Müharibə veteranlarına hüquqi yardım

29 sentyabr 2016-cı il tarixdə İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə veteran vəsiqəsi və statusu ala bilməyən keçmiş döyüşçülərə hüquqi yardım göstərilməsi və maarifləndirilməsi məqsədi ilə geniş tədbir keçirmişdir.
Müharibə veteranlarına hüquqi yardım
Müharibə veteranlarına hüquqi yardım
Müharibə veteranlarına hüquqi yardım
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədr müavini Vahid Abdulrəhmanov, RİH başçısının müavinləri Rövşən Ağayev və Sevil Əhmədova, aidiyyəti idarə rəhbərləri və veteranlar iştirak etmişdir.
Tədbiri RİH başçısının birinci müavini Rövşən Ağayev açaraq Vətən Müharibəsi Veteranlarının cəmiyyətimiz üçün dəyərli olduğunu bildirdi, onlara aid olan imtiyazlar barədə məlumat verdi və dövlətimiz tərəfindən veteranlara göstərilən qayğıdan danışdı.
Sonra Azərbaycan Veteranları ictimai birliyinin sədr müavini V.Abdulrəhmanov çıxış edərək təşkilatın gördüyü işlər və məqsədləri barədə ümumi məlumat verdi.Tədbirdə iştirak edən veteran vəsiqəsi və statusu ala bilməyən veteranlara müvafiq izahatlar verildi.
K.Dadaşov

Şərh Yaz