Treninqlər başa çatdı

Sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) mühüm ictimai-siyasi kompaniyadır. Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq ardıcıl işlər görülür.
Treninqlər başa çatdı
Treninqlər başa çatdı
Referendumun hazırlanıb keçirilməsi səlahiyyətlərini icra edən dövlət orqanı kimi Mərkəzi Seçki Komissiyasının fəaliyyətində maarifləndirmə işinin təşkili mühüm yer tutur. Seçki siyahıları çox mühüm seçki sənədi olmaqla ilboyu fasiləsiz işlənilir, yenilənir, seçki komissiyaları tərəfindən ictimailəşdirilir.
Bildiyiniz kimi, seçki məntəqələrində hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təlimatları üzrə aparılır.
Maarifləndirmə, ixtisaslaşdırılmış kurslar təşkil olunub. Dairə Seçki Komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün üç günlük kurslar artıq fəaliyyətini bitirib. Komissiya sədrlərinin və DSK-nın üzvlərinin üzərinə düşən vəzifələr ətraflı izah edilib.
Dairə Seçki Komissiyası Katibliyinin baş məsləhətçisi Eldar Əliyev və böyük məsləhətçi Səxavət Ağayev Bakı şəhərində kurslarda olublar. Onlar orada öyrəndiklərini, lazımı sənədlərin doldurulması qaydalarını, seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması qaydaları haqqında üç zona üzrə treninqlər keçiriblər.
DSK-nın trenerləri E.Əliyev və S.Ağayev treninqlərdə iştirak edənlərin suallarını cavablandırıb, qazanılmış təcrübə əsasında fikir mübadiləsi aparıblar. Onlar görülən işlərə qiymət veriblər. Treninqlərdə iştirak edən 69 məntəqə seçki komissiyası səsvermə gününə, referendumu MSK-nın təlimatlarına uyğun aparılmasına tam hazırdır.
Azim Mirzəliyev,
86 saylı İsmayıllı DSK-sı katibliyinin aparıcı məsləhətçisi

Şərh Yaz