İstəkləriniz nəvələrinizin timsalında təcəssüm etsin

Həmkarım, İsmayıllı təhsilinin inkişafında xüsusi xidmətləri olan, şərəfli ağsaqqal ömrü yaşayan fizika müəllimi, tanınmış ziyalı Xamis Ağayevə
Hörmətli Xamis müəllim!
Г‡ox az-az görüşə bildiyimiz, görüşəndə də səmimi hal-əhvaldan o yana getməyə vaxt olmadığı üçün qəzet vasitəsi ilə sizə “Müəllim günü” ərəfəsində müraciət etməli oldum.
İstəkləriniz  nəvələrinizin timsalında təcəssüm etsin
İstəkləriniz  nəvələrinizin timsalında təcəssüm etsin
Düşüncələrimi gəlib evinizdə də sizinlə bölüşə bilərdim. Rəhmətlik atanız Sırac dayının vaxtında o evi tanımışam. Lakin deyəcəyim sözlər sizdən daha çox, arxamızca bizi izləyə-izləyə gələn insanlara daha çox aiddir, daha çox lazımdır.
Bilirdim ki, həyatda gördüklərinizin, yaşınızın təsirindən sağlamlığınızla bağlı müəyyən problemlər yaranır. Düşünürdüm ki, buna görə bəlkə referenduma gələ bilmədiniz. Siz isə başqa cür fikirləşmisiniz. Ruhən həmişə sağlam olduğunuz üçün səs verməyə evə səyyar qutu gətirilməsini rəva görməmiş, özünüzün xəstələr siyahısına daxil edilməsi fikrini yaxın buraxmamısınız. Mən Uşaq Yaradıcılıq Mərkəzində səs verib çıxanda sizinlə rastlaşdım. Taksi çağırıb onunla səsverməyə gəlmişdiniz. Г‡ox səmimiyyətlə görüşdük, bir-birimizə sağlıq dilədik, nəvələrimizə xoşbəxtlik arzuladıq və ayrıldıq. Siz səsverməyə getdiniz, mən isə evə.
Gedə-gedə bir daha sizin dövlətə, dövlətçiliyə, cənab Prezidentə sədaqətinizi gördüm. İsmayıllıdakı mövcud saf mənəvi mühitdə yaşınıza rəğmən fəal iştirakınızın şahidi oldum. Bir daha yəqin etdim ki, ömrü boyu təklif olunan bütün vəzifələrdən yan keçərək yalnız fizikanın tədrisi ilə ləyaqətli nəsillər yetişdirən, bununla dövlət qarşısındakı borcunu ən yüksək səviyyədə yerinə yetirən Xamis Sirac oğlu Ağayev yenə də dövlət mövqeyindədir, qəlbi Azərbaycanımıza, ata-baba yurdumuz olan İsmayıllıya məhəbbətlə doludur. Vətənə sevgisi hədsizdir.
Mən bir İsmayıllı sakini kimi qarşınızda özümü daha çox borclu bilirəm. Əvvəlcə onu deyim ki, siz mənə münasibətdə yaşca böyüklüyünüzü həmişə mənəvi böyüklük baxımından göstərmisiniz. Az pedaqoji təcrübə ilə müdir işləyəndə sizdən, Hacalı Ramazanovdan, İsrayıl Həsənovdan, Bayram Əsədovdan, Vahab Cəbrayılovdan, Cavad Səfərovdan, Əzim Quliyevdən və başqa zəngin təcrübəli pedaqoqlardan məsləhət almışam. Digərələrindən daha çox onda fərqlisiniz ki, 4 övladımın dördünün də müəllimi olmusunuz. Yalnız fizikanın tədrisi ilə yox, əsil həyat dərsi verməklə.
Siz ömrünüz boyu təhsilin, tədrisin cəfakeşi olmusunuz. Başqa sahələr üçün yetişdirdiyiniz mütəxəsisslər öz yerində, pedaqoji yönümlü şagirdləriniz də çoxsaylı olub.
Siz əməkdar müəllim Şəfaqət Rəsulovun müəllimi olmusunuz. Sonradan həyatınızı həsr etdiyiniz 1 nömrəli məktəbin direktoru vəzifəsinə gələn Şəfaqət müəllimə əsil dayaq, əsil yolgöstərən olmusunuz. Direktor əməliyyat olunanda da, ezamiyyəyə gedəndə də, ötəri xəstələnəndə də bir ağsaqqal kimi heç kim xahiş etmədən idarəetməni öz üzərinizə götürmüsünüz. Tək Şəfaqət Rəsulova yox, sizin dəyərinizi bilən hər bir məktəb rəhbərinə, təhsil şöbəsi müdirinə hərətərfli köməklik, doğru yol göstərmisiniz.
Gənclərə nümunə olsun deyə, qeyd etməliyəm ki, siz indi də rayonun ictimai həyatında fəal iştirak edən ziyalılardansınız. Sizin kimliyinizi rayon İcra Hakimiyyətinin başçısı, professor, Əməkdar elm xadimi Mirdaməd Sadıqov çox yaxşı bilir. Ağsaqqallar, ziyalılar məclisində, “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələlərində hər zaman sizi görmək istəyir. Г‡ox sağ olun ki, siz də bu istəyə müsbət cavab verirsiniz.
Hörmətli Xamis müəllim, yəqin ki, yadınızdan çıxmamış olar. 90-cı illərin əvvəli idi. Övladlarınızdan biri ali məktəbdə oxuyurdu. Siz də ona bağlama göndərmək üçün “Kəpənək” zonasındakı dayancaqda maşın gözləyirdiniz. Hara gedəcəyinizi soruşdum. Siz bağlama göndərmək istədiyinizi dediniz. Mən məmmuniyyətlə bağlamanı və ünvanı götürdüm. Dediyiniz sözlər indi də bir alqış kimi xatirimdədir: “O gün olsun, mən sənin uşaqların üçün bağlama aparım.”
Minnətdaram sizə, Xamis müəllim. Sizin verdiyiniz bağlamalarda orta təhsil attestatları, ail təhsil diplomları da, böyük əməksevərlik də, kamil tərbiyə də vardır.
Г‡ox yaxşı haldır ki, rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi və təhsil işçilərinin fəal iştirakı ilə uzun illər xidmətində olduğunuz İsmayıllı təhsil sistemi ənənələrə əsaslanaraq, novatorluqla inkişaf edir. Rəhbərliyin diqqəti və qayğısı ilə yaşlı nəslin təcrübəsindən istifadə olunur, hər kəsə layiq olduğu hörmət edilir, ehtiram göstərilir.
Sizi istəyənlərin (bunlar çox-çoxdur) arzusu odur ki, sağlam olasınız. İstəkləriniz nəvələrinizin timsalında təcəssüm etsin.
“Müəllimlər günü” münasibəti ilə sizi ürəkdən təbrik edir, həyatınızın davamlı, canınızın sağ olmasını arzulayıram.
Hörmətlə:
Valeh Salehov,
dövlət qulluğu və təhsil veteranı

Şərh Yaz