Yaddas kitabcasi

Tələblərə ciddi əməl olunmalıdır

16 sentyabr 2016-cı il tarixdə Uşaq kitabxanasının iclas zalında növbəti “Nümayəndə günü” keçirilib.
İsmayıllı RİH başçısının birinci müavini Rövşən Ağayev iclas iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələlərlə onları tanış edib. Sonra RİH başçısının İƏD-lər üzrə nümayəndələrin fəaliyyətinə münasibət bildirərək, onlara işlərində daha fəal olmağı tövsiyə edib.
Tələblərə ciddi əməl olunmalıdır
Gündəlikdə duran birinci məsələ ilə əlaqədar RİH-nin Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov çıxış edib. O, 1 sentyabr 2016-cı il tarixdən 31 avqust 2017-ci il tarixədək həyata keçiriləcək tədbirlər planının hazırlanması və qarşıda duran vəzifələr barədə danışıb, ərazilərdə kənd təsərrüfatının, sənayenin inkişaf etdirilməsi, yol, enerji, su təchizatlarının yaxşılaşdırılması istiqamətində tədbirlər planına uyğun olaraq əlavə tədbirlərin görülməsinə nail olmaları ilə bağlı fikirlərini səsləndirib.
İclasın sonunda R.Səmədov cari məsələlərdən danışaraq İƏD-lər üzrə nümayəndəliklərdə əmək intizamının və nümayəndəliklərin fəaliyyətinin daha da gücləndirilməsi məqsədi ilə mövcud qanunvericiliyin tələblərinə ciddi əməl olunmasının vacibliyindən söz açıb.
Şəhər, qəsəbə və kənd ərazilərində təmizlik işlərinin aparılması, xüsusilə magistral yol kənarlarında təmizliyə riayət olunmasını bir daha diqqətə çatdırıb.
Yığıncaqda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Ehtiram Manafov

Şərh Yaz