Təşəkkür

26 sentyabr ümumxalq səsverməsində (referendum) təklif edilən dəyişikliklər əsas qanunumuzu inkişafda olan ictimai münasibətlərə uyğunlaşmağa xidmət edir.
1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsindən ötmüş vaxt ərzində cəmiyyət və dövlət həyatının müxtəlif sahələrində köklü dəyişikliklər baş vermiş, hərtərəfli demokratik islahatlar aparılmış, o cümlədən ölkənin bütün hüquq sistemi yenidən qurulmuş, insan haqlarının daha etibarlı qorunması üçün bütün işlər hüquqi baxımdan görülmüşdür.
86 saylı İsmayıllı Dairə Seçki Komissiyası və onun katibliyi seçki məntəqələri üçün təşkil etdiyi treninqlər zamanı Dairə Seçki Komissiyasına və katibliyinə etdikləri köməkliklərə görə Lahıc və Basqal qəsəbə, Topçu, İvanovka, Təzəkənd kənd tam orta məktəblərinin və İsmayıllı Peşə Tədris Mərkəzinin kollektivinə, həmin tədris müəssisələrinin rəhbərlərinə – Hikmət Haqverdiliyə, Ağasəf Qafarova, Xavər Allahverdiyevaya, İvan Jidkova, Elxan Bədəlova və Zaur Muradova dərin təşəkkürünü bildirir.
86 saylı İsmayıllı Dairə Seçki Komissiyası

Şərh Yaz