Yaşa hələ

Onu çoxdan, necə deyərlər hələ bığ yerinin təzə-təzə diqqəti çəkən vaxtlarından tanıyıram. Onda onun heç iyirmi yaşı da yox idi. Hərbi xidmətdən yenicə gəlmişdi. Hələ əsgər yerişini, duruşunu da itirməmişdir. Rayon Komsomol Komitəsinə tez-tez gəlib-getdiyim üçün onunla hər dəfə rastlaşırdım. Bilirdim ki, raykomda təsərrüfat müdiri işləyir. Hər dəfə çox səmimi, köhnə tanışlar kimi görüşürdük. Ancaq nə o mənim adımı soruşurdu, nə mən onun. Hiss edirdim ki, ünsiyətçil və mehribandır.
Yaşa hələ
Yaşa hələ
Amma elə bir yaxınlığımız yox idi. Günlərin birində onunla xəstəxananın cərrahiyə şöbəsində bir palatada yatası oldum. Elə bu məqamda onun necə qayğıkeş, təəssübkeş və dostluğa, yoldaşlığa gərəkli olduğunu görüb, anladım.
Onda 1976-cı il idi. 40 il bundan əvvəl onunla başladığım yoldaşlıq sımimi, davamlı dostluğa, qardaşlığa çevrildi.
Məhərrəm Sayəddin oğlu Əhmədov 26 sentyabr 1956-cı ildə rayonun Mican kəndində zəhmətkeş kolxozçu ailəsində anadan olub. 1973-cü ildə şəhər 3 nömrəli tam orta məktəbini bitirdikdən sonra ilk əmək fəaliyyətinə kolxozçu kimi “Oktyabr” adına kolxozda başlayıb. 1974–“1976 – cı illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıdandan sonra iş üçün İsmayıllı Rayon Partiya Komitəsinin birinci katibi Qəşəm Aslanova müraciət edib. Q.Aslanov bu gənci başdan-ayağa nəzərdənda keçirəndən sonra sanki nələrisə götür-qoy edir. Bir an içində ona elə gəlir ki, gələcəkdə bu gənc rayonun idarəedici, aparıcı kadrlarından biri ola bilər. Doğrudan da həyat sübut etdi ki, mərhum Qəşəm Aslanov fikrində, seçimində yanılmayıbmış.
Az zaman içərisində öz işgüzarlığı, sadəliyi, səmimiliyi, zəhmətkeşliyi ilə rəhbərliyin etimadını qazanan Məhərrəm Əhmədov ürəyində gəzdirdiyi arzulardan birini reallaşdırır. 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının elektrikləşdirilməsi fakültəsinə daxil olur. Qiyabi yolla ali təhsil alır. Ali məktəbi bitirdikdən sonra Məhərrəm Əhmədov rayonun müxtəlif idarə və təşkilatlarında Г‡örək kombinatında, Lenin, “İnqilab”, “Bakı fəhləsi” sovxozlarında direktor, mühəndis, baş mühəndis Aqrar Sənaye Kombinatının baş direktoru, İsmayıllı Rayon İcra Hakimiyəti başçısının Aqrar məsələlər üzrə müavini, 2006-cı ilin iyul ayından bu günə kimi isə İsmayıllı RİH-i başşısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır.
İşlədiyi bütün idarə və müəssisələrdə Məhərrəm Əhmədov kollektivin hörmətini qazanmış, rayon rəhbərliyi tərəfindən ona göstərilən etimadı doğrultmuşdur. Onda işinə ətrafına, onu əhatə edənlərə qarşı hamıda görmək istədiyim və görmədiyim yanaşma üsulu var. Ona müraciət edənlərin, kimsəsiz və imkansızların qayğısına qalmaq, onları axıra qədər dinləmək, onlara kömək etmək istəyi güclüdür. İnsanların dərdlərinə öz dərdləri kimi qəbul edir, nəvaziş göstərir. Elə buna görə də hamı onu sevir və ona inanır.
Belə də olmalı idi. Г‡ünki Məhərrəm Əhmədov zəhmətsevər, əməyə, halal çörəyə, torpağa, el-obaya qırılmaz tellərlə bağlı bir ailədə boya-başa çatıb. Atası Sayəddin dayı, anası Əflakə xala bütün övladlarını bu ruhda tərbiyə ediblər. Sağ olsunlar!
Məhərrəm Əhmədov həm də gözəl, qayğıkeş ailə başçısı sevimli ata, şirin babadır. İki qızı beş nəvəsi var. Böyük qızı Şəbnəm uşaq həkimidir. Amirə isə ali təhsilli ingilis dili müəllimidir. Hər iki qızı Bakı şəhərində yaşayır və işləyirlər.
Otuz ildən çox dövlət qulluqçusu, qırx üç il isə iş stajı olan Məhərrəm Əhmədov 1993-cü ildən YAP-ın üzvüdür. O YAP İsmayıllı rayon təşkilatının yaradıcılarından biridir. Ona 2003-cü ildə Dövlət qulluqçusu müşaviri rütbəsi verilib.
Bu illər ərzində çox şey dəyişib. Amma Məhərrəm Əhmədov demək olar ki, heç dəyişməyib. Nə vəzifə, nə şöhrət onu dəyişə bilməyib. 40 il il bundan əvvəl necə vardısa, eləcə də özünü qoruya bilib. Prinsipiallığı, işgüzarlığı, vətənpərvərliyi səmimiliyini sədaqət və dostluğunu, saflığını və bütövlüyünü olduğu kimi saxlayıb. Hələ bir qədər artırıb da. Fikri-zikri xalqa xidmət etməyəyönəlmiş eloğlumuz – Məhərrəm Əhmədov bu günlərdə ömrünün altmışıncı yarpaq tökümünü qarşıladı. Özü də alnı açıq, üzü ağ!
Altmış yaş qocalığın gəncliyidir, deyirlər! Səni sevənlərə qoşulub sənə uzun ömür, can sağlığı, zirvələrə gedən ömür yolunda elə Məhərrəm olmağı arzu edirəm əziz dost. Belə ömrü yaşamağa dəyər! Şair demişkən:
İlləri yola salmışam
Şeir yazıb saz çalmışam.
Ömür deyir qocalmışam,
Ürək deyir yaşa hələ.
Xalıq Xalıqov

Şərh Yaz