Həlli vacib məsələlər

Qəzli hazırda İsmayıllı rayonunun şəhər ərazisindəki məhəllələrdən biridir. Bir neçə il əvvəl isə bu yaşayış məntəqəsi Mican bələdiyyəsinin hüdudlarına daxil idi.
Şəhərin bu məhəlləsində 46 ev, 52 təsərrüfat var. Burada yaşayan əhalinin sayı 240 nəfərdir. Aydın məsələdir ki, kəndi şəhərə birləşdirən kimi, burada şəhərə aid infrastruktur yaratmaq mümkün olmur.
Bir neçə gün əvvəl İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov məhəllənin sakinləri ilə görüşüb.
Həlli vacib məsələlər
Səyyar görüş-qəbulda sakinlər ərazidə məktəb binasının olmamasını başlıca problem kimi diqqətə çatdırıblar. Məhəllənin şəhər kənarında olması, məktəblilərin yağmurlu havalarda kilometrlərlə, gediş-gəliş üçün çox da rahat olmayan yolu qət etmələri valideynləri rahat buraxmır.
Sakinlər öncə ölkədə, eləcə də doğma İsmayıllımızda gedən inkişafdan, tikinti-quruculuq işlərindən söz açıblar. Sevindirici inkişaf fonunda üzləşdikləri mövcud problemləri dilə gətiriblər. Г‡ıxış edənlər rayon mərkəzinə gedən yolun təmir olunmasının, məktəb yaşlı uşaqların avtobusla məktəbə aparılıb-gətirilməsinin, şəhər ərazisindəki su-kanalizasiyası xəttinə Qəzli məhəlləsinin də qoşulmasını və məhəllədəki yararsız elektrik dirəklərinin yeniləri ilə əvəz edilməsinin vacibliyindən danışıblar.
Problemlərdən bir qisminin yerli imkanlar hesabına, qısa müddətdə həlli üçün RİH başçısı M.Sadıqov göstəriş və tapşırıqlar verib. O, həm də bildirib ki, bəzi məsələlərin həlli üçün yuxarı təşkilatlara müraciətlər olunacaqdır.
Ş.Soltanov

Şərh Yaz