Faydalı əməklə məşğulluğa diqqət

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sentyabr ayının 29-da Quşencə kənd inzibati ərazi dairəsində yaşayan sakinlərlə görüş-qəbul keçirib.
Görüş öncəsi ərazidəki problemlərin müəyyən edilməsi məqsədi ilə hazırlanmış arayışa əsasən kəndin ərazisi, əhalisi və mövcud infrastrukturla bağlı məlumatları öyrəndik.

Məlumat üçün bildirək ki, hazırda Quşencədə 624 ev, 696 təsərrüfat, 2998 nəfər sakin vardır.
Qəbul zamanı səslənən çıxışlardan bəlli oldu ki, Qaraməryəm-İsmayıllı magistralından kəndə qədər olan yolun əsaslı təmiri, kəndin su təchizatı, kənddaxili yararsız elektrik dirəklərinin dəyişdirilməsi həlli ən vacib məsələlərdəndir.
RİH başçısı M.Sadıqov səsləndirilən problemlərin həlli ilə bağlı yuxarı təşkilatlara müraciət olunduğu və yaxın gələcəkdə yol və su məsələsinin dövlət səviyyəsində öz həllini tapacağını bildirib, elektrik dirəklərinin dəyişdirilməsi üçün aidiyyəti yerli idarənin rəhbərliyinə tapşırıqlar verib.
Kiçik yaşlı məktəblilərin yağmurlu havalarda və qış aylarında məktəbə getməsində də çətinliklər olduğu qeyd olunub.
Başçı kənd əhalisinin faydalı əməklə məşğulluğuna diqqət artırılmasından, gənclərin kənddə məskunlaşmasının problemlərin həllində rolundan danışıb.
Ş.Soltanov

Şərh Yaz