl siyasi məktəbinə çevrilib.
Sevindirici haldır ki, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti bu gün onun siyasi məktəbinin ən layiqli davamçısı, Respublika Prezidenti, YAP-nın sədri cənab İlham Əliyev tərəfindən uğurla, yaradıcılıqla davam etdirilir, bu inkişaf Azərbaycanı xoşbəxt gələcəyə aparır. Cənab Prezidentin siyasi fəaliyyəti sayəsində YAP daim sağlam ruhda təşkilatlanmış ideoloji cəhətdən daha da möhkəmlənmiş güclü siyasi qüvvəyə çevrilib, hakim partiya statusunu qazanıb.
Г‡ıxış edən YAP rayon təşkilatının sədr müavinləri Rüstəm Səmədov, Taleh Salehov Qadınlar Şurasının sədri Xuraman Qurbanova, idarə heyətinin üzvü Olqa Jabina, partiya veteranları Valeh Salehov, Yaşar Nuriyev, ictimai birliklərin nümayəndəsi Vidadi Zərbiyev, Ana Vətən Partiyası İsmayıllı rayon təşkilatının sədri Şahməmməd Soltanov və başqaları partiyanın ölkəmizin ictimai- siyasi həyatındakı rolundan, əhəmiyyətindən danışaraq qeyd ediblər ki, ulu öndər Heydər Əliyevin parlaq zəkasının məhsulu olan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi arenasında təkanverici qüvvədir.
Bu gün biz partiya üzvlərinin qarşısında mühüm vəzifələr dayanır. Bütün partiya üzvləri cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, doğma Azərbaycanımızın inkişafına çalışmalı, Yeni Azərbaycan Partiyasının üzvü kimi şərəfli adı öz əməkləri ilə doğrultmalıdırlar.
Tədbirin sonunda partiyaya yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.
Ramid Qasımov

Şərh Yaz