Təbrik edirik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 Təbrik edirik
İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Bayramov Şərafət Təhmiraz oğlunun da adı təltif olunanlar sırasındadır.
Şərafət müəllimi yüksək mükafata layiq görülməsi münasibəti ilə təbrik edir, ona oxucularımızın və rayon ictimaiyyətinin adından cansağlığı, şərəfli və məsuliyyətli işində yeni-yeni nailiyyətlər arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz