Kənd turizmində gənclərin rolu

“Gənclər Turizmi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kənd turizminin inkişafında gənclərin rolunun artırılması” layihəsinə start verib.
Kənd turizmində gənclərin rolu
Növbəti təlim sessiyası 15 avqust 2016-cı il tarixində İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilib. Tədbirdə İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova iştirak edib.
Layihənin məqsədi kənd turizminin inkişaf potensialı olan ərazilərdə gənclərin fəallığını artırmaqla bu sahəyə dəstək olmaq, kəndlərdə yaşayan gəncləri və gənc ailələri kənd turizminin inkişafına cəlb etməklə onların inkişafına yardım göstərmək, həm də kənd turizmi sahəsində maarifləndirmə işlərini həyata keçirməkdir.
Layihə çərçivəsində Azərbaycanın 6 bölgəsinin 10-dan çox kəndində turizm sahəsində təhsil almış təcrübəli turizm ekspertləri tərəfindən gənc kənd sakinləri üçün seminarlar təşkil olunur və turizm sahəsində təhsil alan tələbələrin köməyi ilə gənclərə kənd turizmi sahəsi üzrə yeni praktiki biliklər və bacarıqlar öyrədilir, kənd turizminin inkişafı ilə yeni planların və strategiyaların hazırlanmasında iştirakçılara köməklik göstərilir.
Nəsimi Teymurov

Şərh Yaz