Multikulturalizm və təhsil

Cəmiyyətin gələcəyi onun aldığı təhsil səviyyəsi ilə ölçülür. Qloballaşan dünyamızda hər bir şəxsin mədəni və sosial həyatında müstəqil qərarlar qəbul etməsi, yüksək bacarıqlara malik mütəxəssis, novatorluq qabiliyyətinə malik tolerant vətəndaşların, bir sözlə, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insan resurslarının inkişafı dövlətin apardığı təhsil siyasətindən və fərdlərin aldığı yüksək təhsil səviyyəsindən asılıdır.
Multikulturalizm və təhsil
Yeniliklər, müvəffəqiyyətlər, arzulara yol açan uğur və nailiyyətlərə böyük ümid doğuran və daha bir dərs ilini qarşıladıq. Hər bir dərs ilində olduğu kimi bu il də qarşımıza qoyduğumuz məqsədlərə çatmaq və maksimum bilik və bacarıq əldə etmək üçün dövlətimizin şagirdlər və müəllimlər üçün yaratdığı təhsil və tərəqqi imkanlarından bacardıqca faydalanmağa çalışırıq. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun təhsil sahəsində dövlət siyasətinin inteqrasiya, səmərəlilik, keyfiyyətlilik, fasiləsizlik, vəhdətlik prinsiplərinə əsasən milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli fРѕrmada qРѕşulması, uyğunlaşması və qРѕvuşması, təhsilin mövcud standartlara, nРѕrmalara, sРѕsial-iqtisadi tələblərə, şəС…siyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu, təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və sРѕn nəticəyə istiqamətlənən müasir metРѕdlarla təşkili məsələləri qarşımızda prioritet vəzifə olaraq qalmaqdadır. Müasir dövrdə İKT imkanlarının inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. 2015-2016-cı tədris ili ərzində qazandığımız nailiyyətlərin ardı olaraq təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi təhsil sahəsində həm təhsil alanların, həm də təhsil verənlərin peşəkarlığının artırılmasına uğurlu bir vəsilə oldu. Ölkəmizdə informasion cəmiyyətin qurulması və Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasında birbaşa rolu olan müəllimlərin, təhsil işçilərinin təcrübə mübadiləsi və inkişafı sahəsində İsmayıllı təhsilində də uğurlu addımlar atılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili multikulturalizm ili kimi elan edilməsi barədə imzaladığı sərəncama əsasən qarşıda duran təbdirlər planına uyğun olaraq İsmayıllı rayonunda müxtəlif dövlət müəssisələri ilə birlikdə mədəni müxtəliflik, tolerantlıq, multikulturalizmin Azərbaycan modeli və dünya multikulturalizm modelləri mövzularında tədbirlər, elmi-praktik konfranslar, seminarlar, dəyirmi masalar keçirilməkdədir. Multikultural dəyərlərin təhsildə təbliği sahəsində həyata keçirilən tədbirlər siyahısına adət etdiyimiz ənənəvi konfranslardan fərqli olan elmi-praktik video-konfranslar keçirilməsi ölkəmizdən kənarda yaşayan soydaşlarımızla, təhsil ictimaiyyəti ilə və eyni zamanda digər mədəniyyətləri təbliğ edən həmkarlarımızla daha sıx əlaqə yaratmağa, onları daha yaxından tanımağa və xalqın hər bir nümayəndəsinin bir-birinə qayğı və hörmətlə yanaşmağa səsləyən bir təşəbbüs idi. Hər bir konfrans öz işinə torpaq uğrunda canından keçən şəhid məzunlarının məzarlarını ziyarət etməklə başladı, nümunəvi başlanğıc konfransın uğurlu davamına zəmin yaratdı. Hər biri 5 saatdan artıq davam edən konfrans zamanı çoxsaylı açıq dərslər izlənildi, “İKT imkanlarından səmərəli istifadə etməklə tədrisin keyfiyyətinin yüksəldilməsi”, “Tərbiyə prosesində multikultural dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi yolları”, “İbtidai siniflərdə tədrisin daha uğurlu təşkili məsələləri”, “Azərbaycan dili və ədəbiyyatı dərslərində milli-mənəvi dəyərlərimizin aşılanması” mövzularında mühazirələr və çıxışlar dinlənildi, konfransı izləyən nümayəndələrin və müəllimlərin şərhlərinə vaxt ayrıldı. İsmayıllı Rayon Təhsil Şöbəsinin dəstəyi ilə İsmayıllı rayonu Kürdmaşı və Topçu kənd tam orta məktəbinin pedaqoji kollektivi tərəfindən təşkil olunmuş elmi-praktik konfranslara rayonumuzun bir sıra orta məktəbləri ilə yanaşı Moskva təhsil müəssisələri şəbəkəsinə aid olan Kərim Kərimov adına 1583 nömrəli etnoməktəb, Gürcüstanın Bolnisi rayonu, müxtəlif mədəniyyətləri təmsil edən Hindistan məktəblərinin, Rusiyanın Г‡elyabinsk vilayəti 23 nömrəli gimnaziya, Sudanda fəaliyyət göstərən Oxford məktəbinin də bu konfransda iştirakı qarşıya qoyduğumuz məqsədə nail olmaqda vasitəçi oldular .
Bu günlərdə isə 2015-2016-cı tədris ilinin sonunda iştirak etdiyimiz bir layihənin sevincini yaşayırıq. 5 İyun – Beynəlxalq Ekologiya Günü və Yer Günü ilə əlaqədar Belçikada fəaliyyət göstərən Compassion Activism Charity xeyriyyə təşkilatı və Hindistanda nəşr olunan Arachneed jurnalının birgə təşəbbüsü ilə təşkil olunmuş “Yer üçün yaz – Yer ilə yaz!” (“Write for the Earth – Write with the Earth!”) inşa yazı müsabiqəsinin rəsmi nəticələri elan olundu. İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin rus bölməsində təhsil alan 8-ci sinif şagirdi Rəsul Baxışov Azərbaycanda və ümumi nəticələrdə 1-ci, 7-ci sinif şagirdi Rüfət Həmidli isə 3-cü yerin qalibi oldular. Qaliblərin mükafatlandırılması üçün hədiyyə və təltiflər poçt vasitəsilə Belçikadan Azərbaycana və digər qalib ölkələrə göndərildi. Mükafatlarla yanaşı qaliblərə yazı bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də gələcək peşə seçimində yardım ola biləcək 3 aylıq onlayn pulsuz jurnalistika təlimləri də keçiriləcəkdir.
İnternet vasitəsilə həyata keçirilən bu beynəlxalq müsabiqə ətraf mühitin mühafizəsində eyni maraqlara xidmət edən 6-16 yaşlı şagirdləri birləşdirdi, ümumilikdə 11 ölkədən 111 onlayn iş daxil oldu və onlar 7 ölkədən seçilmiş 11 münsif tərəfindən qiymətləndirildi. Rəsul Baxışovun yazdığı inşa bütün üzvlər tərəfindən yüksək dəyərləndirilərək 96,87 faiz balla ən yüksək pilləyə – 111 inşa yazı nümunəsi arasında birinci yerə layiq görüldü. Rəsulu, eləcə də Azərbaycan üzrə 2-ci yerin qalibi – Astara məktəblisi Ləman Mikayıllı və 3-cü yerin qalibi yenə də 1 saylı məktəbin şagirdi Rüfət Həmidlini təbrik edir və onlara daha çox nailiyyətlər və qalibiyyət sevinci arzu edirik.
Multikulturalizm və təhsil
Ruhiyyə Mahmudova,
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Şərh Yaz