Məqsəd istedadları araşdırmaqdır

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni yaradılmış Bakı şəhəri, Nizami küçəsində yerləşən təsviri sənət məkanında avqustun 20-də İsmayıllı, Qəbələ və Şamaxı rayonlarının incəsənət nümunələri təqdim olunub.
Məqsəd istedadları araşdırmaqdır
İsmayıllı rayonunun “Lahıc”, Şamaxı rayonunun “Şirvan” folklor ansamblları və Qəbələ rayonundan “Zopu-Zopu” etnoqrafik folklor rəqs kollektivi geniş konsert proqramı ilə çıxış edib. Г‡ıxışlar şəhər sakinləri və turistlərin böyük marağına səbəb olub.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynovun sözlərinə görə, tədbirin məqsədi regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri, folklor kollektivlərini üzə çıxarmaq, onları paytaxt sakinləri və qonaqlara təqdim etməkdir. Bölgələrimizdə fəaliyyət göstərən folklor kollektivlərinin ölkəmizi dünyada layiqincə təmsil etdiklərini, dəfələrlə müxtəlif folklor festivallarında iştirakını qeyd edən qalereyanın direktoru bu tədbirlərin davamlı olacağını deyib. Bildirib ki, növbəti həftələrdə də ölkəmizin digər regionlarından olan istedadlı insanlar, el sənətkarları və folklor kollektivləri Bakıda çıxış edəcəklər.
Tədbirdə həmçinin həmin bölgələrdə yaşayıb-yaradan el sənətkarlarının əl işlərinin sərgi-yarmarkası keçirilib.
Qeyd edək ki, folklor kollektivlərinin çıxışlarından sonra sənətkarların əl işlərinin nümayişi avqustun 23-dək davam edəcək.
Samir Zülfiyev

Şərh Yaz