Kamil yenə birincidir

23-25 sentyabr 2016-cı il tarixlərdə Xırdalan şəhərində yerləşən Beynəlxalq Zirvə İdman Klubunun idman bazasında Poverliftinq idman növü üzrə kişilər və qadınlar arasında Azərbaycan Respublikası Kuboku uğrunda yarış keçirilib.
Kamil yenə birincidir
Bu yarışda rayonumuzu layiqincə təmsil edən, beşqat dünya çempionu Kamil Qafarov 82,5 kiloqram çəki dərəcəsində 220 kiloqram nəticə göstərərək fəxri kürsünün yüksək pilləsində yer tutub. İştirak etdiyi bütün yarışlardan qələbə ilə qayıdan idmançımıza gələcək yarışlarda da uğurlar arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz