Dünya çempionatının üçüncüsü Toğrul oldu

5 oktyabr 2016-cı il tarixdə Bolqarıstanda keçirilən Qol güləşi üzrə 38-ci dünya çempionatında İsmayıllıdan olan idmançımız Şahlarlı Toğrul dörddəbir finalda erməni idmançısına qalib gələrək yarımfinalda iştirakını təmin edib. Yarımfinalda bürünc medal qazanaraq fəxri kürsünün 3-cü pilləsində yer tutub.
Dünya çempionatının üçüncüsü Toğrul oldu
Şahlarlı Toğrul yetirmələri üzərində səylə çalışan, onların uğurlarına özlərindən çox sevinən məşqçisi Vüsal Qəzənfərovun ümidlərini doğruldub. Onu da qeyd edək ki, bu, Toğrulun ilk qələbəsi deyil. O, artıq dünya, həm də Avropa çempionu adına layiq görülüb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz