Kulinarlarımız fərqləniblər

20 oktyabr 2016-cı il tarixdə Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və “Muğam ocağı” restoranın birgə təşkilatçılığı ilə “Beynəlxalq Kulinariya Günü” münasibəti ilə Bakı şəhərində keçirilən “I Beynəlxalq Г‡örək Festivalı”nda iştirak etmişik və fəal iştirakımıza görə diplomla mükafatlandırılmışıq. Tədbirdə Azərbaycan Respublikasının 24 şəhər və rayonu təmsil olunmuşdur.
Kulinarlarımız fərqləniblər
Kulinarlarımız fərqləniblər
Festivalda bölgələr üzrə ayrılmış yerlərdə hər bir bölgə üçün xarakterik olan çörək və çörək məhsullarının, əl işlərinin sərgisi təşkil edilmişdir. Tədbirdə Qırğızıstan, Türkiyə, Ukrayna kulinarları iştirak etmişdir. Festivalın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Sevda xanım Məmmədəliyeva, nazirliyin rəsmi şəxsləri, millət vəkili Qənirə Paşayeva, Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər, tanınmış aşpazlar və s. qonaqlar iştirak etmişdir. Festivalda Azərbaycan milli mətbəxinin təbliğində xüsusi roluna görə Natəvan Makili-Əliyevaya Azərbaycan Milli Mətbəx səfiri diplomu təqdim olunmuşdur. Festival zamanı Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası bir il ərzində görülmüş işlərin hesabatını vermiş, “I Beynəlxalq Г‡örək Festivalı”nda Azərbaycanın şəhər və rayonlarından gələn iştirakçılar – Abşeron, Ağdaş, Ağsu, Astara, Bakı, Balakən, Gəncə, Göyçay, Xaçmaz, İmişli, İsmayıllı, Qax, Qusar, Laçın, Neftçala, Oğuz, Sumqayıt, Şamaxı, Şəki, Şuşa, Zaqatala, Zəngilan, Zərdab və Qobustan nümayəndələri fəallıq göstərmişdir. Festivalda müxtəlif ölçüdə, çəkidə və dadda olan çörəklər, fəsəli, fətir, yağlı kökə, maxara, karavay (rus çörəyi), qutab, qoğal, şəkərbura, paxlava, bulkalar, yuxa, lavaş və s. un məmulatlarından hazırlanan qida nümunələri təqdim olunmuşdur.
Samir Zülfiyev

Şərh Yaz