Yaddas kitabcasi

Təbiəti öyrənək və qoruyaq

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi buradan bəhrələnən ailələrlə, uşaqlarla tez-tez müxtəlif tədbirlər keçirir, onların cəmiyyətə inteqrasiyası məqsədilə gəzintilər təşkil edir. Mərkəzin təşkil etdiyi son tədbirin isə qarşısında çox məqsədlər dururdu: təbii ki, ilk öncə cəmiyyətə inteqrasiya, daha sonra ətraf aləmlə tanışlıq, təbiəti öyrənmək, öyrənərək daha çox sevmək.
Təbiəti öyrənək və qoruyaq
Təbiəti öyrənək və qoruyaq
Təbiəti öyrənək və qoruyaq
Elə bu məqsədlərlə də rayonumuzun ən səfalı kəndlərindən olan, layihəmizin tələblərinə uyğun dağların, meşələrin əhatəsində, Məhrəm çayının sahilində yerləşən Cülyan kəndinə, buradakı “Cənnət bulağı” istirahət mərkəzinə yol alırıq. Avtobusumuz çayın kənarı, meşənin içi ilə ta dağın ətəyinə qədər gedir, ətrafın gözəllikləri göz oxşayır. Meşənin əhatəsində yerləşən istirahət mərkəzinin kollektivi uşaqları xoş təbəssümlə qarşılayır. Mehriban qarşılanma, xoş sözlər, meşədən əsən sərin meh, quşların könül oxşayan səsi, Məhrəm çayının qəlblərə dinclik verən şırıltısı –“ hər şey o qədər xoş və gözəldir ki–¦ və bu gözəlliklər günün sonunadək bizimlə olur.
Gəzintidə 40 nəfərdən çox uşaq, valideyn iştirak edir və bir çoxu bir-biri ilə tanış deyil. Ona görə də günümüzə tanışlıqla başlayırıq. Layihələrdə “buzların əridilməsi” kimi təqdim olunan tanışlıq prosesi çox şən və maraqlı keçir –“ uşaqların sevinc dolu qışqırıqları, şən qəhqəhələri səhərin sükutunu pozur. Bir azdan yeni tanışlar əl-ələ verərək gəzintiyə çıxırlar, çay kənarına enirlər, meşəni gəzirlər, düzəldəcəkləri lövhələr üçün təbiətdən nümunələr –“ xırda daşlar, qurumuş yarpaqlar, budaqlar, çiçəklər toplayırlar. Fürsətdən istifadə edib Məhrəm çayında sərinləyirlər də. Günəş ətrafı isidəndə gəzinti iştirakçıları geriyə – istirahət mərkəzinə qayıdırlar, burada samovar çayı, şirniyyat süfrəsi onları gözləyir. Г‡ay süfrəsində də uşaqların şən səsləri eşidilir –“ hamı bu gəlişdən məmnundur, valideynlərdən fərqli olaraq uşaqlar sevinclərini qətiyyən gizlətmirlər.
Г‡ay süfrəsindən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regional Mərkəzlərlə iş şöbəsinin əməkdaşları Aydın Rəcəbli və Pərvanə Əsgərzadənin də qatıldığı layihənin məqsədini İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva açıqlayır. Mərkəzin könüllüsü Fidan Şəfaqətli uşaqları salamlayır və layihənin məqsədini bacardığı kimi “xırdalayır”:
– Salam, əziz uşaqlar! Necəsiz? Yaxşısız? Əlbəttə, yaxşı olarsız! Belə gözəl bir yerdə, belə gözəl bir məkanda insan, əlbəttə, yaxşı olar! Azərbaycanımız gözəldir, İsmayıllımız gözəldir. Bizlər də bu böyük, gözəl Vətənimizdə gözəl ömür sürürük! Var olsun gözəl Vətənimiz! Var olsun o insanlar ki, bu imkan və şəraiti bizə bəxş ediblər. Bəs siz bunu bilirsinizmi ki, valideynlərimizin bizə verdiyi həyatı biz bax bu təbiətin sayəsində davam etdirə bilirik. Niyə? Niyəsini indi mən sizə deyim. Biz yaşaya bilmək üçün hökmən hava almalıyıq, elədirmi, axı insan oksigensiz yaşaya bilməz, hə, bəs nə bilmişdiz?! Bəs oksigeni haradan alırıq –“ bax bu ağaclar verir bizə oksigeni. Ağaclar karbon qazı ilə nəfəs alıb oksigeni buraxır, biz insanlar isə əksinə, oksigeni qəbul edir, karbon qazını isə nəfəsimizlə xaric edirik. Daha bir misal: susuz yaşamaq olar? Təbii ki, yox. İçdiyimiz, yuyunduğumuz, evimizi, paltarımızı yuyub təmizlədiyimiz suyu da bizə təbiət bəxş edir. Daha nələr, nələr. Görürsüz, uşaqlar, biz var olduğumuz üçün valideynlərimizlə yanaşı təbiətə də çox borcluyuq. Ona görə də sadəcə təbiət demirik, çox vaxt “ana təbiət” deyirik. Deməli, biz yaşamaq, həm də sağlam yaşamaq istəyiriksə, Allahımızın bizim üçün yaratdığı təbiəti, bu gözəllikləri qorumalıyıq, qədrini bilməliyik. Görün nə gözəl dağlarımız, meşələrimiz, çaylarımız var! Gəlin təbiətimizi daha yaxından tanıyaq, tanıyaq ki, onu daha yaxşı qoruya bilək. Təbiəti məhv etməyək, çirkləndirməyək! Təbiət bizə analıq edirsə, bizə həyat verirsə, gəlin biz də onun həyatını öz həyatımız bilək və qoruyaq!
Sonra uşaqlara fəsillər haqqında məlumat verildi. İsmayıl, Fatimə, Nilufər, Aytac, Rza, Aysu, Bəyimxanım fəsilləri pantomima etdilər, uşaqlar onların hansı fəsli təmsil etdiklərini tapandan sonra isə həmin fəsilə aid şeirlər söylədilər. Süleymanın, Orxanın, Mələyin Vətən, ana, təbiət haqqında söylədikləri şeirləri də yaşıdları alqışlarla qarşıladılar. Aysun Azərbaycanın Dövlət himnini oxumağa başlayanda isə tamam başqa bir canlanma yarandı –“ böyüklü-kiçikli hamı ayağa qalxaraq Aysuna səs verdi, bir anlıq sanki bu əzəmətli səsin sehri ilə ətrafda həyat dayandı.
Uşaqlar eyni həvəslə milli rəqslərimizi ifa etdilər, mahnılar oxudular. İstirahət mərkəzinin təcrübəli aşpazlarının tam təbii, yerli məhsullardan hazırladıqları günorta yeməyindən sonra uşaqlar valideynləri ilə birlikdə topladıqları təbiət nümunələrindən maraqlı əl işləri hazırladılar, gördüklərini rənglərin dili ilə kağıza köçürtdülər. Balacaların ən çox xoşuna gələn isə gildən müxtəlif fiqurlar hazırlamaq oldu. Sonda layihədə iştirak edən uşaqların hamısına İsmayıllı UADM-in “Təşəkkürnamə”ləri təqdim olundu. Hamıya – çünki o gün hamı fəal idi, “yoruldum, usandım” kəlmələri unudulmuşdu.
O gün təbiət qoynunda hər şey gözəl idi və iştirakçıları da ən çox razı salan bu oldu. Layihə iştirakçıları günün sonunadək istirahət mərkəzində olsalar da vaxt çatanda buradan ayrılmaq kimsənin ürəyindən olmadı, təbiətin qoynunda təbiətlə bu qədər sıx təmasda olmaq xoş idi. Və elə hamı –“ Bakıdan gələn qonaqlar da, Mərkəzdən bəhrələnən uşaqlar da, valideynlər də, Mərkəzin yorulmaq bilməyən işçiləri- Gülnar Mikayılova, Ülkər Məhərrəmova, Esmira Ağayeva, könüllü Günel Qəhrəmanlı da o xoş gündən xoş təəssüratla ayrılırlar. Təbii ki, bu şərti ayrılıq idi, çünki insan daim təbiətlə birgə olur – var olmaq üçün, var olmaq naminə təbiətlə əl-ələ, çiyin-çiyinə addımlayır.
P.S. “Cənnət bulağı” istirahət mərkəzinin rəhbərliyinə və bütün işçilərinə göstərdikləri diqqət və qayğıya, ən əsası dözümlülüyə görə hədsiz təşəkkür edirik.
Lalə Kəbirova,
İsmayıllı UADM-in işçisi

Şərh Yaz