Qüvvələr səfərbər olunmalıdır

26 avqust 2016-cı il tarixdə İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində “Nümayəndə günü”nün növbəti iclası keçirilib.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakçılarını salamlayaraq onları gündəlikdə duran məsələlərlə tanış edib. Sonra inzibati ərazi dairələri üzrə nümayəndələrin gündəlik fəaliyyətinə istinad edərək onları işlərində daha fəal olmağa dəvət edib
Qüvvələr səfərbər olunmalıdır
R.Səmədov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 avqust 2016-cı il tarixdə İsmayıllı rayonuna səfəri ilə əlaqədar qarşıda duran vəzifələrə daha ciddi yanaşılmalı, onların icrası üçün qüvvələr səfərbər olunmalıdır.
RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərov Azərbaycan Respubikası Prezidentinin 2016-cı il 13 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya payların (səhmlərin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydası”nın İƏD-lər üzrə nümayəndəliklərdə icra vəziyyəti barədə danışıb, bu sahədə aparılan işlərdə qanunamüvafiq tələblərin yerinə yetirilməsini diqqətə çatdırıb.
R.Səmədov 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Konstitusiyasına ediləcək dəyişiklirlə əlaqədar Referendumun – ümumxalq səsverməsinin keçirilməsinə İƏD üzrə nümayəndələrin, bələdiyyələrin və məntəqə seçki komissiyalarının qarşılıqlı fəaliyyət göstərmələrini və ümumxalq səsverməsinin yüksək səviyyədə təşkil edilməsini bir daha iclas iştirakçılarının nəzərinə yetirib.
Yığıncaqda iştirakcıları maraqlandıran suallar cavablandırılıb.
Ehtiram Manafov

Şərh Yaz