Ənənəvi peşə və sənət sahələrinə maraq

“Misgərlik maddi-mədəni irsimizdir” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Ənənəvi peşə və sənət sahələrinə maraq
Ənənəvi peşə və sənət sahələrinə maraq
Layihənin açılış seminarı baş tutub. Layihə rəhbəri Elvina Mustafazadə “Misgərin bir iş günü” adlı layihənin növbəti fəaliyyəti haqqında iştirakçıları məlumatlandıraraq bildirib ki, əsas məqsəd: YUNESCO-nun maddi-mədəni irsi siyahısına daxil olan Lahıc misgərlik sənətini təbliğ etmək, ənənəvi peşə və sənət sahələrinə xüsusilə gənclərin marağının artırılması və müxtəlif fəaliyyətlər vasitəsilə maarifləndirilməsi, misgərlik sənəti ilə məşğul olan insanlara onun əhəmiyyətinin nə dərəcədə vacib olduğunu hiss etdirmək; misgərlik məhsullarından istifadəni təşviq edərək onların hazırlanmasına və satılmasına dəstək olmaqdır.
Layihənin eksperti Nahid Quliyev iştirakçılara Lahıc misgərlik sənəti ilə bağlı təqdimat edib, mövcud vəziyyəti anladıb, iştirakçılar arasında sorğular keçirib və daha çox diskussiya şəkilində sualları cavablandırıb. O bildirib ki, səfər çərçivəsində Lahıc misgərlik sənəti haqqında hazırlanacaq video çarx geniş auditoriyaya təqdim olunacaqdır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz