Gözləntilər reallaşmalıdır

17 avqust 2016-cı il tarixdə İsmayıllıda Vətəndaş Təşəbbüsləri Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən layihəsi çərçivəsində “Yerli özünüidarəetmə problemlərinə həsr edilmiş debatların keçirilməsi” mövzusunda tədbir keçirilib.
Gözləntilər reallaşmalıdır
Tədbirdə İsmayıllının şəhər, qəsəbə və kənd bələdiyyələrinin nümayəndələri iştirak ediblər. Keçirilən tədbirin əsas məqsədi bələdiyyə idarəçiliyinin 16 illik təcrübəsinin artırılmasından,
onun qiymətləndirilməsindən və mövcud problemlərin QHT, bələdiyyə dövlət orqanları, ziyalılar və cəmiyyətin digər təbəqələrinin nümayəndələri ilə birgə müzakirələrdən ibarət olub.
İctimai birliyin təmsilçisi, layihə rəhbəri Г‡ingiz Güləliyev qeyd edib ki, aparılan görüşlərdə bələdiyyə üzvləri maliyyə problemlərindən danışır, bu səbəbdən durğunluq yaranmasından, gözləntilərin hələ də reallaşmadığından gileylənirlər.
Odur ki, bələdiyyə idarəçiliyinin mövcud çətinliklərinin həlli və çıxış yollarının işlənib hazırlanması istiqamətində ictimai müzakirələrin keçirilməsinin təşkili, bələdiyyə idarəçiliyinin qiymətləndirilməsi, bu məqsədlə maarifləndirici fəaliyyətin genişləndirilməsini nəzərdə tutan tədbirlərin mərkəz tərəfindən davam etdirilməsi planlaşdırılıb.
Tədbirdə RİH-nin əməkdaşı Yerli özünüidarə orqanları ilə iş şöbəsinin əməkdaşı Ehtiram Manafov da iştirak edib.
Orxan Ağayev

Şərh Yaz