2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovun MƏRUZƏSİ

7 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə bütün sahələr üzrə mövcud durumu ətraflı təhlil etmiş və qarşıda duran vəzifələr barədə proqram xarakterli tapşırıqlar vermişdir.
2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovun MƏRUZƏSİ
Ümumilikdə sənaye məhsulları istehsalında bu artım cəmi 0,2 faiz olsa da, qeyri-neft sektorunda artım 3,6 faizdir. Kənd təsərrüfatı 2,4 faiz artıb. Kənd təsərrüfatı sahəsində ölkədə aparılan iri miqyaslı işlər yaxın gələcəkdə bu sahədə daha yüksək nəticə əldə etməyə imkan yaradacaq.
Sosial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılır. Ölkədə yeni məktəb və səhiyyə obyektləri tikilir, köhnə obyektlər əsaslı təmir olunur. Böyük yol, içməli su və digər infrastruktur layihələri icra edilir.
9 ayda 154 min iş yeri yaradılıbdır, onlardan 121 mini daimi iş yeridir. Qeyd olunan müddətdə 36 min iş yeri bağlandığını nəzərə alsaq, bağlanılanlar da nəzərə alınmaqla 118 min yeni iş yeri yaradılıb. Böhranlı il üçün bu, yüksək göstəricidir. Sentyabr ayının 26-da ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum demokratik, ədalətli, tam şəffaf şəkildə keçirildi. Müşahidə aparan beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət vermişlər. Bu, onu göstərir ki, Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki, şəffaf referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. 2016-cı ilin 9 ayı rayonumuz üçün yadda qalan hadisələrlə zəngin olmuşdur. Ən önəmli hadisə 10 avqust 2016-cı il tarixdə cənab Prezident İlham Əliyevin İsmayıllıya tarixi səfəridir. Cənab Prezidentə rayonda yeni tikilən və tikilməsi nəzərdə tutulan sənaye, turizm və sosial obyektlərinin layihələri təqdim olunmuş, iqtisadi və sosial sahənin inkişafı üçün qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilmişdir. Cənab Prezident görülən işlərdən razı qaldığını, yeni layihələrə dəstək verəcəyini, İsmayıllının Respublikanın ən qabaqcıl rayonları sırasına çıxması üçün hərtərəfli köməklik göstərəcəyini bildirmiş və yeni tapşırıqlar vermişdir.
Velosiped istehsalı zavodunun açılışı zamanı cənab Prezident İlham Əliyev zavodda çalışan işçilər və ictimaiyyət nümayəndələri ilə çox səmimi söhbət etmiş, rayonun gələcək inkişafını müəyyənləşdirən tapşırıq və tövsiyələrini vermişdir. Qeyd etmişdir ki, İsmayıllı sürətli inkişaf dövrünü yaşayır. Burada turizm sektorunun, kənd təsərrüfatının və emal sənayesinin inkişafı sürətlə getməlidir. Bir qarış torpaq sahəsi istifadəsiz qalmamalıdır. Kiçik və orta sahibkarlıq inkişaf etdirilməli, kiçik ailə təsərrüfatları yaradılmalıdır. Arıçılıq inkişaf etdirilməli, minlərlə hektar sahədə fındıq bağları əkilməlidir. Qədim tarixə malik olan xalçaçılıq sənəti İsmayıllıda qorunmalı və inkişaf etdirilməlidir. Girdiman çayı üzərində 10 meqavat gücündə yeni su elektrik stansiyası tikilməlidir.
Dövlət başçısının İsmayıllıya səfərindən dərhal sonra rayonun çoxmənzilli binaların təmiri üçün 3 milyon manat məbləğində vəsait ayırması barədə Sərəncam verməsi onun sübutudur ki, İsmayıllının gələcəyi daha parlaq olacaqdır. Bu bir həqiqətdir ki, dövlət başçısının bölgələrə səfərləri hər bir vətəndaşda dərin ruh yüksəkliyi yaradır, onlarda gələcəyə yüksək inam, qurub-yaratmaq eşqini artırır. Yerlərdə gələcək illərin inkişafının möhkəm təməlini qoyur. Cənab Prezidentin İsmayıllıya tarixi səfərlərindən sonra rayonda görülən genişmiqyaslı abadlıq, tikinti-quruculuq işləri, insanlarda yaranmış ruh yüksəkliyi deyilənlərin bariz nümunəsidir.
Cənab İlham Əliyevin müəyyən etdiyi sosial və iqtisadi siyasət, tövsiyə və tapşırıqlar 2016-cı ilin ötən dövrü ərzində rayonumuzda uğurla həyata keçirilmişdir. 9 ay ərzində faktiki qiymətlərlə 132 milyon 559 min 600 manat məbləğində ümumi məhsul istehsal olunmuşdur. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 milyon manatdan çoxdur. Hesabat dövründə əsas kapitala 18 milyon 400 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artıq investisiya qoyulmuşdur. 4 milyon 342 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Pərakəndə əmtəə dövriyyəsində 14 milyon 975 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmində 1 milyon 296 min manat artım əldə olunmuşdur. Bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı 252,7 manat olmuşdur. Hesabat dövründə rayon büdcəsinin gəlirlər hissəsi 14 milyon 703 min 710 manata qarşı 14 milyon 523 min 277 manat icra olunmuşdur. Büdcə gəlirlərinin icrası 99 faiz təşkil etmişdir. Yerli mənbələrdən proqnoz üzrə 4 milyon 15 min 680 manata qarşı 4 milyon 56 min 277 manat (101 faiz) vəsait daxil olmuşdur.
Hesabat dövrü ərzində İsmayıllı Rayonu üzrə Maliyyə İdarəsi tərəfindən büdcə vəsaitindən təyinatı üzrə düzgün istifadə olunması təmin edilmişdir.
2016-cı ilin 9 ayında rayonda tikinti-quruculuq işləri davam etdirilmişdir. Yaşayış evləri, inzibati binalar, yollar tikilmiş və ya əsaslı təmir olunmuşdur. M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının, Keyvəndi kəndində “AZZA Aqro” MMC tərəfindən 1500 başlıq iri heyvandarlıq təsərrüfatının, Qalınçaq kəndində “Şən Fermer” MMC tərəfindən hind toyuğu əti istehsal edəcək fabrikin, İsmayıllı şəhəri ərazisində Meyvə-tərəvəz emalı və qablaşdırılması müəssisəsinin, “Muğan bank” ASC-nin inzibatı binasının, “Günəş-park” istirahət mərkəzinin, Tircan kəndi ərazisində “Zəngəzur” istirahət və əlillərin reabilitasiya mərkəzinin tikintisi davam etdirilmişdir.
İsmayıllı şəhərində “Yaşıl market” ticarət kompleksinin tikintisi başa çatdırılmış və istismara hazır vəziyyətə gətirilmişdir. “Yaşıl market”in nəzdində mərkəzləşdirilmiş ət kəsim sexinin tikintisi başa çatdırılmışdır. Sexin işə salınması istiqamətində iş aparılır.
Xanagah kəndi yaxınlığında dam örtüklərinin istehsalı üçün nəzərdə tutulmuş zavod və Talış kəndində iş adamı tərəfindən gündəlik istehsal gücü 1 ton olan pendir istehsalı emalatxanası istifadəyə verilmişdir.
İsmayıllı şəhərində Xalça fabrikinin, Heydər Əliyev prospektində 3 ulduzlu otelin tikintisinə başlanılmışdır.
Girdimançay ərazisində “Aqro-Master” MMC tərəfindən 3000 tonluq, Kürdmaşı kəndində “Buta” Şirkəti-İsmayıllı tərəvəzçiliyi tərəfindən 2200 tonluq və Qubaxəlilli kəndində isə “Aznar” MMC tərəfindən 500 tonluq saxlama kameralarının inşası ilə əlaqədar müvafiq tədbirlər görülür.
İsmayıllı şəhərinin küçələrinin tikintisi və yenidən qurulması davam etdirilmişdir. Son 9 ayda şəhərin Dostluq küçəsinə 3500 kv. metr, Ə.Xəqani küçəsinə 900 kv. metr, H.B.Zərdabi küçəsinə 3510 kv.metr, N.Abdullayev və R.Bəşirov küçələrinə 6250 kv.metr, N.Nərimanov küçəsinə 6640 kv. metr, A.Aslanov küçəsinə 1500 kv. metr, Cavanşir küçəsinə 4620 kv. metr, Təbriz küçəsinə 3500 kv. metr, M.Orucov küçəsindəki dalana 500 kv. metr və Heydər Əliyev prospektindəki avtomobil dayanacağına 2800 kv.metr asfalt örtük vurulmuşdur. Yeni yaradılan “Saat meydanı”nda abadlıq işləri aparılmış, dekorativ ağaclar əkilmiş, qazon örtük döşənmiş, 4750 kv. metr asfalt örtük vurulmuş, meydan istifadəyə verilmişdir. Ümumilikdə qeyd olunan küçə və meydanlara 38470 kv. metr asfalt örtük vurulmuş, 1703 metr səki daşı düzülmüş, 49 ədəd işıqlandırma dirəyi quraşdırılmışdır.
2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovun MƏRUZƏSİ
2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovun MƏRUZƏSİ
2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovun MƏRUZƏSİ
2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovun MƏRUZƏSİ
Şəhərin Heydər Əliyev prospektində vaxtı ilə sahibkarlar tərəfindən primitiv şəklidə inşa olunan mağazalar küçənin digər hissəsinə köçürülmüşdür. Mağazaların fasad hissəsinə çay daşı ilə üzlük vurulmuşdur. Mağaza kompleksinin qarşısında avtomobil dayanacağı yaradılmışdır. Eyni zamanda bazar ətrafında yerləşən ticarət, xidmət və müxtəlif təyinatlı obyektlərin fasad hissəsi yenidən qurulmuşdur. Görülən tədbirlər nəticəsində həmin obyektlərə müasir tələblərə uyğun görkəm verilmişdir.
Həyata keçirilən tikinti-quruculuq işləri ilə yanaşı bu gün İsmayıllıda şəhərin siması ilə uyuşmayan, memarlıq baxımından şəhərə xələl gətirən obyektlər də mövcuddur. Bu obyektlərin daha müasiri ilə əvəz olunması üçün mülkiyyət sahibləri ilə məsləhətləşmələr aparılır.
Hesabat dövrü ərzində respublika əhəmiyyətli və kənd yollarının təmiri üçün “9 в„–-li Yol İstismarı” MMC tərəfindən 826 min manat vəsait sərf olunmuşdur.
Kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi məsələsi ölkə üçün həmişə prioritet məsələ olmuşdur və indiki şəraitdə bunun önəmi daha da artır. Rayonun iqtisadiyyatında kənd təsərrüfatı əsas yer tutur. 9 ayda kənd təsərrüfatında müqayisəli qiymətlərlə 71 milyon 448 min 800 manat dəyərində ümumi məhsul istehsal edilmişdir ki, bu da rayonda istehsal olunan ümumi məhsulun 53,9 faizini təşkil edir.
Cənab İlham Əliyev iclasda kənd təsərrüfatının inkişafı istiqamətləri barədə hər bir zonanın təbii iqlim və torpaq xüsusiyyətlərinə uyğun olaraq əkiləcək bitkilər haqqında proqram xarakterli konkret vəzifələr irəli sürmüş, torpaqlardan səmərəli şəkildə istifadəni bir vəzifə kimi qarşıya qoymuş, intensiv metodlarla istehsalın artırılmasına daha çox diqqət yetirilmənin vacibliyini bir daha diqqətə çatdırmışdır.
Qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar rayonda müvafiq tədbirlər həyata keçirilir. Hesabat dövründə taxılçılığın inkişafı istiqamətində yüksək nəticələr əldə olunmuşdur. 2016-cı ilin məhsulu üçün 2015-ci ilin payızında 29342 ha. sahədə payızlıq dənlilər, cari ildə isə 544 ha. sahədə yazlıq dənlilər (cəmi 29886 ha.) əkilmiş, sahələrə aqrotexniki qaydalara uyğun qulluq olunduğu üçün normal bitiş alınmış, payızlıq və yazlıq dənlilərdən 102303 ton məhsul istehsal olunmuşdur. Dəmyə şəraitdə hər hektardan 34,2 sentner məhsul alınmışdır ki, bu da yüksək göstəricidir.
Oktyabrın 15-ə olan operativ məlumata əsasən sahələrdə payız əkini üçün 24000 hektar sahədə şum çıxarılmış, 2735 hektar sahədə səpin aparılmışdır. 200 tondan çox fosforlu gübrə gətirilərək istehsalçılara satılmışdır. Gübrə gətirilməsi davam etdirilir.
Yüksək məhsul əldə etmək üçün keyfiyyətli və məhsuldar toxum sortlarının səpilməsi əsas amillərdən biridir. Toxumçuluq təsərrüfatlarında 2015-ci ilin payızında əkilmiş 1580 hektar sahədə toxum istehsalı üçün səpin aparılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti İdarəsinin mütəxəssisləri sahələrə baxış keçirmiş və 732 hektar buğda sahəsi çıxdaş olunmuş, 848 hektar sahədə aprobasiya aparılması üçün qeydə alınmışdır. Son məlumata əsasən toxumçuluq təsərrüfatlarında cəmi 1230 ton, o cümlədən 630 ton arpa və 600 ton buğda toxumu təmizlənərək Dövlət Standartlarına çatdırılmışdır. Rayon üzrə təqribən 6 min ton (4700 ton buğda və 1300 ton arpa) toxum tələb olunduğu halda toxumçuluq təsərrüfatlarında Dövlət Standartlarına çatdırılmış I və II reproduksiyalı toxum tələbatın cəmi 20 faizini təşkil edir. Bəzi fermerlər sahələrə yüksək keyfiyyətli toxum əkmədikləri, lazımi aqrotexniki qulluq göstərmədikləri üçün məhsuldarlıq aşağı olur. Bütün bunlar təhlil olunmalı və lazımi nəticə çıxarılmalıdır.
Hesabat dövründə rayonda 2996 ha sahədə yazlıq bitkilər, o cümlədən 470 ha sahədə dənli-paxlalılar, 894 ha sahədə kartof, 548 ha sahədə yem bitkiləri, 809 ha sahədə tərəvəz bitkiləri, 191 ha sahədə günəbaxan, 5 ha sahədə tütün əkilmişdir.
Bu il rayonda istixanaların yaradılmasına diqqət artırılmışdır. Əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi ilə əlaqədar rayonda 61 təsərrüfatda tərəvəz və çiyələk istixanaları fəaliyyət göstərmişdir. Bu da əhalinin tərəvəz məhsulları ilə təmin olunmasına müsbət təsir göstərmişdir. Hesab edirəm ki, bu sahənin inkişafına gələcəkdə diqqət daha da artırılmalıdır.
Hesabat dövründə rayonda kartofçuluq, tütünçülük və baramaçılığın inkişafı diqqət mərkəzində olmuşdur. Bu il rayonumuzda ilk dəfə olaraq Talıstan, Cülyan və Kürdmaşı kəndlərində sahibkarlar tərəfindən Almaniya və Hollandiyadan yüksək reproduksiyalı toxum gətirilərək sənaye üsulu ilə 165 ha sahədə kartof əkilmişdir. Bütün aqrotexniki əməliyyatlar mexaniki üsulla, müasir texnologiyalarla aparılmışdır. Kartof sahələri yağış yağdıran aqreqatlarla suvarılmışdır. Həmin sahələrdə hər hektardan 40-50 ton məhsul toplanmışdır. Rayon üzrə sənaye üsulu ilə 7400, ənənəvi üsulla 1876 ton, cəmi 9276 ton kartof məhsulu toplanmışdır. Hər hektardan məhsuldarlıq 108,9 sentner təşkil edir ki, bu da keçən illə müqayisədə 22,4 sentner çoxdur.
Qurbanəfəndi, Topçu, Qalınçaq və Təzəkənd kəndlərində 5 hektar sahədə tütün əkilmişdir. Son məlumata əsasən 1335 kq. tütün qəbul məntəqəsinə təhvil verilmişdir. Yarpaq dərimi davam etdirilir.
Cari ilin may ayında 40 qutu barama qurdu gətirilərək kümçülərə verilmişdir. Kümçülər 895 kq barama istehsal edərək tədarük məntəqəsinə təhvil vermişlər. Barama istehsalını və əhalinin məşğulluq səviyyəsini artırmaq üçün 2000 ədəd tut tingi əkilmişdir. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Üzümçülük və meyvəçilik rayon iqtisadiyyatının ən gəlirli sahələrindən biridir. Hazırda rayon üzrə 1048 hektar üzüm bağı və 1165 hektar meyvə bağı vardır. 9 ayda meyvə bağlarından 5521 ton meyvə yığılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 291 ton çoxdur. Bu il texniki üzüm sortlarının satışında çətinliklər müşahidə olunur. Bu da ondan irəli gəlir ki, emal müəssisələri normal fəaliyyət göstərmir. Son vaxtlar süfrə üzümü sortlarının əkininə diqqət artırılıb. Cari ilin yaz aylarında Kürdmaşı kəndində fəaliyyət göstərən “Kənd” MMC tərəfindən 40 ha sahədə filloksera zərərvericisinə davamlı sortlardan ibarət yeni üzüm bağı salınmışdır.
Bu il rayonda fındıq bağlarının salınması istiqamətində konkret tədbirlər həyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən rayonda 2 min hektar sahədə fındıq bağlarının salınması nəzərdə tutulmuşdur. Bu məqsədlə Rayon İcra Hakimiyyəti başçısının 3 oktyabr 2016-cı il tarixli 111 nömrəli sərəncamı ilə 15 nəfər məsul işçi və mütəxəssisdən ibarət qərargah yaradılmışdır. Hazırda fındıq bağları salınacaq sahələr müəyyənləşdirilir, əkini həyata keçirəcək iş adamları, fermerlər və əhali arasında geniş izahat və təşviqat işləri aparılır. Qeyd etmək lazımdır ki, fındıqçılığın inkişafı rayonun iqtisadiyyatına böyük təkan verəcəkdir. Bu bir tərəfdən əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və 700 nəfərdən artıq işçinin işə cəlb olunmasına səbəb olacaq.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar bu il 7510 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 28439 hektar əkin sahəsinə görə 2 milyon 195 min 599 manat kompensasiya hesablanmış və sənədlər vaxtında Respublika Komissiyasına təqdim olunmuşdur. Yaxın günlərdə kompensasiyanın istehsalçılara ödənilməsi gözlənilir.
Heyvandarlıq kənd təsərrüfatının mühüm sahəsidir. 9 ayda kənd təsərrüfatı üzrə istehsal olunmuş ümumi məhsulun 41 faizi bu sahənin payına düşür.
Hesabat dövründə iribuynuzlu mal-qaranın baş sayı 51 min 396 başa, xırda buynuzlu heyvanlar 178 min 545 başa çatdırılmış, 3973 ton diri çəkidə ət, 25743 ton süd, 8 milyon 542 min ədəd yumurta, 397 ton yun istehsal olunmuşdur. Bütün istehsal göstəricilər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yüksəkdir.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. 2016-cı ilin 9 ayı ərzində 2270 baş inək və camışda süni mayalama aparılmış və 1030 baş sağlam bala alınmışdır.
Aşkar olunan xəstə heyvanlar təlimata uyğun çıxdaş edilmişdir. Vətəndaşlara məxsus təsərrüfatlarda mütəmadi olaraq profilaktiki dezinfeksiya işləri görülmüş, heç bir iti yoluxucu xəstəlik baş verməmişdir.
Rüb ərzində Dövlət Baytarlıq müfəttişliyinin nəzarət etdiyi ət satılan yerlərdə 9 baş iri buynuzlu və 12 baş xırda buynuzlu heyvanların daxili orqanları exinokokk və fassiolyoz xəstəlikləri ilə yoluxduğu üçün ət yandırılaraq məhv edilmişdir.
İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən hesabat dövründə suvarma sistemlərinin lildən təmizlənməsi üçün 225 min kub metr həcmində ekskavator işi, 44 min kub metr həcmində buldozer işi, daşqın və selə qarşı çay məcralarının lil və çınqıldan təmizlənməsi məqsədilə 379 min kub metr həcmində ekskavator işi və 178 min kub metr həcmində buldozer işi görülmüşdür. Podratçı təşkilat tərəfindən Lahıc qəsəbəsinin seldən mühafizəsi üçün 240 paqon-metr uzunluğunda daş-beton bəndin tikintisi davam etdirilir.
2016-cı ildə Meşə Mühafizəsi və Bərpası Müəssisəsində ümumilikdə 40 hektar sahədə meşə əkini və səpini işləri aparılmışdır. Müəssisənin tingçilik sahəsində 0.25 hektar sahədə səpin şöbəsi, 0.5 hektar sahədə çiling kökləndirmə şöbəsi və 0.5 hektar sahədə böyütmə şöbəsi yaradılmışdır. Hazırda tinglik şöbəsində 235 mindən çox yeni tinglər yetişdirilmişdir. Meşə əkinlərinin ətrafında 5 km çəpər çəkilmiş, 2,5 km çəpər isə təmir edilmişdir.
Hesabat dövründə ağac əkini və yeni yaşıllıqların salınmasında vətəndaşlar fəal iştirak etmişlər. İsmayıllı-Muğanlı avtomobil yolunun ətrafında yaradılmış yaşıllıq zolaqlarında təmir-bərpa işləri aparılmış, quruyan ağaclar yeniləri ilə əvəz olunmuşdur. Ümumilikdə yol kənarlarında, şəhər və bələdiyyə ərazilərində 29 mindən çox ağac əkilmişdir. Yol qırağında əkilmiş ağacların və şəhər daxilindəki yaşıllıqların suvarılması həyata keçirilmişdir.
Süni qiymət artımının qarşısının alınması məqsədilə bayramlar ərəfəsində şəhərin müxtəlif ərazilərində rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilmişdir. Yarmarkalarda əhaliyə bazar qiymətlərindən 25-30 faiz aşağı qiymətlərlə kənd təsərrüfatı məhsullarının satışı təmin olunmuşdur.
Hesabat dövründə 18 nəfər sahibkara Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2 milyon 13 min 950 manat məbləğində güzəştli şərtlərlə kredit verilmiş, yaradılan sahələrdə 48 nəfər işlə təmin edilmişdir.
İlin əvvəlində nazirlik və dövlət şirkətləri rayon icra hakimiyyəti ilə birlikdə yeni 368 yeni iş yeri açmış və qısa müddətdə vətəndaşlar müvafiq işlərlə təmin olunmuşdur. 9 ayda ümumilikdə rayonda 741 iş yeri yaradılmışdır.
İsmayıllı Qaz Xidmət sahəsi 15357 abonentə xidmət göstərir ki, bunun da 15200-ü əhali, 157-si qeyri-əhali abonentidir. 2016-cı ildə qaz təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilmiş, Qurbanəfəndi və Sumağallı kəndləri qazlaşdırılmışdır. Şəhərin Yuxarıbaş adlanan hissəsində və Göytəpə kəndində abonentlərin təbii qaz yanacağı ilə təminatının yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər görülmüşdür.
May-iyun aylarında yağmış güclü leysan yağışlar nəticəsində yaranan sel suları nəticəsində qaz xətləri sıradan çıxdığına görə 11 kəndin qaz təchizatında yaranmış fasilə təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə aradan qaldırılmış, qaz kəmərləri təmir olunaraq abonentlər qaz yanacağı ilə təmin olunmuşlar.
9 ayda abonentlərə 20 milyon 955 min 713 kub metr qaz satılmış, qazın dəyəri 103 faiz ödənilmişdir.
Hesabat dövründə elektrik təsərrüfatının yenidən qurulması işləri davam etdirilmiş və İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən enerji təsərrüfatında əsaslı və cari təmir işləri aparılmışdır. Belə ki, ümumi uzunluğu 47,5 km olan 110 kilo-voltluq İsmayıllı hava xəttinin yenidən qurulması başa çatdırılmışdır. 35 kilo-voltluq Basqal hava xəttində 16 ədəd dayaq dəyişdirilmiş, xəttin 5,2 km hissəsi yenidən çəkilmişdir. 10 kilo-voltluq hava xətlərində 270 ədəd, 0,4 kilo-voltluq hava xətlərində 185 ədəd qəzalı dayaq dəyişdirilmişdir. İsmayıllı şəhərinin Aşağıbaş hissəsində, Təzəkənd, Talıstan, Xanagah, Qurbanəfəndi kəndlərində ümumilikdə 25,9 km. SİP kabel xətti çəkilmişdir. Cari ildə 13 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, digər transformator yarımstansiyalarında təmir işləri aparılmışdır.
9 ayda istehlakçılara 43 milyon 914 min 600 kilovat/saat enerji verilmişdir. İstehlakçılara ötürülən elektrik enerjisinin ödəniş səviyyəsi 88,4 faiz təşkil edir.
Onu da qeyd etməliyik ki, elektrik təsərrüfatı nasaz vəziyyətdə olan yaşayış məntəqələri hələ də çoxdur. Ona görə də yenidənqurma işləri sürətləndirilməlidir. Payız-qış mövsümünə hazırlıq işləri qısa müddətdə başa çatdırılmalı, enerji təsərrüfatında olan nöqsanlar yaxın vaxtlarda aradan qaldırılmalı və abonentlərin narazılığına son qoyulmalıdır.
İsmayıllı “Su Kanal” İdarəsi 6447 əhali, 214 büdcə və kommersiya abonentinə və 349 məcburi köçkün ailəsinə xidmət göstərir. Hesabat dövründə təşkilat tərəfindən su sayğaclarında əmələ gəlmiş nasazlıqlar aradan qaldırılmış və şəhərdaxili kanalizasiya xətlərində cari təmir işləri aparılmışdır. 50 nəfər abonent üçün yeni su sayğacları quraşdırılmışdır. 9 ay ərzində abonentlərə 235.4 min manat dəyərində su və kanalizasiya xidməti göstərilmişdir, lakin ödəniş cəmi 213.5 min manat və ya 82.7 faiz olmuşdur.
Şəhərin Heydər Əliyev prospektində, M.Orucov, Nizami, Natəvan, H.B.Zərdabi, A.Aslanov, Ə.Ələkbərzadə, Qələbə və M.F.Axundov küçələrində köhnə kanalizasiya xətləri təmir olunmuşdur. Xanagah-İsmayıllı su xəttində 2 dəfə təmir işləri görülmüş, 2 ədəd sub-artezian quyusu təmir edilərək işlək vəziyyətə salınmışdır.
Göyçay çayından İvanovka kəndini və ətrafında yerləşən 8 kəndi içməli su ilə təchiz edən su kəməri “Su Kanal” İdarəsinin balansındadır. Su kəmərinin tikintisində, xüsusilə drenajlar qurulduqda nöqsanlara yol verilmişdir. Yağmurlu havalarda çayda sel suları yarandıqda drenajlardan kəmərə daxil olan suyun həcmi kəskin azalır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur. “Su Kanal” idarəsi aidiyyəti təşkilatlarla birgə problemin həlli üçün müvafiq tədbirlər görməlidir.
Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirir. Hesabat dövründə 223 nəfər yaşa görə, 122 nəfər əlilliyə görə, 38 nəfərə ailə başçısını itirdiyinə görə pensiya təyin olunmuşdur. DSMF-də uçot qeydiyyatında olan pensiyaçılar 13245 nəfərdir.
“Əmək pensiyasının baza hissəsinin artırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli 1704 nömrəli Sərəncamının icrası ilə əlaqədar əmək pensiyalarının baza hissəsi 10 manat artırılmışdır. Pensiyaların baza hissəsinin orta aylıq məbləği 129,6 min manat təşkil etmişdir. “Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2016-cı il tarixli 1721 nömrəli Sərəncamının icrası ilə əlaqədar əmək pensiyalarının sığorta hissəsinin 4 faiz indeksləşdirilməsi aparılmaqla rayon üzrə orta aylıq artım məbləği 28,9 min manat olmuşdur.
Pensiya və müavinətlərin ödənilməsi plastik kartlar vasitəsi ilə həyata keçirilir. 9 ayda əmək pensiyalarının ödənilməsinə 20 milyon 270 min manat, digər müavinətlərin ödənilməsinə isə 306,5 min manat vəsait xərclənmişdir. Vəsaitin 17 milyon 630 min manatı (86 %) Respublika fondundan, qalan 14 faizi yerli daxilolmalar hesabına həyata keçirilmişdir. Pensiya və müavinətlər vaxtında ödənilmişdir.
Yeni qaydalara əsasın 15 fevral 2016-cı il tarixdən etibarən ünvanlı sosial yardım üçün ailəni təmsil edən şəxs tərəfindən Vahid elektron müraciət və təyinat alt sistemi (VEMTAS) vasitəsi ilə müraciət olunur və təyinat Nazirlik tərəfindən həyata keçirilir. Hazırda 5219 nəfər ailə üzvünə ünvanlı sosial yardım ödənilir.
Adambaşına düşən orta aylıq məbləğ 30 manat 83 qəpik, bir ailəyə düşən orta aylıq məbləğ 147 manat 48 qəpik təşkil edir. Ünvanlı sosial yardımın ödənilməsinə 1 milyon 256 min 578 manat məbləğində vəsait sərf olunmuşdur.
Son məlumata əsasən rayonda 4058 nəfər vətəndaş müxtəlif təyinatlı sosial müavinət alır. 01 fevral 2016-cı il tarixdən bütün növ sosial müavinətlərin məbləği 10 faiz artırılmışdır.
Fondun Sosial-məişət xidməti sektoru rayon ərazisində 211 nəfər ahıl və əlil vətəndaşa evlərində xidmət göstərir.
Məcburi dövlət sosial sığorta haqları 3 milyon 705 min 300 manata qarşı 2 milyon 982 min 600 manat, yaxud 80.5 faiz yerinə yetirilmişdir. Pensiya və müavinətlərin vaxtında ödənilməsini təmin etmək üçün sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə və müəyyən olunmuş müddətdə yığılması təmin olunmuşdur.
Rayon Məşğulluq Mərkəzi tərəfindən 9 ayda 2016 nəfər işaxtaran vətəndaş rəsmi qeydiyyata alınmış, onlardan 554 nəfəri işlə təmin edilmişdir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 172 nəfər çoxdur. 1 oktyabr 2016-cı il tarixə 417 nəfər işsiz statusu olan vətəndaş qeydiyyatdadır. 29 nəfərə işsiz statusu verilməklə onlara müavinət təyin olunmuşdur. 2016-cı ildə işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən rayon üzrə ayrılmış 368 iş yerinə Məşğulluq Mərkəzi tərəfindən göndəriş verilmiş və onlar işlə təmin olunmuşlar.
İşsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, kadr potensialının inkişaf etdirilməsi məqsədilə hesabat dövründə 18 nəfər qeyri-məşğul vətəndaş 3 aylıq “Traktorçu-maşınçı” peşə hazırlığı kursuna, gələcəkdə peşə seçiminə kömək məqsədilə 328 nəfər gənc peşə yönümü məsləhətlərinə cəlb olunmuşdur.
Kommunal Müəssisələri Kombinatı şəhər ərazisində 373 min kv. metr sahəsi olan küçə və meydanlara, 25,8 hektar yaşıllıq sahəsinə qulluq edir, küçələrdə 4509 ədəd işıqlandırılma nöqtəsinə nəzarəti həyata keçirir. Birinci yarımillikdə 558,8 min manat dəyərində kommunal xidməti göstərilmişdir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 171,5 min manat çoxdur. Xidmət olunan sahələrdə təmizlik, abadlıq və yaşıllaşdırma işlərini həyata keçirmək üçün İsmayıllı şəhəri, Lahıc və Basqal qəsəbələrində yüz nəfər müvəqqəti işə cəlb olunmuşdur.
Hesabat dövründə şəhərin təmiz saxlanması, məişət tullantıları və tullantıların vaxtında daşınması üçün tədbirlər davam etdirilmişdir. Bu il Kombinata tutumu 0,75 kub metr olan 60 ədəd qapaqlı dəmir zibil qutusu və Г‡in Xalq Respublikasının istehsalı olan iri tutumlu zibildaşıyan maşın əvəzsiz olaraq verilmişdir. Mövsümə uyğun olaraq işçilər iş geyimləri ilə təmin olunmuşdur.
Küçələrdə piyadaların və texnikanın təhlükəsiz hərəkəti məqsədilə buz bağlamış səkilərə və sərt döngələrə səpmək məqsədilə 20 kub metr qum və 10 (on) ton texniki duz ehtiyatı yaradılmışdır. Küləkdən və qardan aşmaq təhlükəsi olan ağaclarda budama işləri davam etdirilir.
Mənzil İstismar Sahəsinin xidmətində 1197 ailə yaşayan 977 mənzil vardır. 2016-cı ildə N.Gəncəvi küçəsindəki 23 nömrəli, Ə.Mahmudov küçəsindəki 4 nömrəli və Ə.Ələkbərzadə küçəsindəki 3 nömrəli ümumyaşayış binalarının dam örtükləri əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.
Г‡oxmərtəbəli yaşayış binalarında yeni elektrik, su və qaz xətləri tam istifadəyə verilmiş, mənzillərə “Smart” tipli sayğaclar qoyulmuşdur. Abonentlərin qaz, su və elektrik enerjisi ilə əsasən fasiləsiz təminatı həyata keçirilir. Əvvəlki illərdə 7 çoxmənzilli yaşayış binasında 235 mənzil mərkəzi isitmə sisteminə qoşulmuşdur. Bir neçə yaşayış məhəlləsində abadlıq işləri görülmüşdür ki, bu da yağışlı-qarlı havalarda sakinlərin rahat gediş-gəlişini təmin edəcəkdir.
Hesabat dövründə əhaliyə 4835 manat dəyərində mənzil-kommunal xidməti göstərilmişdir. Yığım 102 faiz yerinə yetirilsə də xidmət tariflərinin aşağı olması səbəbindən təşkilat ziyanla işləyir. Rüb ərzində təşkilata büdcədən 13,5 min manat dotasiya verilmişdir. Təşkilatın maliyyə vəziyyəti qənaətbəxş deyildir. Hazırda 7550 manat debitor, 10165 manat kreditor borcu vardır.
İsmayıllı Poçt filialının 1 müştəri xidməti, 1 şəhər və 25 kənd şöbəsi əhaliyə və təşkilatlara müxtəlif adda poçt və maliyyə xidməti göstərir. Rüblük tarif gəlirləri proqnozu 170,7 min manata qarşı 183,9 min manat və ya 108 faiz yerinə yetirilmişdir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 min manat çoxdur. Əhaliyə göstərilən poçt xidmətinin səviyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz, bank-maliyyə xidmətləri 12,1 faiz yüksəlmişdir.
İsmayıllı Telekommunikasiya Qovşağı 9 ay ərzində 709 min manat gəlir əldə etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49,5 min manat çoxdur. 346 mənzilə yeni telefon çəkmiş, 776 abunəçinin telefon xəttini yenidən bərpa etmişdir. Qovşağın xidmət ərazisində 4088 abunəçi genişzolaqlı internet xidmətindən istifadə edir. Hesabat dövründə şəhərin məcburi köçkünlər üçün salınmış məhəlləsinə 128 nömrəlik yeni elektron ATS quraşdırılmış, 2,4 km. uzunluğunda fibro-optik kabel çəkilmiş, daxili xətt şəbəkəsi istifadəyə verilmişdir.
Təbii fəlakət nəticəsində Aşıqbayramlı və Kürdmaşı kəndlərində sıradan çıxmış rabitə xətləri bərpa olunmuş, Gəraybəyli, Basqal, Lahıc, Balik, Quşencə, Diyallı, Sumağallı, Xanagah və Kəlbənd kəndlərində daxili xətt şəbəkəsində cari təmir işləri aparılmış, optik kabellər keçən ərazilərdə 64 ədəd nəzarət nişanları basdırılmış, 17 ədəd paylayıcı şkaf əsaslı təmir olunmuşdur.
“İsmayıllı-Avtonəqliyyat” ASC tərəfindən şəhərdaxili sərnişin daşınmasında qayda yaradılmış, avtobus marşrutunun ümumi uzunluğu artırılmış, şəhərin əsas massivlərini əhatə etməklə avtobusların iş vaxtı uzadılmışdır.
Hesabat dövründə rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində əmək intizamının daha da gücləndirilməsi və nümayəndəliklərin fəaliyyəti diqqət mərkəzində saxlanılmışdır. Rayonun bütün yaşayış məntəqələrində ictimai-siyasi sabitliyin qorunması, ictimai asayişin mühafizəsi təmin edilmiş, hər bir nümayəndəlik tərəfindən ərazidə baş vermiş hadisələr və dəyişikliklər barədə gündəlik məlumatlar alınaraq ümumiləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və digər rəhbər orqanların hüquqi aktlarının öyrənilməsi və əhali arasında təbliğ edilməsi məqsədi ilə nümayəndələr tərəfindən maarifləndirici tədbirlər keçirilmişdir.
Zəngin maarifçilik ənənələrinə malik olan təhsilimiz 2016-cı ilin 9 ayı ərzində daha da inkişaf etmiş, rayonun təhsil uğurları artmışdır. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi, təhsilin müasir standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Respublika, zona və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, idman yarışlarında şagirdlərimiz yüksək uğurlar qazanmışlar. Ümumtəhsil müəssisələrində 1024 ədəd kompüter, 100-dən çox proyektor, 46 ədəd elektron lövhə şagirdlərin istifadəsindədir. Rayon üzrə hər 11 şagirdə 1 kompüter düşür. Məktəblərin əksəriyyətinin internetə çıxışı vardır. Vergilər Nazirliyinin xətti ilə rayonda fərdi təhsil alan 20-yə yaxın əlil uşağa “Nootbuk” verilmiş, onların distant təhsil alması üçün normal şərait yaradılmışdır.
Respublika Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq 6 yaşı tamam olan uşaqların I sinifə qəbulu vaxtında aparılmışdır.
2015-2016-cı dərs ilində keçirilən buraxılış imtahanlarında rayonun müvəffəqiyyət faizi əvvəlki illərə nisbətən xeyli yüksək olmuşdur. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının statistik məlumatına əsasən rayonumuz ali məktəblərə qəbulun nəticələrinə görə Respublikanın 15 ən yaxşı rayonu sırasındadır. Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya və coğrafiya fənlərindən göstəricilərimiz respublikanın orta göstəricisindən yüksəkdir. Keçən tədris ilində rayonun ümumtəhsil məktəblərini 885 nəfər bitirmiş, 300 nəfərdən artıq məzun tələbə adını qazanmışdır. Onlardan 1 nəfəri 700 bal, 27 nəfəri 600-dən yuxarı, 46 nəfəri isə 500-600 arasında bal toplamışdır. Tələbə qəbulunda şəhər 5 nömrəli, 6 nömrəli, Cülyan və Təzəkənd tam orta məktəblərinin nəticələri daha yüksək olmuşdur.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Peşə Tədris Mərkəzi hesabat dövründə təhsilin müasir tələblər səviyyəsində təşkili, maddi-texniki bazanın möhkəmləndirilməsi, rayonun inkişafı ilə bağlı daha vacib peşə profillərinin yaradılması, gənclərin müxtəlif peşələrə, xüsusilə sənətkarlıq sahələrinə həvəsləndirilməsi sahəsində əhəmiyyətli işlər görmüşlər.
Kollecdə 10 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Bu il kollecin 117 nəfər məzunu olmuşdur. Hazırda 33 qrupda 487 nəfər tələbə təhsil alır. Tələbələrin 291 nəfəri dövlət hesabına, 186 nəfəri isə ödənişli əsaslarla təhsil alır. Kollecdə müəllimlərin peşə hazırlığı və yaradıcılıq nailiyyətləri daim diqqət mərkəzində saxlanılır. Bir neçə nəfər müəllim magistr təhsili almaqla elmi fəaliyyətlə məşğul olur.
İsmayıllı Peşə Tədris Mərkəzini 2016-cı ildə 11 qrup üzrə 201 nəfər şagird bitirmişdir. Məzunların seçdikləri peşələr üzrə yerləşdirilməsinə müvafiq köməklik göstərilmişdir. Hazırda məktəbdə 260 nəfər şagird təhsil alır. İxtisaslı kadrların hazırlanmasında, xüsusilə turizm və kənd təsərrüfatı sahələrinin əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına diqqət daha da artırılmışdır.
Görülmüş işlərlə yanaşı, rayonda təhsil sahəsində bəzi problemlər də qalmaqdadır. 3 tam orta və 6 ümumi orta məktəbin binası qəzalı vəziyyətdədir. 4 ibtidai məktəbin və Texniki Yaradıcılıq Mərkəzinin öz binası yoxdur. Г‡əmənli, Г‡ərmədil, Köhnədaxar və Kəlfərəc kəndlərində ümumtəhsil məktəblərinin açılmasına ciddi ehtiyac vardır. Mövcud 10 məktəbəqədər uşaq müəssisəsindən 7-si uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Rayonda məktəbəqədər yaşlı uşaqların sayı 5 min nəfərdən artıq olduğu halda, yalnız 395 nəfərinin bağçalara cəlb olunma imkanı mövcuddur.
Qış mövsümündə məktəblərin qızdırılması üçün dizel yanacağı və oduna ayrılan vəsait tələbatı ödəmir. Bu səbəbdən istilik sistemlərini fasiləsiz işlətmək mümkün olmur. Məktəb qazanxanalarına qaz yanacağının verilməsi vacib bir məsələ kimi qarşıda durur.
Səhiyyə sektorunda 105 nəfər həkim, 335 nəfər orta tibb işçisi çalışır. Əhalinin hər on min nəfərinə 13 həkim, 38 orta tibb işçisi düşür. Yuxarı Cülyan və Г‡andahar tibb məntəqələri kadr çatışmadığına görə müvəqqəti fəaliyyət göstərmir. Basqal, Tircan, Təzəkənd, Quşencə, Talıstan, Qalınçaq kənd həkim məntəqələrində həkim vəzifələri vakantdır. Hal-hazırda 31 nəfər həkimə və 21 orta tibb işçisinə ehtiyac var. Bir çox həkim məntəqələri təmir olunmalı və avadanlıqlarla təmin edilməlidir.
Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir və yenidənqurmadan sonra normal şərait yaranmışdır. Cari ilin ötən dövrü ərzində əhaliyə göstərilən səhiyyə xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir.
2016-cı ilin 9 ayında Mərkəzi Xəstəxanada 237 cərrahi əməliyyat aparılmışdır ki, bunlardan 115-i təxirəsalınmaz, 128-i planlı əməliyyat olmuşdur. Hesabat dövrü ərzində nikaha daxil olmaq istəyən 503 cütlük müayinə olunmuş, 24 nəfərinin talassemiya daşıyıcısı olduğu aşkar edilmişdir. Müayinə olunanların 14 nəfərində isə infeksion xəstəliklər aşkar olunmuşdur.
Xəstəxananın dializ şöbəsində 28 nəfər xroniki böyrək çatışmazlığı olan xəstə müalicə olunmuşdur.
Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2016-cı ilin fevral ayının 15-dən may ayının 15-ə kimi rayonda əhalinin tibbi müayinəsi aparılmış, 59308 nəfər tibbi müayinədən keçmişdir. Müayinə əsasında 1386 nəfər ambulator, 204 nəfər stasionar müalicəyə cəlb edilmişdir. Daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 53 nəfər vətəndaş Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Son məlumata əsasən rayonda 564 nəfər ilkin onkoloji xəstə, 512 nəfər vərəm xəstəsi və 1292 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. 2016-cı ilin 9 ayında 59 nəfər şəkər xəstəsi qeydiyyata götürülüb. Bir çox xəstəliklər üzrə əhali pulsuz dərmanlarla təmin olunur.
2016-cı ildə RMX-da qanvermə aksiyası keçirilmiş, ciddi laborator müayinəsindən sonra 93 nəfərdən qan götürülmüşdür.
Rayon üzrə müxtəlif xəstəliklərlə 1833 uşaq dispanser qeydiyyatındadır. Uşaqlar arasında peyvəndlər Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatlarına uyğun aparılır. Rayonda uşaqların peyvəndlə əhatə faizi 95 faiz təşkil edir. Cari ilin 9 ayı ərzində 5593 uşaq dispanserizasiyadan keçirilmiş, 585 nəfər xəstə uşaq müalicəyə cəlb olunmuşdur.
Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən kommunal, ticarət, ictimai iaşə, təhsil və uşaq müəssisələrində sanitariya nəzarəti həyata keçirilmiş, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Peyvənd təqviminə uyğun olaraq vaksinlər yaş qrupuna uyğun aylıq qrafik əsasında tibb müəssisələrinə paylanmışdır. Malyariya müayinəsi əsasında 3320 qan nümunəsi götürülüb yoxlanmışdır. Yoluxucu xəstəliklərin qarşısını almaq üçün ərazilərdə dezinfeksiya işləri aparılmışdır. Şəhərin su təchizatı sisteminə, su anbarlarına nəzarət işi gücləndirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə İsmayıllı Mədəniyyət və Turizm Şöbəsinin bazasında İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi yaradılmışdır. 2016-cı ilin 9 ayı ərzində Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən bir sıra mədəni-kütləvi tədbirlər hazırlanıb həyata keçirilmişdir. Bakı şəhərində, ölkənin digər regionlarında keçirilən Respublika əhəmiyyətli müsabiqə, sərgi və yarışlarda, müxtəlif məzmunlu mədəni-kütləvi tədbirlərdə rayonumuz yüksək səviyyədə təmsil olunmuşdur.
Turizmin inkişafına dair Dövlət Proqramında turizm sektorunun dayanıqlı inkişafını təmin etmək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Rayonda yeni turizm və istirahət mərkəzlərinin tikilib istifadəyə verilməsi, bölgəyə daha çox xarici və yerli turistlərin cəlb olunması sahəsində müəyyən işlər görülmüşdür. Rayonda Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir. Regionda turizmin müxtəlif növləri – ekoturizm, kənd turizmi, mədəni turizm, qış və yay turizmi marşrutlarının yaradılmasına və turizm növlərinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin icrasına başlanmışdır. Rayon İcra Hakimiyyəti başçısının 26 aprel 2016-cı il tarixli 54 nömrəli sərəncamı ilə müvafiq layihə əsasında “Turist bazarı” tikilib istifadəyə verilmişdir.
2016-cı ilin müvafiq dövründə 98 mindən çox xarici və yerli turist rayonumuzda istirahət etmiş, regionun flora və faunası, tarixi abidələri ilə tanış olmuşdur. Son vaxtlar Lahıc və Basqal Tarix-Diyarşünaslıq muzeylərinə, Dövlət Tarix və Mədəniyyət Qoruqlarına gələnlərin sayı xeyli artmışdır.
Rayonda yeni turizm və istirahət mərkəzlərinin tikilib istifadəyə verilməsi, bölgəyə daha çox xarici və yerli turistlərin cəlb olunması istiqamətində işlər davam etdirilir.
Dövlət tədbirlərinin, tarixi günlərin, əlamət

Şərh Yaz