Cüdoçularımızın uğuru

12-13 oktyabr 2016-cı il tarixlərdə “Sərhədçi” Olimpiya İdman Mərkəzində 23 yaşa qədər cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyini və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan U 23 yarışlarında respublikamızın müxtəlif bölgələrindən 300-ə yaxın cüdoçu mübarizə aparıb.
Cüdoçularımızın uğuru
Cüdoçularımızın uğuru
Cüdoçularımızın uğuru
İsmayıllımızı layiqincə təmsil edən cüdoçu qızlarımız uğurlu nəticələr göstəriblər. Belə ki, 78 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün yüksək pilləsində yer tutan Günel Həsənli qızıl medalla sahib olub. 57 kiloqram çəki dərəcəsində Şəfiqə Məmmədova, 52 kiloqram çəki dərəcəsində isə Zəhra Mehdiyeva fəxri kürsünün 3-cü pilləsində yer tutumaqla bürünc medal və müvafiq diplomlarla təltif ediliblər.
Yarışın keçirilməsinin əsas məqsədi milli komandamız üçün gənc və perspektivli cüdoçuları müəyyənləşdirməkdən ibarət olub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz