Kənd böyüyür, tələblər artır

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov oktyabr ayının 13-də rayonun Sumağallı kəndinin sakinləri ilə səyyar görüş-qəbul keçirib. Səyyar görüş-qəbulların keçirilməsində başlıca məqsəd əhalinin sosial durumu, yaşayış tərzi ilə yerlərdə tanış olmaqdır.
Kənd böyüyür, tələblər artır

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov oktyabr ayının 13-də rayonun Sumağallı kəndinin sakinləri ilə səyyar görüş-qəbul keçirib. Səyyar görüş-qəbulların keçirilməsində başlıca məqsəd əhalinin sosial durumu, yaşayış tərzi ilə yerlərdə tanış olmaqdır.
Kənd böyüyür, tələblər artır
Sumağallıda tam orta məktəb, kitabxana, həkim məntəqəsi, poçt şöbəsi və ATS, həmçinin məscid fəaliyyət göstərir. Uzun illər əvvəl tikilmiş məktəb binasının 170 şagird yerlik şəraiti olsa da, şagirdlərin sayı 218 nəfərdir.
Sumağallıda ildən-ilə əhalinin, məktəb şagirdlərinin sayı artmaqdadır. Burada müasir standartlara uyğun və təchizatlı uşaq bağçasının tikilib istifadəyə verilməsi də məhz bu reallığın nəticəsidir.
Sumağallıda 276 ev, 258 təsərrüfatda 1050 nəfər sakin vardır.
Dağətəyi ərazidə yerləşən bu kəndlərdə əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, qismən də bağçılıqdır.
Bu il Sumağallı kəndi təbii yanacaqla təmin olunub, uşaq bağçası istifadəyə verilib. Bu rahatlığa görə minnətdarlıq edən sakinlər kənd qəbiristanlığı yolunu kəsən çayın üzərində körpü qurulmasına, kənddə yeni məktəb və kitabxana binalarının tikilməsinə, kənddaxili yararsız rabitə dirəklərinin dəyişdirilməsinə, kəndin sürətli internetlə təmin olunmasına və digər məsələlərə köməklik göstərilməsini xahiş edirlər. Məlumat və çıxışlardan bəlli olur ki, kənd böyüdükcə, tələblər də artır. Bu təbii haldır.
Sakinlərin çıxışlarından sonra RİH başçısı M.Sadıqov səsləndirilən problemlərin həlli istiqamətində aidiyyəti idarələrin rəhbərlərinə tapşırıqlar verib.
Ş.Soltanov

Şərh Yaz