Qubaxəlillidə görüş-qəbul

Vaxtilə taxılçılıq və heyvandarlıq məhsulları istehsalının həcmi və artım tempi, şəhər tipli yaşayış məntəqəsi olması ilə rayonda inkişaf mühiti yaradan, respublikada tanınan Qubaxəlilli kəndinin keçmiş şöhrətini qaytarmaq üçün rayon icra hakimiyyəti, yerli icra və özünüidarəetmə strukturları sahibkarlarla birgə yeni layihələr hazırlayır.
Qubaxəlillidə görüş-qəbul
Qubaxəlillidə görüş-qəbul
Qubaxəlillidə görüş-qəbul
Nəzərdə tutulur ki, ərazidə aqropark yaradılsın, müasir heyvandarlıq kompleksi tikilsin, çeşidli ərzaq məhsulları istehsal edəcək dəyirman kombinati açılsın. “Üçüncü ferma” ərazisində olan torpaqların məhsuldarlığını artırmaq və əkinə yararlı hala salmaq üçün meliorativ işlər görülsün. Bütün bunlar və kəndin abadlaşdırılması, infrastruktur layihələrinin həyata keçirilməsi ilə əlaqədar 165 nəfərin iştirak etdiyi görüş-qəbulda RİH-nin başçısı Mirdaməd Sadıqov ətraflı danışıb, görüşə gələnlərə ilkin layihələr barədə məlumat verib.
Başçının çıxışından sonra sözü, təklifi, arzusu, şikayəti olanlar dinlənilib.
Pensiyaçı müəllim Həsən Hüseynov kənd məktəbinin əsaslı və yüksək səviyyədə təmirinə, Qubaxəlilli tam orta məktəbinin müəllimi Əlisəfa Muradov rəhbərliyin insanlara həmişə diqqət və qayğı göstərdiyinə, Mirzə Bəşirov və Aslan Zərbalıyev mürciətlərinə həssaslıq və ədalətlə yanaşıldığına görə rayon başçısına razılıqlarını bildiriblər.
Sonra kəndin içərsində, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi, uşaq bağçasının, “Kompleks” adlanan ərazidə tikilmiş evlərə qaz çəkilməsi, su pulu verməyənlərin su təchizatına fərdi qaydada məhdudiyyət qoluması təklif olunub.
Tamara Zülfüqarova işıq pulunu verməyə imkanı olmadığını bildirib, Şakir Zalov Küllülü kəndində ümumi orta məktəb açılmasını, Zaur Mürsəliyev həyat yoldaşının iş yerini qonşu kənd məktəbindən Qubaxəlilli məktəbinə dəyişdirilməsini xahiş edib.
Qaldırılan məsələlər, edilən xahiş və verilən təkliflərlə əlaqədar RİH-nin başçısı Mirdaməd Sadıqov müvafiq idarələrin rəhbərlərinə tapşırıqlar verib. Bir sıra məsələlər yerində həll edilib.
Görüşün təşkilatçıları, icraçıları da bir daha yəqin ediblər ki, İsmayıllı rayon rəhbərliyi Cənab Prezidentin xalqın xidmətçisi olmaq tapşırığını məsuliyyətlə yerinə yetirir.
M.Məhərrəmov

Şərh Yaz