Yaddas kitabcasi

Referendumun uğurla keçəcəyinə ümidvarıq

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının qərargahında Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun İsmayıllı rayon şöbəsinin növbəti yığıncağı keçirilib.
Yığıncaqda çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun fəaliyyət proqramında nəzərdə tutulan tədbirlərin icrası və qarşıda duran vəzifələr barədə məlumat verib.
Referendumun uğurla keçəcəyinə ümidvarıq
Qeyd olunub ki, referendumla bağlı rayon təşkilatı aparatında 15 nəfərdən ibarət qərargah yaradılıb. Qərargah üzvləri arasında iş bölgüsü aparılıb. Seçicilərlə fərdi iş aparan partiya fəalları, referendumqabağı təşviqat kompaniyasında iştirak edən təbliğatçılarla görüş keçirilib, onların konkret vəzifələri müəyyənləşdirilib.
Dairə Seçki Komissiyasında və məntəqə seçki komissiyalarında müşahidəçilik funksiyalarını yerinə yetirən partiya üzvlərinin siyahısı və lazımi sənədlər hazırlanaraq müvafiq seçki dairəsinə təqdim edilib.
Təbliğat materiallarının seçki məntəqələrinin ərazisindəki təşviqat lövhələrində yerləşdirilməsi üçün YAP Gənclər Birliyinin üzvlərindən ibarət mobil qrup yaradılıb.
Əzizə Vahabova yekunda ümumxalq səsverməsində rayon seçicilərinin yüksək əhval-ruhiyyədə və aktiv iştirakı ilə bağlı görüləcək işlərdən bəhs edib.
Tədbirdə daha sonra qərargah üzvləri Xuraman Qurbanova, Şəhla Qafarova, İsrayıl İsmayılov, Məhəmməd Musayev, Elxan Əliyev, Aydın Əzizov və digərləri çıxış edərək görülən işləri qeyd etməklə yanaşı rayonda referendumun uğurla keçəcəyinə ümidvar olduqlarını bildiriblər.
Ramid Qasımov

Şərh Yaz