Torpağa qayğı göstərəndə–¦

Ölkə ərazisində ənənəvi sahələrin inkişaf etdirilməsi baxımından İsmayıllı rayonunda da əhəmiyyətli addımlar atılmaqdadır.
Torpağa qayğı göstərəndə–¦
Rayonun Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov məlumat verdi ki, Azərbaycanın hər bir bölgəsi kimi, İsmayıllının inkişafı üçün lazımi tapşırıq və tövsiyələrini verən, daim diqqət və qayğı göstərən Prezident İlham Əliyev regionlara etdiyi səfərlər çərçivəsində İsmayıllıda da olub.
Bunun məntiqi nəticəsi olaraq son illər İsmayıllı rayonunda aqrar sahədə görülən işlər sayəsində əhalinin həyat səviyyəsi yüksəlib, iqtisadiyyatın ayrı-ayrı sahələrində inkişafa nail olunub.
Torpağa qayğı göstərəndə–¦
Rayonun 207 min 372 hektar ümumi torpaq fondu var, bundan 113 min 973 hektarı kənd təsərrüfatı təyinatı torpaqlardır. Bu sahənin də 84 min 840 hektarı yararlıdır. Təkcə keçən il rayon üzrə taxıl istehsalı 21 min 274 ton artaraq 104 min 824 tona çatıb. Dəmyə şəraitində məhsuldarlıq 36,3 sentner təşkil edib. Bu ilin məhsulu üçün 29 min 312 hektarda taxıl yetişdirilib və biçilib. Həmçinin əvvəlki illərdən fərqli olaraq cari ildə Almaniyadan yüksək reproduksiyalı toxumluq kartof gətirilərək əkilib. Ümumiyyətlə, rayonda ilk dəfə olaraq sənaye üsulu ilə 165 hektar sahədə kartof əkini həyata keçirilib. Məhsul istehsalında ildən-ilə artım nəzərə alınaraq, kartof emalı zavodu tikilir. Yaxın günlərdə istismara verilməsi nəzərdə tutulan müəssisədə digər meyvə məhsulları da emal olunacaq.
Torpağa qayğı göstərəndə–¦
Torpağa qayğı göstərəndə–¦
Torpağa qayğı göstərəndə–¦
Torpağa qayğı göstərəndə–¦
Torpağa qayğı göstərəndə–¦
Torpağa qayğı göstərəndə–¦
Torpağa qayğı göstərəndə–¦
Bölgədə üzümçülük də inkişaf etdirilir. Son illərdə 300 hektarda yeni plantasiyalar salınıb. Ənənəvi sahələr olan tütünçülüyün və ipəkçiliyin inkişafı istiqamətində tədbirlər görülür. Habelə, kənd təsərrüfatının digər sahələrinin, o cümlədən heyvandarlığın inkişafı da diqqət mərkəzindədir.
Ötən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi aqrar islahatların bu gün öz bəhrəsini verdiyini kənd təsərrüfatının yeni inkişaf mərhələsində olduğunu İsmayıllı rayonunun timsalında aydın görmək mümkündür.
Aqrar sektora göstərilən dövlət dəstəyini bu sahənin inkişafı üçün inzibati və maliyyə resurslarının səfərbər edilməsini, iri təsərrüfatların, kooperativlərin yaradılmasının perspektivləri İsmayıllıda kənd təsərrüfatının ənənəvi sahələrinin – taxılçılığın, heyvandarlığın, üzümçülüyün inkişafı ilə yanaşı, bağçılığın, tütünçülüyün, baramaçılığın da perspektivi prioritet təşkil edir.
Rayon üçün prioritet sahə olan bağçılığın inkişaf etdirilməsi, gələcəkdə 1000 hektar sahədə “Qızıl Əhmədi” alma sortu olan bağların salınması, tütünün qurudulması üçün avadanlıqların quraşdırılması və qəbul məntəqəsinin açılması, tut bağlarının salınması, süfrə üzümü sortlarının əkin sahələrinin genişləndirilməsi, meyvə-tərəvəz tədarükü üçün müvafiq təşkilatın yaradılması, soyuducu anbarların tikilməsi qarşıda duran əsas məsələlərdəndir.
Rəqəmlərdən və rayonda kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərdən aydın olur ki, torpağa, təsərrüfata yenidən qayıdış iqtisadiyyatın daha da güclənməsinə, əhalinin maddi-rifah halının daha da yaxşılaşmasına sanballı təkan verir. Yeni yaradılan kənd təsərrüfatı idarələri, əlbəttə, bu istiqamətdə qurulan bütün işlərə rəhbərlik edir, əməli köməklik göstərir. İdarəmizin mütəxəssisləri müvafiq qurumlarla əlaqəli iş qururlar. İlk addımlar gələcəkdə aqrar sahədə daha yüksək nəticələr qazanılacağına əminlik yaradır.
Hər şey bünövrə üzərində yaranıb inkişaf edir. Dağların qoynunda yerləşən İsmayıllıda ərzaq məhsullarının istehsalı sahəsində keçmişdən bu günə gəlib çatan yaxşı ənənələr var. İnsanlar həmin ənənələri indi də davam etdirirlər.
İstehsal olunmuş barama hesabına 30 ailə bir ay ərzində 6400 manat vəsait qazanmışdır. Gələcəkdə barama istehsalını və əhalinin məşğulluq səviyyəsini artırmaq üçün 2000 ədəd tut tingi əkilmişdir. Eləcə də yol kənarlarında və bələdiyyələr ərazisində yaşıllaşdırma məqsədilə 29000 ədəd ağac əkilmişdir.
Tərəvəzçiliyin inkişafı ilə əlaqədar rayonda ardıcıl tədbirlər həyata keçirilir. Bu sahə əmək tutumlu və gəlirli sahələrdəndir. Son illərdə rayonda açıq sahə tərəvəzçiliyi ilə yanaşı, örtülü torpaq-istixana tərəvəzçiliyi də inkişaf etdirilir. Hal-hazırda rayon ərazisində 61 təsərrüfatda tərəvəz və çiyələk istixanaları fəaliyyət göstərir.
Rayonda ənənəvi sahə hesab edilən və əhalinin gəlir mənbəyi olan meyvəçilik də inkişaf etdirilir. Cari ildə rayonun Qalınçaq kəndində 11 hektarda müxtəlif meyvə sortlarından ibarət intensiv meyvə, Quşencə kəndində isə 5 hektar sahədə qoz bağı salınaraq, rayonda meyvə bağlarının sahəsi 1165 hektara çatdırılmışdır.
Məlum olduğu kimi, üzümçülük sahəsində İsmayıllı vaxtilə respublikada qabaqcıllar sırasında olmuşdur. Ulu öndərin hakimiyyətə qayıdışından sonra gəlirli, əmək tutumlu və mühüm sahə olan üzümçülük yenidən inkişaf xəttini götürmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğısı nəticəsində 2012-ci ildə “Azərbaycan Respublikasında üzümçülüyün inkişafı” Dövlət Proqramı qəbul edilmişdir. Proqramın icrasından irəli gələn vəzifələrlə bağlı rayonda son illərdə 300 hektar sahədə yeni üzüm bağları salınmışdır.
Cari ilin yaz aylarında Kürdmaşı kəndində fəaliyyət göstərən “Kənd” MMC tərəfindən 40 hektar sahədə filloksera zərərvericisinə davamlı sortlardan ibarət yeni üzüm bağı salınmışdır.
Dağlar diyarı İsmayıllıda fermerlərə işləmək, qurub-yaratmaq üçün yaxşı şərait yaradılıb. İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov zəhmət adamlarının çətinliklərinin, problemlərinin həllində köməyini əsirgəmir, rayonun inkişafı üçün var qüvvəsi ilə çalışır. Təsadüfi deyil ki, onu İsmayıllıda fermerlərin ən yaxın dostu adlandırırlar. Torpağın dilini yaxşı bilən Mirdaməd müəllim hər bir yığıncaqda, kəndlərdə görüşdüyü zəhmət adamlarına izah edir ki, torpaq istifadəçisi torpağın və bitkinin “dilində” danışmağı öyrənməli və onlarla necə danışmağı bacarmalıdır. “Pis torpaq yoxdur, pis təsərrüfatçı var” deyimini həmişə yadda saxlamağı tövsiyə edir.
İsmayıllı fermerləri ölkə rəhbərliyinə minnətdarlıq edir, onlara göstərilən qayğıya görə sağ ol deyirlər.
“Kənd həyatı”

Şərh Yaz