İsmayıllı rayonunda demoqrafik vəziyyət

2016-cı ilin oktyabr ayının 01 vəziyyətinə ilkin məlumatlara görə əhalinin təbii və miqrasiya göstəricilərinə əsasən hesablanmış sayı 85302 nəfər olmuşdur. Bu dövrdə əhalinin sayı 410 nəfər artmışdır ki, bu da əsasən təbii artım hesabına olmuşdur. Rayon əhalisinin 67,54 faizi, yəni 57613 nəfəri kənd yerində, 32,46 faizi, 27689 nəfəri şəhər və qəsəbə yerlərində yaşayır. Rayon əhalisinin 50,29 faizini kişilər, 49,71 faizini qadınlar təşkil edir. İsmayıllı rayonunun əhalisi son 9 ayda 0,5 faiz və ya 410 nəfər artmışdır. Bundan başqa rayonda 725 qaçqın ailəsində 2998 nəfər, 875 məcburi köçkün ailəsində isə 3448 nəfər məcburi köçkün məskunlaşmışdır.
İsmayıllı rayonunda demoqrafik vəziyyət
Hazırkı vəziyyətə əhalinin yaş strukturu aşağıdakı kimi səciyələndirilir. Əhalinin ümumi sayından 0-14 yaşda olan uşaq və yeniyetmələrin xüsusi çəkisi 23,19 faiz, 15-65 yaşda olan əhalinin xüsusi çəkisi 70,63 faiz, 66 yaş və yuxarıların isə 6,18 təşkil edir.
2016-cı ilin yanvar-sentyabr aylarında rayonda 913 körpə doğulmuş, 457 nəfər isə ölmüşdür, 1 yaşa qədər ölən uşaqların sayı 5 nəfər olmuşdur. Hesabat dövründə əhalinin təbii artımı 456 nəfər, ümumi artımı isə 410 nəfər təşkil etmişdir. Göründüyü kimi keçən ilin müvafiq dövrü ilə müqayisədə doğulanların sayı mütləq rəqəmlərlə 280 nəfər azalmışdır. Müqayisə olunan dövrə görə ölənlərin sayı 47 nəfər artaraq 457 nəfər təşkil etmişdir. Ölümün səbəblərinə görə təhlil göstərir ki, bu dövrdə rayonda ölüm halları əsasən ürək, qan damar sistemi, tənəffüs orqanları xəstə olanlar arasında daha üstünlük təşkil etmişdir.
2016-Cı ilin yanvar-sentyabr aylarında rayonda 416 nikah bağlanmış, 64 nigah isə pozulmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə nigahların sayı 4 vahid artmış, boşanmaların sayı da 13 vahid az təşkil etmişdir.
Hafiz Bayramov,
İsmayıllı Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi

Şərh Yaz