Təqdimat mərasimi keçirilib

“Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində” kitabının təqdimat mərasimi keçirilib.
Oktyabr ayının 1-də rayon Uşaq kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərlə Dövlət Dəstəyi Şurasının keçirdiyi 2-ci qrant müsabiqəsinin qalibi olmuş “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyinin “Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimi keçirilib
Təqdimat mərasimi keçirilib
Təqdimat mərasimi keçirilib
Tədbirdə İsmayıllı rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərin, təhsil, səhiyyə və mədəniyət işçilərinin 60-a yaxın nümayəndəsi, RİH hüquq şöbəsinin müdiri X.Abbasov, İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini M.Məhərrəmov iştirak edib.
Tədbiri giriş sözü ilə X.Abbasov açıb, “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İB-nin sədri, professor Rüstəm Məmmədov kitabın məziyyətləri haqqında ətraflı məlumat verib.
RİH-nin məsul işçisi Murad Məhərrəmov, Qaçkınkomun rayon nümayəndəsi Tahir Əliyev, Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini İsrayıl İsmayılov, şəhər 5 nömrəli tam orta məktəbinin müəllimi Şahlar Hacıyev çıxış edərək kitabın geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacağını bildirmiş, müəlliflərə minnətdarlıq ifadə ediblər.
Sonda yeni nəşr tədbir iştirakçılarına, şəhər, kənd və məktəb kitabxanalarına paylanılıb.
Ayişə Yusifli

Şərh Yaz