Həftəsolular Həftəso haqqında

“Yol gedər sizə, dağlar” silsiləsindən fraqmentlər
YOLLARIN QOVŞAДћI
(Həftəsolu qocaların söhbətindən)
– Həftəsodan hər tərəfə yollar gedib keçmişdə. Vəndam tərəfə, Şamaxıya, Bakıya, Dərbəndə gedən çarvadarların öz yolu olub. Şamaxıya getmək üçün çaydan ötüb çıxardılar Qaban Dağının yanından keçən yola. Ordan Qart Dağının yanı ilə Mıxtökənə, sonra Qırxbulaq, Alçalı Pirə. Ordan da Şamaxıya. Dərbəndə getmək üçün Qoydandan keçərdilər Kəkal yaylağına, ordan Xeybər Zaratına, ordan da Xaltan, İstisu, Qubaya.
Həftəsolular Həftəso haqqında
Bakıya üç günlük yol vardı atla. Gəlinaparan çayla çıxardılar Sarıtorpaq deyilən yerə, ordan Gəgəli yaylağına. Sonra gəlirdi Dəmirçi, Sında kəndi (bu kəndə Sündi də deyirlər). Həmin kənddə həftəsoluların at karvansarası olub. Bir günlük yoldan sonra burda gecələyərdilər. Sonra Pirsaatçayla düşərdilər aşağı Ərçiman kəndinə, ordan da Cəngiyə. Cəngidə çaparxana düşərgəsi vardı. Həftəsodan ora iki günlük yoldur. Ondan sonra yol çıxırdı Abşeron torpağına. Burdan o yana da bir günlük yoldur. Həftəsolu tacirlərin Bakıdan satmaq üçün gətirdiyi mallar bu yolla gələrmiş.
Vəndam-Qutqaşın yolu da ən işlək yollardan biri olub. Bunun üçün çıxardılar Köç Yoluna, ordan Quzğuntəpə, Ağalar Yeri ilə Meçitgaha. Varna üstündən Meçitgaha gedən köhnə yola Araba Yolu da deyirlər. Meçitgahdan yol keçirdi Г‡albayıra, ordan da Г‡ilbayıra. Bura çatanda Vələsin kəndi görünürdü. Ordan yol düşür Г‡ayqovuşana, keçir Sumağallı-Vəndam yoluna. Müharibə illərinə qədər bu yolla Vəndam bazarına gedib-gələrdilər.
HAŞİYƏ: Bizim dağ kəndlərinin heç birində araba, furqon, fayton və sairədən istifadə olunmayıb. Bu da onunla bağlıdır ki, həmin yerlərdə təkərli nəqliyyat vasitələrindən istifadə etmək üçün şərait (yəni buna uyğun yollar) olmayıb. Yük daşımaq üçün isə (məsələn, sünbül dərzlərini xırmana, buğda dolu çuvalları xırmandan anbara və s.) qoşqu vasitəsi kimi yalnız öküz və ya kəl qoşulmuş xizəkdən (buna “kirşə” də deyirlər) istifadə olunardı. Dağ biçənəklərinin otunu isə taya dibinə öküz malası ilə daşıyardılar.
Bununla belə, yadıma gəlir ki, biz uşaq olanda – əllinci illərin əvvəllərində bir təptəzə “malakan furqonu” hardansa gəlib çıxmışdı kəndimizə – Müdriyə. Planlı təsərrüfatın tələbatına uyğun olaraq, bu nəqliyyat vasitəsini bölgü üzrə rayon təşkilatları ayırmışdılar Voroşilov adına kolxoz üçün. Kolxoz rəhbərləri ha çalışırlar rayondakıları başa salsınlar ki, bizim yerlərdə furqon işləməz. Cavab qəti olur: “Aparın, hissələrini yığıb quraşdırın, işlədin! Pulunu da bu gün köçürün!”. Bəlkə də kolxozların sayına uyğun olaraq, rayon təşkilatlarının sifarişi ilə yerli ustalar (İvanovkada) düzəldiblərmiş və haqqı da məcburi ödənilməli imiş.
Bu gərəksiz furqonun ağır hissələrini Qaranohurda atlara yükləyərək, yuxarıda haqqında söz açdığımız çətin yollarla (Vəxmi yolu ilə) daşıyıb gətirdilər Müdriyə. Bir müddət elə dağınıq şəkildə (quraşdırılmamış) qaldı kolxoz idarəsinin (yəni Molla Məhəmmədin keçmiş evinin) birinci mərtəbəsinin eyvanında. Lakin bir gün ustalar gəldi, furqonu quraşdıraraq, dartıb apardılar xırman üstünə. (Yəqin buna da yuxarıdan bir təkan otlub). Bir-iki il də orada istifadəsiz yatıb qaldı. Məlumdur, xırmanı adətən hündür yerdə düzəldirlər ki, sovruq atmağa yaxşı külək olsun. Bizim kəndin xırmanları isə (yanaşı üç xırman) lap hündür yerdəydi. (İndi həmin xırmanlaprın yerində təzə məktəb tikilib). Xırmanın qırağından Müdri çayına qədər uzunluğu bir kilometrdən çox olan sərt bir yamac var. Bir gün uşaqlar yığışıb xırman üstə oynayarkən əlləri dinc durmur, başlayırlar furqonu o tərəf-bu tərəfə itələməyə. Və birdən furqon uşaqların əlindən çıxıb, yamacla aşağı “götürülür”. Г‡aya çatana qədər tikə-parça olub, hər hissəsi bir dərəyə düşür. Dağ kəndlərinə təsadüfən gəlib çıxmış ilk və son furqonun aqibəti belə oldu. Bəlkə başqa dağ kəndləri üçün də ayırıblarmış bunlardan. Kimsə aparıb, kimsə aparmayıb, aparmayanlar vəziyyətdən necə çıxıblar? Bilmirəm.
Yuxarıdakı söhbəti salmaqda məqsədim heç də dağ yerində furqonun gərəksizliyini sübut etmək deyildi. Söhbət həftəsovlu qocaların adını çəkdiyi “Araba Yolu”ndan gedirdi.
Özü də bu yol Varna üstündən Meçitgaha tərəf gedir. Adı çəkilən sahə böyük bir yaylaq düzənliyidir. Meçitgahın təsəvvür olunan taleyi haqqında isə yuxarıda danışmışdıq. Bəlkə Qüdrət babanın haqqında danışdığı və tarixi heç kimə məlum olmayan həmin şəhərlər yoxa çıxmamışdan əvvəl bu düzənlik indikindən çox-çox geniş olmuşdur? Adı dünyanın o başındakı tarixçilərə də məlum olan və qədim xəritələrdə özünə yer tapmış məşhur Şirvan şəhəri də elə bu sayaq yoxa çıxmamışdırmı? Varna kəndinin yerləşdiyi çökəklik və kəndin yaxınlığındakı hansı zamana və kimlərə mənsubiyyəti məlum olmayan qəbiristanlıq da bu böyük düzənliyin bir hissəsidir ki, yerindən qoparaq aşağı sürüşüb? Axı qocaların söhbətindən məlum oldu ki, varnalılar buraya sonradan Həftəsodan köçüb məskunlaşmışlar. Varna kəndinin sonrakı taleyi də göstərdi ki, bu narahat düzənlik hələ də “yol gedir”. Və bir balaca tərpənməklə Varna kəndi yox oldu (köçüb getdilər). Uzun illərdən sonra Varna qəbiristanlığına baxanlar düşünəcəklər: burada da nə vaxtsa kəndmi, şəhərmi, nəsə olub. Necə ki, biz həmin kəndin yaxınlığındakı köhnə qəbiristanlığa, Meçitgaha və Beylasa (Bərlasa?..) baxıb belə düşünürük…
“Araba yolu” böyük düzənliyin bu başından vurub o başından çıxırsa, gündoğan tərəfi qədim Şamaxıya (yaxud Ərçivan yolu ilə Cəngiyə), günbatan ucu isə Meçitgahdan keçərək, Vələsindən ötüşüb aşağı dağətəyi düzəngaha – Topçu-Buynuz istiqamətinə, məhz Şirvan şəhərinin yoxa çıxdığı ehtimal olunan yerə enirsə, düşünməyə əsas vardır. Qüdrət babanın söylədiyi rəvayətdə arana döyüşə gedən xanın qoşunları da bu yoldan keçmişdilər. Uzaq səmadakı “qara dəlik” yaxınlığındakı ulduzları sanki öz içinə “sovurub” yox etdiyi kimi, torpaq altındakı bu möhtəşəm “xarabalıq” da ətrafdakı bütün böyük yolları “kamına” çəkib yoxa çıxarır, özü haqqında isə bir söz demək istəmir. Amma optimist olanlar ümid edə bilərlər ki, nə zamansa Şirvan şəhəri tapılandan sonra onun özü bu “arabaların” haradan gəlib haraya getməsi barədə də bizə nəsə söyləyəcək…
Sözü yenə həftəsolu qocalara verirəm:
– Lahıcdan çıxan yerdə tut bağının yaxınlığındakı dərədən ötəndən sonra bir yol köhnə əkin yeri ilə yuxarı meşənin içindən keçib çıxırdı Niyalın “yəhəri” görünən yerə. Orda meşənin içində köhnə qala yeri də var. Ordan yol gedir Qiblə Bulağına, sonra Qurdlu Bulağın yanına. Burdan bir yol Zərnavaya düşür, biri gedir Tağlabiyana. Bu da köhnə yollardan biridir. Bir çox yerlərində daş divar çəkilib ki, uçmasın. Tağlabiyandan o yana yollar haçalanırdı Mücü, Kəlfərəc tərəfə və başqa yerlərə.
– Həftəso indiki kimi olmuyub keçmişdə. Soruşun, görün belə kənd olubmu bu dağlarda? İndi baxmıyun ki, 5-10 ev qalıb. Brovdal da Həftəsodan köçüb, Varna da. 60 ev elə Ağbulağa köçüb getmişdi burdan birdəfəyə. Bakıda, başqa şəhrlərdə də neçə yüz ailə yaşıyır. Hələ bir dəfə 18-ci ildə Bakıdan çıxarıblar həftəsoluları. Mərdana görə. Həmin ildə qoçuların əl-ayağını yığışdırıblarmış Bakıdan. Mərdanın dəstəsi də özünü yaxşı aparmırmış orda. İgirmi dörd saata çıxarıblar. Hamısını – günahı olanı da, olmayanı da. Təkcə Cənnət kişiyə toxunmuyublar. Г‡ünki böyük xozeyin olub o. Malı-mülkü çox olub. Onun çoxotaqlı mülkü indi də Qaraşəhərdə durur. Sonradan hökumət alıb o evləri. Ancaq indi də həmin mülkdə həftəsolu ailələri yaşıyır.
Hacı Səlim də xozeyin olub. Həftəsodan Bakıya kim təzə gedirmişsə, Hacı Səlim 100 manat borc verirmiş ona. Bir aya qədər həmin pulu qazana bildisə, qalıb işləyirdi. Yox, əgər fərasəti çatmırdısa qazanmağa, bura sənin yerin deyil deyib qaytarırdı kəndə.
TAXIL ANBARI
Həftəsolu Lətif kişi 80 yaşın astanasındadır. (Söhbət 89-cu ildən gedir –“ M.M.). Ancaq hələ gümrahdır. İş-gücündən qalmır. Özü demişkən, “bu az yaşında” çox şey görüb-götürüb. 17-ci ildən sonra nə olubsa, elə hamısı onun gözünün qabağında baş verib. 30-cu illərdə kənd sovetinin katibi işləyib. Ona görə çox şeyi sənədlə, sübutla deyir. Öz doğma kəndi və onun tarixi haqqında çox şey bilir. Budəfəki söhbətimizin əsas aparıcısı da odur:
– Bizim Həftəso camaatı çox zəhmətkeş olub. Maldarlığnan da məşğul olublar, taxılçılığnan da, ticarətnən də. Vaxt olub burda 1600-1800 ton taxıl yetişdirilib. Bilirsən də, dağ yeridi. Xışnan sürülüb-əkilən dəmyə torpaqlardı. Hektardan cəmi 8-10 sentner məhsul götürülüb. Deməli, sadə hesabnan götürəndə, taxıl əkinlərinin sahəsi də 1600 hektardan çox olub. İstiyirsən taxıl əkilən yerlərin adını, sahəsinin qədərini və sahiblərini də sayaram sənə bir-bir. Bu tərəfdə Dəvədərəsinə (bu, Müdri yaylağındakı Dəvədərəsi deyil –“ M.M.), o tərəfdə Girdimançaya qədər Həfəsonun torpaqları olub. Г‡aydan o tayda da torpaqlarımız olub. Qaban Dağıynan Qoydan arasında Həftəsonun at yaylağı olub. Həftəsolular öz torpaqlarının sərhədlərini yadda saxlamaqçın ona şeir də qoşublar:
Axar-baxar,
Quzğuntəpə,
Lığ-lığ nohur,
Ağ qaya,
Meşebaşı,
dön çaya.
Həftəso taxılının əsas alıcısı da Lahıc olub. Bizdən əvvəlkilərin dediyinə görə, vaxtilə Lahıc varlıları Həftəsonun əkinçilərindən vergi alırmış. Sahlərin bir hissəsini özləri üçün əkdirirmişlər. Ancaq Cəbrayılbəy çar ordusunun zabiti kimi 25 illik qulluğunu başa çatdırıb qayıdanda (19-cu yüzilliyin sonlarında – M.M.) bu işdə qayda yaradır. Tanınmış adamıydı Cəbrayılbəy. Savadlı adamıydı, çox şeyden başı çıxırdı. Ondan sonra həftəsolular öz torpaqlarını minnətsiz əkib-becərirlər. Deyirlər, o, əsgərlikdən gələndə bir öyrədilmiş at da gətiribmiş özü ilə. Cəbrayılbəy hardan keçirmişsə, at da keçirmiş, pilləkənlə balkona çıxa bilirmiş. (Haqqında söhbət gedən Cəbrayılbəy uzun müddət rayonda rəhbər vəzifələrdə işləmiş Xanı Cavadovun atasıdır –“ M.M.).
YEDDİ DƏYİRMAN
Vaxt olub ki, çox şeyin qiyməti buğda ilə ölçülüb burda. Bir yük yemiş gətirib, dörd yük buğda aparırlarmış Həftəsodan. İndikilərə deyəndə ki, kəndin adının mənası yeddi dəyirman deməkdir (“Həft Ösyö” –“ M.M.), deyirlər Həftəsoya elə bir dəyirman da bəs edərdi də. Elə bilirlər Həftəsoda yaşayanlar elə həmişə indiki qədər olub. İyirminci ilə kimi 380 ailə yaşayıb kənddə. Bu, iki minnən çox adam eliyir. Ona görə lazım olub bir belə taxıl da, dəyirmanlar da. O biri kəndlərdən də Həftəso dəyirmanlarına dən gətirərlərmiş. Bu dəyirmanların yeddisinin də yeri durur. Mən deyim, sən say: Hacı Səlimin dəyirmanı, Duvoryannan bir az aşağı Cəbrayılbəyin üç dəyirmanı. Onlardan birinin üstü 1976-cı ildə dəmirlənib, indi də durur, ikisi də ondan aşağı olub, Duvoryandan bir az bəri. Sonra, Hacı Ata dəyirmanı, kəndin yaxınlığında, yeri indi də durur. Bir dəyirman Gəlinaparan çayla üzbəüz olub, biri də Həftəsodan Xələdimə Dərəsinə düşən yerdə. Neçə oldu? Düz yeddi dənə. Deyirlər Dərbənddə də bir Həftəso kəndi var. Onlar da burdan köçüblər.
HAŞİYƏ: Əgər kəndin adı bu dəyirmanların sayı ilə bağlıdırsa, deməli, tarixi də müasirdir. Lakin bir məsələ də maraqlıdır. Məlumdur ki, əvvəllər də burda kənd olub. Yəqin ki, kənd böyüdükcə, dəyirmanların sayı da artıb. Bəs yeddinci dəyirman tikilincə görəsən bu kəndin adı nə olub?..
Söhbətin davamı:
– Həftəsonun ətrafında köhnə kənd yerləri var. Biri də Həftəso ilə Duvoryan arasındakı Dərdyarı adlı yerdədi. Bura lap böyük yaşayış yeri olub, qəbirsannığından bilinir.
NİZAMLA TİKİLƏN KƏND
Bu kəndimiz lap siftədən qanun-qayda ilə salınıb. Heç nəyi yaddan çıxarmayıblar. Evlər küçələr boyu tikilib. Vaxtilə kənd dörd hissədən ibarət olub. Birincisi Ağılgəh adlanıb ki, bu məhəllədə maldarlar, qoyunçular yaşıyıb. İkinci hissəyə Gülkənə deyirlər ki, bura da əkinçilər, taxılçılar məhəlləsi olub. Kəndin ortasındakı baş küçə tacirlər, sənətkarlar məhəlləsi olub. Dördüncü hissə Canı Bulağı adlanır. Bu məhəllədə əsasən bağ-bostanla məşğul olanlar yaşayıb.
Tacirlər məhəlləsindəki baş küçənin bir hissəsi indi də durur. Bu küçənin hər iki tərəfində iri lay qapıları olan dükanlar var. İndi mismarla bərkidilmiş bu lay qapıların arxasında vaxtilə qızğın ticarət gedirdi. Ətraf kəndlərin hamısından bura alverə gələrdilər. Bir gündə Həftəsonun qəssab dükanlarında 10 qoyun, 4 baş qaramal kəsilib satılardı. Bu da hələ hamıya çatmırdı. İyirminci ilə kimi 12 tacir dükanı olub bu məhəllədə. Hacı Səlimin, Meşəd Üsüfün, Kəblə Heydərin, Qurbanəlinin, Xaməmmədin, Molla Cahanbaxışın dükanları olan binalar indi də sağ-salamatdır, rəfləri də olduğu kimi durur. İri lay qapıları da əvvəlki kimi yerindədir. Bunlardan başqa, Yesağın, Meşəd Əlinin, Meşəd Şəkərin, Kəblə Eyvazın, Meşəd Şərifin dükanları da vardı ki, sonralar uçub dağıldı.
Burda palaz, şal-parça toxuyanlar, şərbaflar, dabbaqlar, dulusçular, çömçə-qaşıq qayıranlar, dəmirçilər vardı. Əvvəllər kəsilən mal-qaranın dərisini Lahıc dabbaqlarına göndərən həftəsolular sonralar bu işlə də özləri məşğul olublar. Fətullagilin babaları dabbaqlıq ediblər. Aşılanmış dəriləri Həftəsolu tacirlər birbaşa uzaq bazarlara çıxarıblar.
DULUSГ‡U: Meşəd Əşrəfgil nəsilliklə dulusçu olublar. Axır vaxtlarda Lahıcda və başqa kəndlərdə dulusçuluqla məşğul olanlar olmadığından, onun hazırladığı nehrə və küplərin hamısı elə bu kəndlərdə satışa gedirdi. Meşəd Əşrəf 1954-cü iləcən yaşadı, ancaq ölənəcən kolxoza girmədi ki, girmədi. O vaxtı adamlar kolxoza girəndə gərək atdan, öküzdən verəydilər. Meşəd Əşrəf deyib ki, mənim kolxoza veriləsi bir şeyim yoxdu, palçıq qabıyla dəzgahımdan başqa, onlar da ki, özümə lazımdı. Sonra onu kolxoza girməyə heç məcbur da eləmədilər.
KANALİZASİYA-KÜRƏBƏND
Kənddə dörd kanalizasiya xətti olub. Hər məhəllədə biri. Kəndin yuxarı hissəsindən tutmuş ətəyinəcən bütün evlərin su yolları qoşulub ona. Evləri tikəndə də bunu nəzərə alıblar. Bizim kənddə evlər elədir ki, neçə otaq varsa (dörd-beş), hər otağın özündə çimmək üçün (əslində, qüsl məqsədilə) balaca hamam kimi yer var. Bu balaca hamam küncdə barının içində elə tikilirdi ki, otağın sahəsini qətiyyən daraltmırdı. Qabağından xalçanı asanda heç bilməzsən ki, burda nə var. Hər bir otaqda olan bu hamamların adına “övərah” (su yolu –“M.M.) deyirlər. Bunların da hamısı gedib kürəbəndə birləşirdi. İndi də kənddəki bütün evlərin hər bir otağında su yolu var. 30-cu illərdən sonra kənddə tək bircə ev (Nəsibin evi) tikilib ki, ona su yolu qoyulmayıb.
Kürəbəndi açıb yoxlamaq üçün ayrıca yerləri var. Əvvəllər hər xəttə bir nəfər adam nəzarət edirdi. Ona görə də kanalizasiya heç vaxt tutulmayıb. Kəndin yaşayış olan hissəsində indi də bu xətt işləyir. Özü də bilirsən nə genişliyindədir?! Yeri olmasa da deyəcəm, bizim Nəcəfin evi var ha, bir dəfə onun yaxınlığında şuluq uşaqlar böyük bir çoban itini qovub saldılar kanalizasiyaya. Düz hamamın yanından gedib çıxmışdı. Burdan ora üç yüz metirdi. Elə bundan aydın olur ki, bu kürəbəndin eni, hündürlüyü nə qədər olub.
Г‡İLГ‡İRAQ
Təkcə kəndin Ağılgəh adlanan hissəsində 60 ev olub. Onnan indi üçü qalıb. Burda Seyfulla kişinin 40 otaqlı evi olub. (Bəlkə də, “Qonaq evi” kimi nəzərdə tutulubmuş. Ola bilsin, lahıclı Kəblə Qurbanın çoxotaqlı imarəti də həmin məqsədlə tikilibmiş –“ M.M.). İndi xarabalığı durur. “Г‡ilçiraq” deyirlər adına. Molla İbrahim vardı, köhnə kişi idi, o deyərdi ki, bala, ordakı qırx otağın hərəsində bir çıraq yanardı. “Г‡ilçiraq”, yəni “qırx çıraq” adı ordan qalıb. Kənddəki evlərin çoxu ikimərtəbəli olub. Üçmərtəbəli evlər də vardı. Meşəd Üsüfün üçmərtəbəli evi indi də durur.
Kəndin ortasında Həftəso Dərəsinin üstündən hər birinin eni 4 metr olan qoşakörpü vardı. Birinin yeri indi də durur. Kənddə iki məscid olub. Biri indi də var, biri də İkinci Qəbirsannığın (yerin adı belədir –“ M.M.) üstündə olub.
HAŞİYƏ: Doğrudan da kəndin tikiliş üslubuna, ötən yüzilliklərdəki məşğuliyyət və yaşayış tərzinə diqqət yetirdikdə belə nəticəyə gəlmək olur ki, öz böyük qonşuları ilə bəhsə (rəqabətə) girən həftəsolular bu yaylaq yamacında Lahıcın bənzərini (analoqunu) yaratmaq istəyiblərmiş. Lakin belə bir möhtəşəm layihəni başa çatdırmaq üçün münasib şərait olmadığından, məqsədlərinə nail ola bilməmişlər. Həftəsonun keçmişi haqqında yuxarıda söylənilənlər bu ehtimalın açıq-aydın sübutu kimi səslənir.
HƏFTƏSONUN İNCİSİ
(Qocaların söhbətinin davamı)
Həftəso hamamının tayı-bərabəri olmuyub bu kəndlərdə. Bu hamam yerin altında tikilib – istiliyi yaxşı saxlamaq üçün. Üstündə ağac işlənməyib, eyni ölçülü xırda daşlarla çəkilib, tağ şəklində. Bunu tağşəkilli tikiblər ki, tavannan soyuq tər damcıları düşməsin çimənlərin üstünə. Bu hamamın içində duşxanalar da olub. Hovuzdan isti və soyuq suyun gəlməsi üçün paslanmayan metaldan krantlar vardı, par-par parıldayırdı. Adamın xoşu gəlirdi baxsın. Mən özüm 8-10 yaşlarımda bu hamamda çimmişəm. Hamamın axırıncı sahibi rəhmətlik Yesaq idi, indiki Yesağın atası (atası öləndən sonra dünyaya gəldiyi üçün onun adını veriblər oğluna).
20-ci illərdə dəyirmanları da, hamamı da aldılar əvvəlki sahiblərindən, oldu heç kəsin. Ona görə də hamısı uçub dağıldı. Ən yaxşı qalanı yenə hamamdı. Təkcə paltarsoyunan yer uçub. Ora düzəlsə, lap bu gün işə salmaq olar hamamı. Suyu da Cəfər Bulağından ginglə (saxsı borularla – M.M.) gəlir.
Bu hamamda belə bir qəribə əhvalat da olub. Rəhmətlik Məmmədtağı kişi gedir hamama. Görür ki, krantdan su gəlmir. Gülxanda (hovuzda) su az olub deyəsən. İstəyib ki əyilib isti su götürsün, qabla birlikdə yıxılır isti su hovuzuna. Yazıq kişi qaynar suda yanır.
Sözün tamamı: Lətif kişinin söhbətindən iki şeyə təəssüfləndimmi, təəccübləndimmi deyim, bilmirəm. Biri odur ki, 1600 hektar taxıl əkilən sahələrdə indi (1989-cu ildən söhbət gedir –“ M.M.) 5-6 hektar kartof əkilir, vəssalam. Daha başqa əkini yoxdur Həftəsonun. 51-ci ildə, deyirlər, kolxozda 1250 ton kartof yığılıb, hələ bir neçe hektar da qarın altında qalıb, çatdıra bilməyiblər.
İkincisi isə hamam haqqında deyilənlərdir. Necə olub ki, kənddə belə bir hamamın işdən qalmasına yol verilib? Bu, hər şeyi viran qoya bilən buz kimi bir laqeydliyinmi nəticəsidir, bəs daha nəyin? Ancaq onu da başa düşə bilmirəm ki, azacıq zədələnmiş belə gözəl və qədim hamamı bu gün işə salmağa mane olan nədir? Həmin söhbətdən sonra özüm düşüb tamaşa elədim bu qədim tikintiyə. Hər şey yerli-yerindədir. Lətif kişinin özü demişkən, kranları və boruları indi də güzgü kimi parıldayır. Tərəddüd etmədən deyə bilərəm ki, bu qədim hamam bir memarlıq abidəsi kimi də qorunmağa layiq olan bir tikintidir…
(Həftəso və oradan keçən yollar haqqında deyilənlər 92 yaşlı Səlim Xudaverdiyev və 78 yaşlı Lətif Dadaşovun söhbətləri əsasında yazılıb. 89-cu ildən söhbət gedir).
Bu yazı dərc olunandan xeyli sonra həmin mövzuya yenidən qayıdaraq qəzetdə qədim hamamla bağlı ayrıca bir məqalə yazdım. Nəticəsi olmadı. Mənə isə ancaq təəssüflənmək qalır. Hal-hazırda ən iri və abad yaşayış məntəqəsi də sizdəki hamama həsəd apara bilər, ay həftəsolular! Hardasınız?!
Məmməd Mirzə

Şərh Yaz