Gənclər kitaba üstünlük verir

2016 -cı il noyabrın 16-da İsmayıllı rayon MKS-nin Uşaq kitabxansasında kitabxananın fəalları olan İsmayıllı Humanitar və Texnologiya Kollecinin Turizm və onun təşkili fakültəsinin I kurs tələbələri ilə “Kitab və müasir gənclik” mövzusunda tədbir keçirilib. Tədbirə yeni gələn oxucular kitabxananın bütün şöbələri ilə tanış olublar. Fəallar özlərinin maraq dairəsini əhatə edən kitabları nəzərdən keçiriblər, istədikləri kitabları oxumaq üçün kitabxanaya üzv olublar.
Gənclər kitaba üstünlük verir
Tanışlıqdan sora giriş sözü ilə kitabxananın müdiri Rəna Süleymanova tədbirin mahiyyətini açıqlayıb. O bildirdi ki, internet, kompyuter əsri olmasına baxmayaraq, bugünki gənclərin əksəriyyəti kitaba böyük üstünlük verir. Г‡ünki kitabdan aldığımız biliyi, mənəvi zövqü heç nə ilə dəyişmək olmaz. Elə götürək bizim kitabxananı, kitabxanamızın ilin sonuna kimi 2100-dən çox oxucusu olur. Biz çalışırıq ki, oxucuların kitaba olan tələbatını hərtərəfli ödəyək.
Tədbirin sonunda Turizm və onun təşkili fakultəsinin I kurs tələbəsi Firuzə Vəzirova tələbələr arasında çıxış edərək kitabxanaların və kitabların tələbələr üçün mühüm əhəmiyyətini qeyd edib. Kitabxanada yaradılan gözəl şəraitə, qayğıya, səmimi qəbula görə kitabxananın işçilərinə təşəkkür edib.
Lalə Məmmədova

Şərh Yaz