Sahibkarlar maarifləndirilir

Oktyabr ayının 28-də İsmayıllı rayon Uşaq kitabxanasının iclas zalında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzi (BBTM) İsmayıllıda “Biznes planları və investisiya layihələrinin hazırlanması”, “İqtisadiyyat Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzuları üzrə maarifləndirici tədbir keçirib.
Sahibkarlar maarifləndirilir
Sahibkarlar maarifləndirilir
Tədbirdə İsmayıllı rayon İcra hakimiyyətinin əməkdaşları Şahin Hüseynov, Səməd Kamilov, BBTM-nin Göyçay rayon nümayəndəliyinin rəhbəri Akif Abbasov, BBTM-nin Yevlax rayon nümayəndəliyinin rəhbəri Rəşad Abbasov, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, sahibkarlıq təşəbbüskarlığının artırılması, sahibkarların maarifləndirilməsi və onların informasiya təminatının genişləndirilməsi, yeni iqtisadi şəraitdə iş təcrübəsinin mənimsənilməsi və genişləndirilməsi, istiqamətlənmiş kompleks tədbirlərin reallaşdırılması, özəl sektorunun inkişafı sahəsində dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
“Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzusu geniş müzakirəyə səbəb olub və mövzu ilə əlaqəli suallar mütəxəssislər tərəfindən cavablandırılıb. Sahibkar fəaliyyətini müsbət nəticələrə yönəldəcək məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir iştirakçıları İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə də vacib bilgilərlə məlumatlandırılıblar.
Mövzular üzrə Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər iştirakçılara paylanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz