İsmayıllı şəhər sakinlərinin nəzərinə!

Avropa Şurasının Yerli və Regional Konqresinin qərarı ilə 2007-ci ilin oktyabr ayının 15-də başlamış “Avropada Yerli Demokratiya Həftəsi” təşəbbüsünə qoşulmuş Azərbaycan şəhər, qəsəbə, kənd bələdiyyələri Milli Assosiasiyaları “Azərbaycanda Yerli Demokratiya Həftəsi”nin keçirilməsi təklifini irəli sürmüşlər. Hər il olduğu kimi, bu il də oktyabr ayının 31-dən noyabr ayının 5-dək müddətdə İsmayıllı şəhərində planlaşdırılan “Yerli Demokratiya Həftəsi” keçiriləcəkdir.
İsmayıllı şəhər sakinlərinin nəzərinə!
Həftə ərzində seçicilərin yerli əhəmiyyətli məsələlərlə bağlı müraciət və təklifləri qəbul olunacaq, vətəndaş-bələdiyyə, bələdiyyə-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, vətəndaşların bələdiyyənin fəaliyyətində iştirakının təmin edilməsi, onların müraciətlərinə baxılması, görülmüş işlər, o cümlədən “Bir bələdiyyə – azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatların verilməsi, 2016-cı ilin bələdiyyə büdcəsi və həyata keçirilməsi nəzərdə tutulmuş layihələr müzakirə ediləcək.
Hörmətli İsmayıllı şəhər sakinləri, Sizi keçiriləcək “Demokratiya Həftəsində” fəallıqla iştirak etməyə dəvət edirik.
Əlaqə saxlamaq, şikayət və təkliflərinizi çatdırmaq üçün bələdiyyənin “Qaynar xətt”inə, (020) 285 -36-89 nömrəli telefona zəng edə bilərsiniz.
İsmayıllı bələdiyyəsi

Şərh Yaz