“ Dağ çiçəkləri “

Cavabdehəm
Danla məni, danla, dost,
Suçuma cavabdehəm.
Hər dərdimə, ağrıma,
Acıma cavabdehəm.
“ Dağ çiçəkləri “
Baharıma, qışıma,
Ayağıma, başıma,
Saqqalıma, yaşıma,
Saçıma cavabdehəm.
Bəlkə neçə yönümdə
Günahım var önümdə.
Sümbülümdə, dənimdə
Puçuma cavabdehəm.
Dövlət quşu başıma
Qonmasın, nə işimə…
Nəyim varsa: beşimə,
Üçümə cavabdehəm.
Uşaq kimi fağıram,
Dağlar kimi ağıram.
Bir ülfətə sığıram,
Gücümə cavabdehəm.
İki üzüm: dağ, aran,
Biri qürub, biri dan.
Ürəyimdən nigaran…
İçimə cavabdehəm.
Olmadı güldüyüm an,
Getdi ömür, düşdü can.
Bir gün də bu dünyadan
Köçümə cavabdehəm.
Nazir Ziya Talıstanlı

Kimi

Dağ havası udub, havalanıram,
Dağların fatehi dağ kəli kimi.
Aranda ürəyim heç olmur aram,
Г‡əkir daim məni dağ dəli kimi.

Atam-anam kimi etdim ona ərk,
Qayası –“ canıbərk, ürəyi kövrək.
Dumanı bürüyür məni sevgitək,
Г‡ayı sığallayır dağ əli kimi.

Əyriyə qənimdir, düzə həmdəmdir,
Bulağı səmadan axan zəmzəmdir.
Meh onun mehridir, cana məlhəmdir,
Hirsi daş çeynəyir dağ seli kimi.

Ölməzlik qazanmış ər oğlu ərdir,
Zamanı cığnayan nər oğlu nərdir.
Göyləri saxlayır milyon illərdir,
Bir beldə güc yoxdur dağ beli kimi.

Zirvələr bəşərin ilk andı, piri,
Tanrı qalasıdır, vallah, hər biri.
Öyrənib dilini, açdım çox sirri,
Dünyada dil yoxdur dağ dili kimi.

Gün altda qar tacı tutulub zərə,
Büllurtək silinib leysanda dərə.
Burada təmizlik hopub hər yerə,
Gəl yaşa dağlarda dağ külü kimi.
Oqtay İsmayıllı

At milçəyi

Məskən bilib qurub yuva,
Yatmır ipə, yatmır sapa.
Quyruq altda, qoltuq altda,
Tük altında neçə qatda,
Burnu iydə, ağzı dada,
Bəyənməyir hər böcəyi,
At milçəyi, at milçəyi.

Kişi xoruz

Kürt toyuq çil xoruza:
–“ Görürsən, göyərçinin
Xoruzu da kürt yatır.
Elə də banlayırsan,
Səsin aləmə çatır.
Gen açıb qanadını
Qondu hinin başına.
Г‡əp baxdı arvadına:
–“ Yəni o da kişidir?
Külü qoyum başına.
Xalıq Yusifoğlu

Qayıdaram

Dərdimə gülən gözəl,
Sevdası yalan gözəl,
Qəlbimdə qalan gözəl,
Ağlasan qayıdaram.

İzini izlərimə,
Sözünü sözlərimə,
Gözünü gözlərimə
Bağlasan qayıdaram.

Eşqimi ürəyində,
Arzumu diləyində
Gülündə, çiçəyində
Saxlasan qayıdaram.

Ay keçib, illər ötsə,
Yolumda hicran bitsə,
Əlin gümana yetsə,
Yoxlasan qayıdaram.

Yerdən göyə yetmişəm,
Günahından ötmüşəm.
Bənövşəyəm bitmişəm,
Qoxlasan qayıdaram.

Sağalmaz eşq yarası,
Varmı onun çarası.
Ürəyimin harasın
Oxlasan qayıdaram.
Murad Məhərrəmov

A dünya

Yaman qoydun bu yükü də belimə,
Bənd atmışdım gözlənilən selinə.
Asta-asta sığal çəkib telimə,
Saman altdan su yeritdin, a dünya.

Mən yanmadım öz oduma, tüstümə,
Özgələri ortaq etdim istimə.
Bəs bu nədir, pay əvəzi üstümə,
Quduzlaşmış it yürütdün, a dünya.

Mən hayqırdım, alışdım da, yandım da
Sən deyəni öyrəndim də, qandım da.
Öz tikdiyim dəyirmanda, yanımda
Başqasına dən üyütdün, a dünya.

Yer altı da, göy üstü də səndədi,
Köksüm yanır, suyun bağlı çəndədi.
Dodağıma bircə damla çiləndi,
O çəni də sən çürütdün, a dünya.

***
Nə idi günahı bu özəl yurdun,
Toxundun ruhuna dədəm Qorqudun.
Qızıləhmədimin, bal armudumun,
Г‡əkdirdin özgəyə mətin, a dünya

Nədən belə mərd olana yağısan,
Aldın əldən bağ-bağçamı, dağı sən.
Sadiq üçün oxunmamış ağısan,
Barışam səninlə çətin, a dünya.
Sadiq Babaoğlu

Ürəyimi
Tale etdi didim-didim
Kül olacaq ürəyimi.
Buz tək qəmə tuş elədim,
Bu od-ocaq ürəyimi.
Təsəllisi bircə udum,
Gözümdəki zərlə yudum.
Dan yerinə, günə tutum,
Yaş dolacaq ürəyimi.
Dərdlərinə özü məzar,
Öz bəxtini özü yazar.
Dönsə üzü, düşsə bezar,
Kim alacaq ürəyimi?
Küsdürməyi bir günah san,
Barışmağı bilmə asan.
Daha çətin qaytarasan
Ayrılacaq ürəyimi.
Xatın

Yurdu, eli sevə-sevə

Qardaşım Murada

Beş bacının qardaşısan,
Səni daim uca gördüm.
Şirin, şəkər arzulardan
Saf adına çələng hördüm.

Baba dağının qarıtək,
Paksan, amma ki, odlusan.
Sinəndə el sevən ürək,
Xoş arzulu, muradlısan.

İlləri boş yaşamadın,
Erkən düşdü saçına dən.
Ocaq sevən, Vətən sevən,
Oğul-uşaq yetirmisən.

Bizə arxa, dayaq oldun,
Sevilən ərsən, atasan.
Yurdu, eli sevə-sevə,
Qardaş, yüz yaşa çatasan!
Şərqiyyə Balacanlı

Bu Vətəndədir

Gedəydim dünyanın lap o başına,
Görəydim necədir orada hallar.
Görəydim bir nələr gəlir xoşuma,
Gerçəyə dönürmü orda xəyallar.

Bir görəydim orda həyat nə dadır,
Necə könül verir insana insan.
Ordadamı sevgi belə bal dadır,
Sevənlər keçirmi öz canlarından.

Ey könül, boşuna xəyallanma gəl,
Görmək istədiyin elə məndədir.
İnsanlığım, sevgim gözəldən gözəl,
Hər şeyin yaxşısı bu Vətəndədir.
Gülxar Cəbiqızı

Yaşa mənimlə

Qoşa dayanmışıq, görünür hər yan,
Ulduzlar bizimlə görüşə gəlir.
İnan ürəyim də, könlüm də hər an,
Tək sənin eşqinlə əsir, titrəyir.

Sənin gözlərinin dərinliyində
Özümü itirdim, özümü tapdım.
Bir dünya səadət döydü qapımı,
İsti ocağımı, közümü tapdım.

Əlini ver tutum, tutum həmişə,
Addımla yolları qoşa mənimlə.
Tanrı dərgahında ömür payını,
Ayrılma, əbədi yaşa mənimlə.
Rüstəm Məbudoğlu

İlahi, adamlar necə dəyişir

Biri görürsən ki, təzə dondadı,
Dəyişib səsini, təzə tondadı.
Bilmirsən suç səndə, yoxsa ondadı,
İlahi, adamlar necə dəyişir.

Keçmişi unudur, özünü danır,
Yalanını danır, düzünü danır.
Oğulunu danır, qızını danır,
İlahi, adamlar necə dəyişir.

Ədası az qala dünyanı yıxır,
Hər yerdə hamıdan qabağa çıxır.
Əməli, ürəyi pas atmış, paxır,
İlahi, adamlar necə dəyişir.

Palçığın içində zərə bürünür,
Əyilib kiməsə yaxşı görünür.
Nə qədər alçalır, yerlə sürünür,
İlahi, adamlar necə dəyişir.

Kimdir günahkarı, bəlkə də zaman,
Yox-yox, günahkarı insandır, insan.
Sən demə dəyişir insanı dövran,
İlahi, adamlar necə dəyişir.
Nailə Yırğançaylı

Payız sevdası

Bir payız ayında sevmişdim səni,
Ayrılıq anında, hicran dəmində.
Saatlarla anıb hər dəqiqəni,
Hey ölçüb-biçirdim öz aləmimdə.

Səni danmağımdan hələ küsdüm də,
O payız eşqiydi, adı üstündə.
Məndən zəiflər də, məndən üstün də,
Səni vəsf etmişdi öz qələmində.

Bir tək mənim cəsarətim lal idi,
Dünyam başqa, halım başqa hal idi.
Sevgimin meyvəsi onda kal idi,
Zamanla yetişdi könül zəmimdə.
Elnarə Günəş

Dön, geri qayıt

Evimin içində tənhalıq qorxusu,
Gözümdə dolanır həsrət yuxusu.
Pəncərəm önündə ayrılıq qoxusu,
Gəldiyin yolları dön, geri qayıt.

Kədər yuvasıdı, qəm yuvasıdı,
Dərdlərin gileyli bir nəvasıdı.
Könlümdə çalınan söz havasıdı,
Gəldiyin yolları dön, geri qayıt.

Səsinə səs verib dinlənmə daha,
Bir ömür yolunda dönmüsən aha.
Batmısan dünyada böyük günaha,
Gəldiyin yolları dön, geri qayıt.

Anlayıb sən məni duya bilmədin,
Ötürdün günləri, saya bilmədin.
Döndün bir bulanlıq çaya bilmədin,
Gəldiyin yolları dön, geri qayıt.
Mehriban İbrahimova

İslanmış gözəl
Bir payız axşamı, yağırdı yağış,
Durmuşdu qarşımda, titrək bir gözəl.
Ovçunun toruna düşmüşdü sanki,
Yağışdan qaçarkən, ürkək bir gözəl.
Bu zərif çiçəyi yuyurdu yağış,
Düzürdü kirpiyə mirvariləri.
Qıvrım tellərindən süzüldükcə su,
Alırdı canımı islanmış pəri.
Bir damcı ayrılıb qara tellərdən,
Qönçə dodaqların çatına düşdü.
Sızladı qəlbimin həsrət yarası,
Nar xəstə könlümün yadına düşdü.
Sinəmin üstündə od qalayırdı,
Sinəsi üstünə axan damcılar.
Elə bir qəsdimə durmuşdu mənim,
Köynəyi sinəyə sıxan damcılar.
Г‡ırpırdı ətəyin, sıxırdı saçın,
Yağışla bəhsəmi girirdi gözəl?
Tanrı fırçasıyla çəkilən şəkli,
İncə əlləriylə silirdi gözəl.
Yağış hisslərimlə oynayıb sanki,
Alırdı ağlımı – havalanırdım…
İslatdıqca bizi payız yağışı,
Gözəl üşüyürdü… mən odlanırdım…
Turac Hilal

Fikir

Gözəldir gecələr xəyala dalmaq,
Yerin rahat ola, göylər də işıq.
Tək-tənha olanda olur anlamaq,
Həyata, ömürə, nədir yaraşıq.

Uzun gecələrdə fikir aparır,
Qaldırır Adəmi dağlara, daşa.
Düzəndə dincəldir, dərədə yorur,
Keçilməz yollarda qoyur baş-başa.

Həyatda fikirsiz yaşamaq olmur,
Xəstəliyə salır bəzən də canı.
Aman vermir bir kimsəyə, yorulmur,
Öldürür, dirildir fikir insanı.
Aidə Gədəbəyli

İnsan

Ömür parça deyil, alıb-satasan,
Nə kağız deyil ki, büküb atasan.
Tanrının verdiyi qismət payıdır,
Gərək ki, qeydinə qalasan hər an.

İnsan ürəyinə çalış cığır aç,
Günəştək işıq ver, parla, şəfəq saç.
Şəfqətinlə etmək istəsən əlac,
Г‡alış kimsəsizə olasan həyan.

Tanrının payıdır acıyla şirin,
Bu gözəl günlərin qədrini bilin.
Ürəkdən sevinin, ürəkdən gülün,
Min qəlblə bağlansın insana insan.

Ey insan, Allaha hər zaman sığın,
Xeyirə bürünər solun, həm sağın.
Gülüstana dönər hər bağça-bağın,
Dar gündə şükr elə, olma pərişan.
Xuraman Baxış

Şərh Yaz