Qadınlar üçün məlumat sessiyası

“Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi” ictimai birliyi Azərbaycan Resublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində 5 sentyabr 2016-cı il tarixdə İsmayıllı rayonunun Tarix-Diyarşünaslıq Muzeyində 30 nəfər fəal gəncin iştirakı ilə seminar keçirib.
Qadınlar üçün məlumat sessiyası
RİH-nin məsul işçisi Gülnarə Mirzəliyeva tədbirdə çıxış edərək iştirakçıları və qonaqları RİH başçısı adından salamlayıb və tədbir iştirakçılarına uğurlar arzulayıb. “Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi” ictimai birliyin sədri Lətafət Məlikova çıxış edərək bildirib ki, bugünə qədər Mədən Sənayesində Şəffaflığın artırılması ilə bağlı ictimai maarifləndirmə kampaniyası aparılmış və sahibkarlıqla bağlı qadınlarla maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Hal-hazırda “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili“ layihəsinin icrası davam etdirilir.
Elnarə Qasımova

Şərh Yaz