Fındıqçılıq gəlirli sahədir

10 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonumuza səfərindəki çıxışında “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında rayon ictimayiyyəti ilə görüşü zamanı fındıqçılığın kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən məhsul olduğunu bildirərək, rayonumuzun iqliminin, eləcə də torpaqlarının buna imkan verdiyi üçün bu sahəyə diqqətin artırılmasını tövsiyyə edib.
Fındıqçılıq gəlirli sahədir
Ölkə rəhbərinin tapşırığının həyata keçirilməsi ilə əlaqədar 12 avqust 2016-cı il tarixdə rayon İcra Hakimiyyətində, Kənd Təsərrüfatı İdarəsinin mütəxəssislərinin, RİH başçısının İƏD üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, sahibkarların iştirakı ilə geniş müşavirə keçirilib və bu sahənin rayon ərazisində genişləndirilməsi məqsədilə geniş müzakirələr aparılıb, ilkin tədbirlər müəyyənləşdirilib.
Şövqi Əhmədov

Şərh Yaz