Nə istədiklərini bilsəydik…

Rayonumuzun ünvanına deyilən xoş sözlər, yazılan məqalələr, göstərilən telefilmlər, şərh olunan materiallar bir İsmayıllı sakini kimi məni sevindirir, qürurlandırır və bu yurdu sevənləri yeni uğurlara ruhlandırır. Bu belə də olmalıdır. Г‡ünki vətəninin uğurlarına sevinməyən, qürur hissi keçirməyən hər hansı bir kəs haqqında şair gözəl deyib.
Nə istədiklərini bilsəydik...
Vətəni sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz.
Xalqının inkişafından qürur duymayan insandan heç vaxt yaxşı, sədaqətli insan ola bilməz. Məhz buna görə də, babalarımız, nənələrimiz, ziyalılarımız həmişə qürurlarını hər şeydən üstün tutublar. Asılıblar, diri-diri soyulublar ancaq qürurlarını sındırmayıblar, ölümün üzünə dik baxıblar. Təki vətən ucalsın, xalq sağ olsun deyiblər.
Müdriklərimiz cılız hisslərlə yaşamayıblar. Qüruru, şərəfi mala, pula dəyişməyiblər. Ziyana, dərdə, möhnətə düşsələr də saf adın, kişiliyin dəyərini yüksək tutublar. Г‡örək verməkdən, dost qazanmaqdan çəkinməyiblər, əksinə bundan qürur duyublar. Təklənmək, tanınmamaq, söz, hörmət sahibi olmamaq, ancaq varına, dövlətinə arxalanıb öz içinə çəkilmək, xeyirə, şərə yaramamaq insanın bədbəxtliyidir. El-oba həmişə ağsaqqal sözünü eşidib, nəsihətlərinə ehtiyac duyub, ona qulaq asıb. Ağsaqqal nüfuzu əsrlərdən bəri özünə yer taparaq Dədə Qorqudun timsalında tariximizdə silinməz iz qoyub. Ağsaqqallarımızın və ağbirçəklərimizin həyatda görüb-götürdüklərindən nəticə çıxararaq gənclərimizə düzgün yol göstərib.
Amma bu gün bəziləri rayonumuzda gedən quruculuq işlərini görmür. Ağsaqqal sözü eşitmir, ancaq nöqsan axtarır. Ağa qara deməkdən usanmırlar. Onun-bunun dalınca hey danışırlar. Böhtan, şər söyləməkdən belə çəkinmirlər. İnsan övladı, qələm əhli üçün həqiqəti yazmaq, sözün doğrusunu danışmaq əsas amil olmalıdır. Məqsədli şəkildə, qərəzli yazılar yazmaq, kiminsə şəxsiyyətinə həqarət etmək heç bir jurnalistin adına yaraşmayan hərəkətdir. Jurnalist müxtəlif baxışları dəqiq və qərəzsiz işıqlandırmalıdır. Bu onun peşə borcudur. Öz nüfuzunu qorumalı, etik qaydaları gözləməlidir.
Bəzi naqislər isə nüfuz barədə heç düşünmürlər. Onlar rayonda gedən tikinti-quruculuq işlərini sanki görmürlər. Mədəniyyətimizin yüksəlişindən və mənəviyyatımızın zənginləşməsindən xəbərsizdirlər. Bunlarla qürur hissi duymurlar, hər şeyi vəsaitlə, pulla dəyərləndirirlər. Hər şeyə ciblərinin gözü ilə baxıb, hadisələrə özlərinin və təsiri altında olduqları insanların mövqeyinə görə dəyər verirlər. Onlar əsassız faktlar irəli sürərək görülən işlərə pərdə asmaq istəyirlər.
Təəssüfləndirici haldır ki, bu yaxınlarda televiziyanın “Space” kanalında rayonumuzla bağlı material göstərilib. Təqdim olunan reportajda avtobus dayanacaqlarından birində oturacağın olmadığı göstərilir. Onu da qeyd edək ki, bu tipli dayanacaqlarda ümumiyyətlə oturacaq olmur. Sonra da dayanacaqda plastik stol qoyulduğu şərh edilir. Fikirləşirsən ki, görəsən hansı sərnişin özü ilə dayanacağa stol gətirir, qoyub oturur, avtobus gələndə isə onu özü ilə avtobusa qaldırır və minib gedir. Bu qədər də qərəz olarmı??? Bəlkə də kimlərsə bu cür hərəkətə haqq qazandırır, reytinq kimi baxır. Bu cür düşünən jurnalistlərə ad tapmaq olmur. Bilmirsən ki, belələri nə istəyir.
İnsan bütün situasiyalarda mədəniyyətini nümayiş etdirməlidir. Dahi Hüseyn Cavid nahaq demirdi: “Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” Hər hansı peşə sahibinin şərəf, ləyaqət, maraq ölçüləri həm də o adamın ümumi qəbul olunmuş mədəniyyət qaydalarına cəmiyyətin prinsip və normalarına nə dərəcədə riayət etməsi ilə müəyyənləşir. Onun peşə etikası ilə ölçülür. Daha belə yox…
Hacıməmməd Məmmədov

Şərh Yaz