Bədii gimnastikada 3 birinci yer

Oktyabr ayının 9-da Kürdəmir rayonunda bədii gimnastika üzrə 2-ci Kürdəmir Kuboku keçirilib. 100-dən çox gimnastın iştirak etdiyi bədii gimnastika üzrə 2-ci Kürdəmir Kubokuna Bakı Gimnastika Məktəbi, “Gömrükçü İK”, Respublika Kompleks İdman Məktəbi, “Şağan OİK”, “Zirə”, “Zabrat İK”, Hövsan Olimpiya-İdman Kompleksi, “Zirvə İK”, Şirvan, Qusar, Göyçay, Gəncə, İsmayıllı, Kürdəmir gimnastları qoşulublar.
Bədii gimnastikada  3 birinci yer
Yarışda 2006-2008 və 2009-2011-ci il təvəllüdlü gimnastlar (alətsiz, halqa və topla, çoxnövçülükdə) iştirak ediblər.
İsmayıllı rayonunu 11 gimnast bədii gimnastika üzrə 2-ci Kürdəmir Kubokunda uğurla təmsil edib. Müxtəlif yaş qruplarında gimnastlarımız 3 birinci yer qazanaraq rayona medallar, diplomlar və xüsusi hədiyyələrlə qayıdıblar.
Gimnastlarımızın məşqçi-müəllimi Sultanə İbrahimova yetirmələrinin qarşıdakı yarışlarda da yüksək nəticələr göstərə biləcəklərinə ümidvar olduğunu bildirib.
Valideynlər və rayon gimnastikasevərləri adından Sultanə müəllimə təşəkkür edir, balaca mələklərimizə daha böyük uğurlar arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz