Kənd sakinləri ilə görüş

Kolxoz quruculuğunun ilk illərində ucqar dağlıq ərazidə yerləşən Zərnava kəndinə əkin sahəsi arandakı Xəlilli zonasından verilib. Sakinlər gündəlik get-gəldən qurtarmaq üçün tədricən aranda daimi məskunlaşıblar. İndi burada 61 təsərrüfatda 283 nəfər sakin yaşayır. Aşağı Zərnəva adlanan kənd Zərnəva inzibati ərazi dairəsinin tərkibinə daxildir.
Kənd sakinləri ilə görüş
Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun 27 oktyabr 2016-cı il tarixdə Aşağı Zərnəvada keçirdiyi görüş qəbulda torpaqdan səmərəli istifadə yollarından, zonada taxılçılıq üzrə yaradılacaq aqroparkın əhəmiyyətindən məktəbin, fərdi təsərrüfatların qış mövsümünə ciddi hazırlaşmasının vacibliyindən, kənddə təhsil şəraitinin və su təchizatının yaxşılaşdırılması tədbirlərindən danışılıb.
Sakinlərdən V.Baxışov pay torpağının Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi əraziyə düşsə də, indiyədək kompensasiya ala bilməməsindən şikayətlənib. S.Camıyev qaz verilişinin bərpasına və magistraldan kəndə ayrılan yolun təmirinə köməklik göstərməyi xahiş edib. S.Baxışova Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktorundan xahiş edib ki, odun gətirilməsinə şərait yaratsın.
RİH-nin başçısı M.Sadıqov qaldırılan məsələlərin qanuni həlli barədə aid strukturlara tapşırıq və icra üçün konkret vaxt verib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz