Yaddas kitabcasi

Umumxalq səsverməsi mütəşəkkilliklə keçdi

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunda 25 iyul 2016-cı il tarixdə baxılaraq rəy verilmişdir.
Umumxalq səsverməsi mütəşəkkilliklə keçdi
Umumxalq səsverməsi mütəşəkkilliklə keçdi
Umumxalq səsverməsi mütəşəkkilliklə keçdi
Umumxalq səsverməsi mütəşəkkilliklə keçdi
Umumxalq səsverməsi mütəşəkkilliklə keçdi
Umumxalq səsverməsi mütəşəkkilliklə keçdi
Umumxalq səsverməsi mütəşəkkilliklə keçdi
Umumxalq səsverməsi mütəşəkkilliklə keçdiyulun 18-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunda 25 iyul 2016-cı il tarixdə baxılaraq rəy verilmişdir.
Umumxalq səsverməsi mütəşəkkilliklə keçdi
Umumxalq səsverməsi mütəşəkkilliklə keçdi
Umumxalq səsverməsi mütəşəkkilliklə keçdi
Umumxalq səsverməsi mütəşəkkilliklə keçdi
Umumxalq səsverməsi mütəşəkkilliklə keçdi
Umumxalq səsverməsi mütəşəkkilliklə keçdi
Umumxalq səsverməsi mütəşəkkilliklə keçdi
Umumxalq səsverməsi mütəşəkkilliklə keçdi
Referendum –“ xalqın hüquqları və mənafeləri ilə bağlı hər hansı bir sorğunun aparılması, bu və ya digər normativ-hüquqi aktın layihəsi barədə əhalinin qərarı deməkdir.
Bir qayda olaraq, referendumun Konstitusiya ilə müəyyən edilmiş məsələləri həllində ali legitimliyə, yəni daha yüksək hüquqi təminata nail olunmaq üçün həyata keçirilməsi nəzərdə tutulur.
Ümumiyyətlə, əsas qanun kimi Konstitusiya uzun müddət üçün qüvvədə qalması hesablanan və hüquqi xüsusiyyətlərinin sarsılmazlığı, məzmununun sabitliyi ilə səciyyələnən, ali hüquqi qüvvəyə malik olan aktdır. Konstitusiya sabitliyi ilə nə qədər fərqlənərsə, ölkədə qanunçuluq, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsi, vətəndaşlarla dövlət arasındakı qarşılıqlı münasibətlər də bir o qədər möhkəm təməllər üzərində qurulur.
Azərbaycan xalqının taleyində mühüm rol oynayan əlamətdar günə sanki təbiət də
öz xoş töhfəsini verməyə çalışırdı. Belə ki, payız fəsli olmasına baxmayaraq, günün günəşli, xoş keçməsi seçicilərin rahatlıqla seçki məntəqələrinə, səsverməyə gəlməsinə şərait yaradırdı.
Referendum aktına səsvermə prosesinin başladığı ilk dəqiqələrdən İsmayıllı 86 saylı Dairə Seçki Komissiyasının bütün məntəqələrində xüsusi canlanma müşahidə olunub. Rayon üzrə seçki məntəqələrinin dislokasiyasını göstərən cədvəldə verilmiş əlaqə telefonlarından istifadə edərək kənd seçki məntəqələrində səsvermənin nəticələri ilə maraqlandıq. Əksər məntəqələrdən seçicilərin ümumxalq səsverməsində mütəşəkkil iştirakı barədə məlumatlar aldıq.
Mediya mənsubları olaraq İsmayıllı şəhərindəki məntəqələrdə səsvermənin gedişi ilə maraqlandıq, səsvermədə iştirak edən vətəndaşlarla həmsöhbət olduq. Vətəndaşlardan səsvermənin necə keçirilməsi, təqdim olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini öyrənmək istədik.
2 saylı İsmayıllı şəhər seçki məntəqəsində qeydiyyatdan keçib, səsvermənin gedişini izləyir, müəyyən məqamları fotoaparatın yaddaşına köçürürük. Bu arada seçicilər arasındakı yaşlı qadın diqqətimizi çəkir. Həmin xanıma yaxınlaşıb özümüzü təqdim edirik və referendumla bağlı fikirlərini öyrənməyə çalışırıq.
Məlum olur ki, həmsöhbətimiz şəhər sakini Zərifə Hacıyevadır. O deyir:
– 1936-cı il təvəllüdlüyəm, 80 yaşım var. Bu yaşımda çox seçkilər görmüşəm. Mənə izah eləyiblər ki, əsas qanunumuzda dəyişikliklər olacaq. Qoy olsun. Ölkəmiz müstəqil olub. İsmayıllımız demək olar ki, tamamilə dəyişib, gözəlləşib, abadlaşıb. Elə yaşadığım M.Orucov küçəsi barədə deyim: Mərkəzi bir küçə olsa da, əvvəllər bu küçənin digər küçələrdən bir fərqi yox idi. Amma son illərdə küçəmiz elə gözəlləşdirilib, küçə boyu evlər elə abadlaşdırılıb ki, hamı da istəyir küçələri belə olsun. Dəyişiklik yaxşı da ola bilər, pis də. Mən yaxşı dəyişikliklərə səs verdim. İnanıram ki, tezliklə daha rahat yaşayışa sahib olacağıq. Torpaqlarımızın da düşməndən alınacağına inanıram.
Ağbirçək ananın Referendum səsverməsinə gəlməsi, söylədikləri fikrimizcə hər bir vətəndaşın mövqeyini əks etdirir.
Elə bu məntəqədə də İsmayıllı şəhər 1 nömrəli məktəbin müəllimi Gövhər Cəbrayılova həmsöhbətimiz olur:
– Səsvermə çox yaxşı, şəffaf keçir. Məntəqədə veb kamera var. Hər kəs öz istəyi ilə gəlib səs verir. Dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanı dünyanın ən gözəl və ən güclü dövlətinə çevirib. Allaha şükür firavan yaşayırıq. Bu seçki bizim xalqımızın gələcəyinin daha parlaq və firavan olmasına xidmət edir. Xalqımız çox çətinlikləri görüb, əldə olunan mövcud rahatlıqlar dövlətimizin gücü, qüdrəti hesabınadır. Bir ziyalı kimi demək istəyirəm ki, hər birimiz dövlət əhəmiyyətli işlərdə daha fəal olmalıyıq ki, xalqımızın gələcək rahatlığına yol açmış olaq.
2 saylı İsmayıllı şəhər seçki məntəqəsində səsvermənin gedişatı ilə maraqlanmaq üçün qaydalara uyğun qeydiyyatdan keçirik. Müşahidələrimiz göstərir ki, səsvermə təlimata uyğun, siyahı üzrə səsverənlərin fəallığı ilə keçir. Bülletendəki təkliflərə münasibət bildirən gənc seçicinin səsvermə ilə bağlı fikirlərini öyrənirik. Müsahibimiz Leyla Xəlilova bildirir:
– Keçirilən ümumxalq səsverməsi ilə Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin olunması nəzərdə tutulur. O da bilavasitə, Azərbaycan xalqının daha rahat yaşaması, ölkənin inkişafını təmin etmək maraqlarından irəli gəlir. Azərbaycanda olan inkişaf, ölkəmizin beynəlxalq konvensiyalara qoşulması, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, dövlət aparatı sisteminin təkmilləşdirilməsi və digər məsələlərlə əlaqədar bu dəyişikliklər nəzərdə tutulur.
Yolumuzu şəhərin 66 saylı seçki məntəqəsindən salırıq. Buradakı səsvermə ab-havası da kifayət qədər ürəkaçandır. Müşahidəçilər seçkinin gedişini rahatlıqla izləyə bilirlər. Məntəqəyə gələnlərin qəbulu və səsvermə prosesi nizamlı qaydada həyata keçirilir. Burada ilk dəfə səs verən gənc seçici Cəlil Dəmirovun fikirlərini öyrənirik. O deyir:
– Referendum mövcud qanunların təkmilləşdirilməsidir. Qanun mütəmadi olaraq təkmilləşdirilməlidir. Bu zamanın tələbindən irəli gəlir. Ölkə inkişaf etdikcə, yeni görüşlər, baxışlar yarandıqca, təzə münasibətlər formalaşdıqca qanun da tələb edir ki, bu münasibətlərin tənzimlənməsi üçün müvafiq qərarlar qəbul olunsun. O baxımdan da qərarlar, qanunlar qəbul olunanda onun istinad nöqtəsi Konstitusiya olur. Yəni, o, əvvəlcə Konstitusiyada öz əksini tapmalı və bundan sonra digər qanunlara şamil olunmalıdır. Bu baxımdan da Konstitusiyaya verilən düzəlişlərin əksəriyyəti insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır.
İsmayıllı şəhərindəki 3 saylı seçki məntəqəsindəki canlanmanı seçicilərin keçirilən referenduma diqqətinin təzahürü kimi də qəbul etmək olar. Burada seçici Aytən Qubadova ilə söhbətləşdik:
– Səsvermə normal gedir. Bir gənc olaraq vətənini, xalqını sevən vətəndaş kimi dərk edirəm ki, dövlətimizin güclü gələcəyi üçün hər birimiz səylə çalışmalıyıq. Referendum aktı da günün dəyişən tələblərinə cavab verə bilməyimiz üçün qanunvericiliyimizdə bir sıra dəyişikliklərin edilməsi və inkişafa doğru atılan düzgün addımdır. Əlavə və dəyişikliklərə müsbət fikir bildirməkdən qürur duyuram.
Süleymanovlar ailəsi şəhərdə tanınan ailələrdəndir. Ailə üzvlərinin kollektiv şəkildə seçki məntəqəsinə gəlişi ismayıllıların dövlət əhəmiyyətli tədbirlərdə bir nəfər kimi iştirakından xəbər verirdi. Ailənin başçısı Alıcan Süleymanovla söhbət edirik. O, ailənin üzvü gənc Aydan Süleymanlının fikirlərini dinləməyimizi məsləhət görür:
– Bu gün əlamətdar gündür. Ailəliklə seçki məntəqəsinə gəlməyimiz söz yox ki, yaddaşıma həkk olunacaq. Qarşıdakı illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklər hesabına, bu dəyişikliklərin verdiyi imkanlar hesabına ölkədə gedəcək inkişafı görəndə qürur hissi duyacağam. Fəxr edəcəyəm ki, bir vətəndaş kimi inkişafı gündən-günə artan ölkənin Konstitusiyasının yenilənməsində ailəmizin də zəhmət payı var. Ölkəmizdə hakimiyyətin mənbəyi xalqdır. Referendum keçirilməsi də Azərbaycan xalqının iradəsindən irəli gəlir. Hər zaman güclü və uzaqgörən xalqımız bu gün də öz doğru seçimini edəcək.
Əvvəlki müsahiblərimizə təşəkkür etdiyimiz kimi A.Süleymanlıya da təşəkkürümüzü bildirdik.
Vətəndaşlarla söhbətimizdən və şəxsi mülahizələrimizdən bir daha müəyyən etdik ki, çox yaxın zamanda Konstitusiyaya edilən əlavə və dəyişikliklər gündəlik yaşam tərzimizin tərkib hissəsi olacaq və bizi daha uğurlu, daha xeyirli sabahlara –“ gələcəyə aparacaqdır.
Elnarə Qasımova,
Şahməmməd Soltanov
Azərbaycan Jurnalistlər Birliyinin üzvləri.

Şərh Yaz