Sülhə çağıran maarifləndirmə tədbirləri

16 sentyabr 2016-cı il tarixdə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə “Sülh aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib.
Sülhə çağıran maarifləndirmə tədbirləri
Sülhə çağıran maarifləndirmə tədbirləri
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov çıxış edərək “Beynəlxalq Sülh Günü”nün təsis tarixindən, ölkəmizdə “Sülh aylığı” tədbirlərinin müsbət nəticələrindən danışıb.
İsmayıllı “Günərzi Qayğı Mərkəzi”nin psixoloqu Ayişə Yusifli də mövzu ətrafında çıxış edib. Tədbirdə əsasən məktəblilər və fəal müəllim kollektivi iştirak etmişdir. Sonda iştirakçıları maraqlandıran suallar X.Abbasov və A.Yusifli tərəfindən cavablandırılıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz