Müsabiqənin rayon mərhələsi keçirilib

21 oktyabr 2016-cı il tarixdə İsmayıllı Rayon Uşaq Yaradıcılıq Mərkəzində uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması, uşaq və gənclər arasında fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltmək məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Təhsil Nazirliyi tərəfindən hər il “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin rayon mərhələsi keçirilib.
Müsabiqənin rayon mərhələsi keçirilib
Rayonun ayrı-ayrı məktəblərindən mərkəzə təqdim olunan əl işlərinə keçirilən baxışda bəyənilən nümunələr eyni adla respublika məktəbləri üzrə keçiriləcək müsabiqəyə təqdim olunmaq üçün seçilib.
Qeyd edək ki, rayonumuzun yaradıcı məktəbliləri hər il bu mövzuda keçirilən müsabiqədə qaliblər sırasında yer alıblar. Ümidvarıq ki, qarşıdakı müsabiqədə də məktəblilərimizin əl işləri yüksək yerlərə
layiq görüləcəkdir.
İ.Vahabov

Şərh Yaz