Peşə bayramı qeyd olunub

Sentyabr ayının 27-də İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları Turizm işçiləri günü ilə əlaqədar peşə bayramlarını qeyd ediblər.Peşə bayramı qeyd olunub
Bayram tədbirinə qatılanlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. “Turist bazarı”nda davam edən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov çıxış ediblər. Г‡ıxışların sonunda turizm işçilərinə bayram təbrikləri ünvanlanıb.
Natiqlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 avqust 2016-cı il tarixdə İsmayıllıya səfəri zamanı turizmin inkişafı ilə əlaqədar qarşıya qoyduğu vəzifələrdən danışıblar.
Rayon Mədəniyyət evinin “Niyal” xalq çalğı alətləri ansambılı bayram proqramlı konserti ilə tədbirə toplaşanlara xoş ovqat bəxş edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz